6.1.1. Mitoxondrilərin quruluşu
Elektron mikroskopu ilə incələndiyi zaman mitaxondrini xaricdən əhatə edən və plazma membranı quruluşunda olan iki qat membranla örtüldüyü müəyyən olunmuşdur (Şəkil 6.1).
Şəkil 6.1. Yarasada pankreasında mitaxondrinin elektron mikroqrafiki (A) və mitaxondrinin sxematik şəkli (B)
Xarici qat daxili qata nisbətən qalındır, hamardır və mitaxondrini sərhədləyir. Daxili qat isə mitaxondrinin içinə doğru və xüsusəndə xarici qata dik olacaq şəkildə krist adlanan qırışıqlıqlar yaradar. Kristlər bəzən uzun olub bir-birilərinin arasına keçirlər və mitaxondrini hissələrə ayırırlar. Kristlərin sayı cox müxtəlifdir və daha cox enerjiyə ehtiyac duyululan hüceyrələrdəki mitaxondrilərdə əsasən coxdur. Kristlərin funksiyası enerji sintezində orqanoidin funksiyasını yüksəltmək üçün daxili membranın üst səthini genişləndirməkdir. Çünki ATF sintezi ilə əlaqəli olan ferment (ATF-sintetaza) daxili membrana yerləşmiş bir transmembran zülalıdır. Daxili membranın sərhədləndiyi sahə matriks adlanır. Daxili membranla xarici membran arasında qalan sahəyədə xarici hissə adı verilir.
Matriks qatı qel quruluşuna sahib bir mayedir. Bu maye daxilində Krebs tsiklində vəzifə daşıyan fermentlər, müxtəlif ionlar, duzlar və ferment xaricində iş görən bir çox zülal olur. Matriks hissəsində ayrıca mitaxondriyə xas DNT (mtDNT) ilə birlikdə ribasomlar (mitoribosomlar), nRNT və mRNT-də olur.
Dostları ilə paylaş: |