Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə83/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   79   80   81   82   83   84   85   86   ...   141
sitologiya

6.2.1. Xloroplastlar
Xloroplastlar hüceyrədə fotosintez funksiyası yerinə yetirdikləri üçün ən cox olan plastidlərdir. Mitaxondri kimi iki qat membranla əhatə olunmuşdur. Sadəcə ali bitkilərdə və fotosintez edən bakteriyalarda (syanobakteriayalarda) olan xloroplastlar bir cox xüsusiyyətləri baxımından mitaxondrilərə bənzəyirlər.

  1. Hər ikisidə hüceyrənin enerji ehtiyacını təmin edirlər. Mitaxondrilər oksidatif fosforlaşma, fotofosforlaşma ilə ATF sintez edirlər

  2. Hər ikisində özlərinə məxsus həlqəvi DNT-ləri, RNT-ləri və kiçik ribasomları var.

  3. Hər ikisidə iki qat membranla əhatə olunub. Funksiyalarıda bir-birilərinə bənzəyir.

  4. Hər ikisidə təkamül prosesində endosimbioz nəticəsində yaranıblar.

  5. Bölünərək çoxalırlar

Bu oxşarlıqlara baxmayaraq xloroplast və mitaxondri arasında vacib bəzi fərqlərdə var.

  1. Xloroplastlar mitaxondridən daha böyük və daha mürəkkəbdir

  2. Xloroplastlar ATF sintezi ilə yanaşı mitaxondrinin edə bilmədiyi bəzi vacib funksiyalarada malikdir. Məsələn, xloroplastlar CO2-dən qlükoza sintez edirlər, öz amin turşularını, öz membran lipidlərini və öz yağ turşularını özləri sintezləyirlər. Bununla yanaşı xloroplast daxilində sintez olunan amin turşularının quruluşuna daxil olan azotun təmin olunması məqsədiylə nitridin (NO2) amonyaka (NH3) cevrilməsi xloroplast daxilində həyata keçir.

  3. Xloroplastı əhatə edən iki qat membranın bir-birinə paralel yerləşməsinə baxmayaraq mitaxondrinin daxili membranı kristlər şəklindədir.

  4. Mitaxondrilərdə elementar partikul adlanan ATF sintetaza fermenti daxili membrana birləşmiş olmasına baxmayaraq xloroplastlarda bu transmembran zülalı tilakoidlərdə yerləşir (şəkil 6.10).

Şəkil 6.10. Mitaxondrinin daxili membranı və xloroplast tilakoid membranının oxşarlığı


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin