P iruvat+koenzim A+NAD karbondioksid+asetİl koenzim A+NADH
Şəkil 6.4. Piruvatın dekarboksilləşməsi nəticəsində asetil koenzim A və NADPH-ın törəməsi
Şəkil 6.5. Qidaların həzmi və Krebs tsikli
Hüceyrədə enerji sintezi üçün sadəcə qlükozadan istifadə olunmur. Başqa üzvi molekulların parçalanmasından da ATF sintez oluna bilir (şəkil 6.6). Qida olaraq alınan lipidlər mədədə yağ turşusu və qliserola parçalanır. Yağ turşularının hər iki karbonu asetil koenzim A-ya çevrilərək Krebs tsiklinə verilir. Məsələn 16 karbonlu yağ turşusundan 8 ədəd asetil koenzim A alınır. Qliserol isə ara maddə olaraq istifadə olunur. Zülallar da həzm sistemində amin turşularına qədər parçalanır və daha sonra Krebs tsiklinə daxil edilərək ATF-in sintezində istifadə olunur. Lazım gəldiyində nukleotidlər belə şəkərlərə parçalana bilir və enerji istehsalında istifadə edilə bilir.
Şəkil 6.6. Qlükozadan başqa digər üzvi molekullardan enerjinin təmin olunması
Dövr sonunda 6 ədəd CO2, 10 ədəd NADH (8 NADH krebs tsiklindən, 2 NADH qlikolizdən) və 2 ədəd FADH2 ortaya çıxar. Hər bir molekul NADH-ın oksidləşməsindən 3 ATF, hər bir FADH2-nin oksidləşməsindən də 2 ATF sintez olunur. Nəticədə Krebs tsiklindən 32 ilə 34 ATF, qlikolizdəndə tam 2 ədəd ATF əldə edilmiş olunur.
Oksidatif fosforlaşma nəticəsində NADH və FADH2-dən ortaya çıxan elektronlar elektron daşıyıcı isitem fermentləri (koenzim-Q və sitoxrom-C) köməkliyi ilə mitaxondrinin daxili membranına daşınaraq O2-ə şatdırılır və O2 ilə birləşərək su əmələ gətirir. Ba arada coxlu sayda proton (H+) daxili membranın xaricinə membranlar arası sahəyə şıxartılmış olur. Xaricə çıxan protonların daxili membrandan təkrar içəriyə alınmaları ancaq elementar prtikula dediyimiz transmembran zülalları vasitəsi ilə olur. Protonlar elektrik yüklü olduqları üçün daxilə alınarkən quruluşlarındakı enerji ATF sintezi üçün istifadə olunur. Bir molekul ATF sintezi üçün 4 protonun daxilə alınması lazımdır.
FADH2-nin elektron daşınmasında elektronlar FS I yerinə xüsusi olaraq FS II-dən sistemə girərlər. Bundan sonrakı proseslər və ATF sintezi əvvəl qeyd etdiyimiz kimi olur.
Şəkil 6.7. Mitaxondrinin daxili membranında elektron dövrü və ATF sintezi
Dostları ilə paylaş: |