Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə85/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   81   82   83   84   85   86   87   88   ...   141
sitologiya

6.2.1.2. Xloroplastın genomu
Xloroplastın DNT-i qapalı bir quruluşa malikdir, 120-160 kb (bir kilobaz nukleit turşularında 100 nukleotidə bərabər olan uzunluk ölçüsüdür) böyüklüyündədir və təxminən 150 gen daşıyır. Bu quruluş mitaxondri genomundan olduqca böyük olmasına baxmayaraq xloroplast yenədə nüvə DNT-sində olan gen məhsullarına yüksək miqdarda bağlıdır. Xloroplast zülallarının təxminən 95%-i nüvə genlərindən kodlaşır. Nüvənin kodlaşdırdığı genlərin zülalları sitoplazmada sintez olunduqdan sonra daşıyıcı zülallar ilə stromaya oradan da lazımlı olanlarda oradan tilakoidlərin daxilinə alınır.

Bu böyüklükdəki DNT, 4 rRNT geni (23S, 16S, 5S və 4,5S), 30 nRNT geni və 21 ribosomal protein (rPr) geni kodlaşdırmaqdadır. rRNT və nRNT genləri xloroplastın funksiyası üçün yetərli olmasına baxmayaraq, rPr xloroplastın ehtiyac duyduğu zülalların sadəcə üçdə biri qədərdir. Yerdə qalan rPr genləri nüvədə kodlaşır. Xloroplast genomu RNT polimeraza fermentinin subvahidlərini sintez edən 4 gen daşıyır ki, digər subvahidlər nüvədə olur. Bundan başqa xloroplast genomu fotosintezdə vəzifə daşıyan 28 gen daha daşıyır. Bu fermentlər baxımından da xloroplast nüvəyə bağlıdır.

Xloroplastların ribasomları 70S böyüklüyündədir və sitoplazmatik ribasomlardan daha kiçikdir. Bu xüsusiyyətləri ilə mitaxondri ribasomlara oxşayırlar. Lakin xloroplast ribasomlarının böyüklüyünun sabit olmasına baxmayaraq mitaxondri ribasomlarının böyüklüyü 50-60S arasında dəyişilir.


Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin