Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir


Xloroplastın funksiyası və fotosintez



Yüklə 149,68 Kb.
səhifə86/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   82   83   84   85   86   87   88   89   ...   141
sitologiya

6.2.1.3. Xloroplastın funksiyası və fotosintez
Xloroplastın funksiyası günəş işığındakı enerjinin ATF sintezində istifadə olunması və sintez olunan ATF-in xərclənərək qlükoza sintezetməsidir. Xloroplastın günəş işığından ATF sintez etməsinə fotofosforlaşma adı verilir. Bu səbəbdən xloroplastlarda bir-birindən ayrı iki reaksiya həyata keçir. ATF və qlükoza sintez reaksiyaları.

Xloroplastlarda olan xlorofil tərəfindən günəş işığının (foton) mənimsənilməsi suyun parçalanmasında istifadə olunur. Bu baxımdan bir elektron yüksək enerji səviyyəsinə yüksəlir və işıq enerjisi kimyəvi enerjiyə çevrilmiş olur. Bu yüksək enerjili elektronlar tilakoidlərin membranlarına fotosistem (FS) II-dən girərlər və elektron daşınmasında vəzifə alan komplekslərin köməkliyi ilə NADF reduktazaya çatdırılar və NADFH sintezində istifadə olunar (şəkil 6.13). FS I-dən mənimsənilən fotonlar NADF reduktaza yerinə birbaşa proton qradiyentinə səbəb olur və ATF sintezində istifadə olunur. Elektronlar membrandan keçərkən protonlar (H+) tilakoidlərin daxilinə nasoslanır. Bu hal tilakoid membranlarının hər iki tərəfində proton qradiyentinin yaranmasına səbəb olur. Daxildə toplanan proteinlər membrana yerləşmiş olan ATF sintetaza kompleksindən stromaya keçərkən quruluşlarındakı enerji ADF-in ATF-ə çevrilməsində istifadə olunur. Hər bir ATF molekulunun sintezi üçün 4 H+ ionunun stromaya köçürülməsi lazımdır. Işıq varlığında və sadəcə xlorofilin olduğu yer olan qranlarda həyata keçən bu reaksiyalara Hill (işıq) reaksiyaları adı verilir. Xloroplast ilə mitaxondrinin elektron nəqliyyat reaksiyalarındakı elektronların daşınması və daha sonra protonların ötürülməsi nəticəsində ATF-in sintez olunması arasındakı oxşarlığa diqqət yetirin.

FS I və FS II –dəki hər bir dairəvi elektron daşınmasından təxminən 1,5 ilə 2,5 ATF sintezinə yetəcək qədər enerji təmin edilməkdədir.

Xloroplastlarda sadəcə stromada gedən və işığa ehtiyac duymayan reaksiyalarda havanın karbon qazı ilə və bitkinin suyundan istifadə edilərək qlükoza sintez olunur. Işığa ehtiyac olmayan bu reaksiyalara Calvin tsikli (qaranlıq reaksiyalar) deyilir. Lazımlı olan enerji isə Hill reaksiyalarından əldə edilən ATF molekullarından alınır. Bir molekul qlükoza sintezi üçün 24 elektronun elektron nəqliyyat zəncirindən keçməsi lazımdır. Bu da 12 molekul suyun 6 molekul oksigenə çevrilməsi deməkdir. Bu baxımdan 1 molekul qlükoza sintez etmək üçün 6 molekul oksigen ortaya çıxır.



Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin