2.Kəmər əlaqə (zonula aterens): möhkəm əlaqənin həmən altında olan və hüceyrəni qırılmaz bir kəmər kimisaran əlaqəyə kəmər əlaqə adı verilir. Kəmər əlaqədə iki hüceyrə zarı arasında təxminən 100-200 A0 məsafə qalır, hüceyrələr bir-birilərinə yapışmırlar. Hüceyrələr bir-birilərinə kadherin zülalları adı verilən hüceyrəxarici əlaqə zülalları ilə bağlanarkən bunların hüceyrədaxili çıxıntıları olan kateninlər aktin filamentlərinə tutunurlar (şəkil 4.27 və 4.28).
Bu əlaqədə vəzifə daşıyan aktin filamentləri sıxılma xüsusiyyətinə malik olduqlarından kəmər əlaqə epitel hüceyrələrinin bir-biriləri ilə sinxronizasiya olmalarında və heyvanların morfogenezində vəzifə daşıyırlar.