Humanitar fənər


Dissertasiyanın tərtibi haqqında



Yüklə 1,13 Mb.
səhifə98/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   94   95   96   97   98   99   100   101   ...   109
Humanitar f n r

Dissertasiyanın tərtibi haqqında. Titul - Üz vərəqi dissertasiyanın birinci səhifəsidir. Bura nömrə qoyulmur. Mündəricatda dissertasiyanızın bütün bölmələri ardıcıllıqla göstərilir. Mündəricatda bütün fəsillərin, yarımfəsillərin və bəndlərin başlanğıc nömrəsi göstərilir. Giriş – təxminən 4-5 səhifəyə qədər ola bilər. ”Giriş”də tədqiqatın məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi, praktik əhəmiyyəti, metod və metodologiyası, ədəbiyyatda qoyuluşu və s. göstərilir. Əsas hissə - fəsillər, yarımfəsillər və bəndlərdir. Adətən, iki və ya üç fəsildən və hər fəsil ən azı 2 yarımfəsildən ibarət ola bilir. Çalışmaq lazımdır ki, fəsillər arasında həcmcə mütənasiblik də gözlənilsin. Nəticə 3-4 səhifəyə qədər ola bilər. Nəticələr konkret olaraq göstərilir.Təkliflər də verilə bilər. İstifadə edilmiş ədəbiyyat - real və tədqiqata uyğun olmalıdır. Əlavə mütaliə edilmiş ədəbiyyat, yaxud internet saytı da ədəbiyyat siyahısına daxil olur. Hər halda ədəbiyyatda da zənginlik görünməlidir. Xüsusilə son dövrlərin ədəbiyyatına üstünlük verilməlidir. “Əlavələr”də mövzu ilə bağlı müəyyən cədvəllər, müəyyən sənədin üzü, təlimat və s. verilə bilər. Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir.
Müəllifə istinadetmə. Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir. Bu, sizdən müəyyən bir tədqiqat sahəsindəki məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı tanışlıq tələb edir. Bu, o, deməkdir ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək və onların fikirlərini qeyd etməklə, müəyyən bir ədəbiyyat araşdırmanız nəticəsində siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən bu üslub adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır. Müəllifə istinad məsləhətləri • İstinadı həm cümlənin ortasında, həm də mötərizədə göstərə bilərsiniz.
Akademik kommunikasiyada etiket qaydaları. Elmi məruzələrdə intonasiya, diksiya, səs tembri və pauzanıın əhəmiyyəti.
Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və məsuliyyətin göstəricisidir.
Hər şeydən əvvəl, ona görə ki, beynəlxalq standartlar “ümumi dil” rolunu oynayır, yəni fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir. Beynəlxalq yazı qaydaları həmçinin oxunu sadələşdirir. Vahid standartlar üzrə yazılmış mətndə nəyin harada, yəni hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq da asan olur. Başqa sözlə, bunu ayrı-ayrı rəfləri olan dolaba bənzətmək olar ki, bu “gözlər”in hər birində hər zaman eyni əşyalar saxlanır. Dolabın içi və quruluşu haqqında dəqiq məlumata malik olan şəxs qapını açıb istədiyi əşyanı onun saxlandığı rəfdən heç bir axtarış aparmadan rahatlıqla tapa və ya götürə bilər. Çünki onun harada yerləşdiyini yaxşı bilir.
Beynəlxalq akademik yazı qaydalarının dünya səviyyəsində qəbul edilmiş modeli inkişaf etmiş ölkələrdə hazırlanmış, gəlişdirilmiş və tətbiq edilmişdir. Başqa sözlə, uzun müddətli tətbiq nəticəsində sınanmış, hərtərəfli müzakirə yolu ilə təkmilləşdirilmiş və “cilalanmış” bir modeldir. Bu səbəbdən də səmərəsi çox az adamda şübhə doğurur.
Sərbəst, səlis, rabitəli, maraqlı danışmaq akademik kommunikasiyanın əsas tələblərindəndir. Bu baxımdan elmi məruzələrdə intonasiya, diksiya, səs tembri və pauzanın əhəmiyyəti böyükdür və təqdimat prosesində aşağıda qeyd olunanlar mütləq diqqətdə saxlanılmalıdır:
1. Düzgün nəfəs alınması; bol oksigen rahat danışığın, çıxış edərkən həyəcanın dəf edilməsinin əsas silahıdır. Düzgün nəfəs alanların səsi daha dolğun olur, beyinləri daha aktiv işləyir, onlar gec yorulur və məhsuldar olurlar. Bu baxımdan təqdimat prosesində fasilə (pauza) anları düzgün seçilməlidir.
2. Səs tellərinin dolğunlaşdırılması; cəlbedici səs insan haqqında müsbət fikir formalaşdırır, onu daha cazibədar edir. Bu baxımdan səsin tembri əhəmiyyətlidir.
3. Ağız tənbəlliyi aradan qaldırılmalı; necə ki hərfləri əyri-üyrü yazanda xətt pis olduğu kimi, səslər də ağızdan bu şəkildə çıxanda nitq anlaşılmaz olur. Ağız aparatı aktivləşincə hər şey əla efekt vermis olur. Təqdimat prosesində diksiya əhəmiyyəti rola malikdir.
4. “Nə demək yox, necə demək önəmlidir”. Bu mərhələdə intonasiya üzərində iş gedir. Söz sırasını dəyişmədən eyni cümlə ilə müxtəlif fikirləri ifadə etməyin üsulları müəyyənləşməli və ona əməl edilməlidir.
5. Söz ehtiyatı nə qədər çox olarsa, nitq də bir o qədər maraqlı, axıcı olacaq. Söz bazasını artırmaq, nitqə yeni sözlər daxil etmək vacib amillərdəndir.
6. Nitqi ləhcədən, jarqonlardan, parazit sözlərdən, mənfi fikir yaradan ucuz yanaşmalardan təmizləmək.
7. Təqdimat zamanı insanın rahatlığı, özünü sərbəst aparması önəmlidir.
8. Bədən dilini doğru-düzgün danışdırmaq, tam məqamında bundan istifadənin min sözə bərabər olduğunu anlamaq.


Akademik kommunikasiyanın elementləri, xüsusiyyətləri və növləri. Akademik yazı - elmi iş (referat, tezis, məqalə, kurs işi, kurs layihəsi, dissertasiya və s.) yazmaq və hazırlanması qaydalarına aid nümunələr üzrində praktik işlər



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin