Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə8/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
N 16


Mənbə


  1. Berenci, Səlim, “Unudulmuş qövm”, Tehran 1988




  1. Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966




  1. Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət,

Tehran 1991




  1. Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1978




  1. Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990




  1. Nuri. Yəhya, “İslam, əqidələr və bəşəriyyətin baxışı”, Tehran 1974

104





  1. Yəhudilik



    1. İbranilər

Yəhudilər İbranilərin nəslindəndilər. Bu nəsil Ərəblər, Assu-riyalılar və Yaxın Şərq regionunda olan bir neçə başqa xalqla müştə-rək kökə malikdir. Bu xalqların dili, ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri və dini etiqadları o qədər bir-birinnə yaxındır ki, alimlər bü-tün bu xalqların özəyinin bir qövmə, yəni Sam qövmünə çatması qənaətinə gəliblər. Bu xalqalrın hər birisinin mədəniyyəti sahəsində tədqiqat və araşdırma aparmaq üçün digər Sam xalqlarının da mədə-niyyətinə nəzər salmaq lazımdır. Məsələn; əgər biz Ərəb ədəbiyyatı barədə araşdırma işləri aparmaq istəsək İbrani, Süryani və Həbəşi dilləri sahəsində də tədqiqat və mütaliə işləri aparmaqla daha böyük nailiyyətlər əldə etmiş olarıq.


İbrani xalqının tarixi keçmişi barəsində dəqiq məlumatımız yox-dur. Bəzi alimlərin nəzərincə “İbrani” adını Kənan əhli Həzrət İbrahi-min (ə) Kənan ərazilərinə daxil olmasından sonra onu İbrani adlan-dırmağa başlamışlar.1 Bu ad onun bütün ailəsi üzərində qaldı, çünki İbrani çaydan keçmək mənasını verir. Yəni onların nəzərincə Həzrət İbrahim (ə) Fərat çayından keçərək Kənana daxil olmuşdur.


  1. Yaranış 13:14

105


Bəzilərinin nəzərincə isə İbrani sözü Həzrət İbrahimin (ə) babası və əcdadı olan Abirə qayıdır.1 Eləcə də, bəziləri Həzrət İbrahimin (ə)
atasının (əmisi) adının Azər olması səbəbindən onun ailəsinin əslən Ariyayi qövmündən olmasını bildirirlər. Amma alimlər bu nəzəri təs-diqləmirlər, çünki Qurani-Kərimdə və İslami mətnlərdə qeyd olunmuş Azər sözünün lüğəti mənası barəsində düzgün informasiyaya malik deyilik. Tövratda İbrahimin (ə) atasının adı Tarəh qeyd olunmuşdur.
2. Həzrət İbrahim (ə)
Həzrət İbrahim Xəlil (ə) daim əzəmətli peyğəmbər olmuşdur və bütün tarix boyu müsəlmanlar, xristiyanlar və yəhudilər arasındakı çəkişmələrin mərkəzində dayanmışdır. Çünki, hər üç dinin davam-çıları O Həzrətin onalara aid olduğunu bildirmişlər: “İbrahim nə yə-hudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.” (Ali İmran, 67) O, hətta müşriklər ara-sında belə böyük hörmət və ehtirama malik bir şəxsiyyətdir və onun Məkkədə qalan izləri onlar tərəfindən müqəddəs bir irs kimi ziyarət edilirdi. Bəzi insanlar da ad oxşarlığına görə Brahmanizm dininin (yəni Hinduizmin, Caynizmin və Buddizmin) də Həzrət İbrahimdən (ə) başlanması iddiasını irəli sürmüşlər. Yəhudilər özlərini Həzrət İb-rahimin (ə) nəvəsi olan Həzrət Yaqubun (ə) nəslindən bilirlər və həm cismani, həm də ruhani baxımdan Həzrət İbrahimin (ə) nəslindən ol-malarına görə böyük iftixar hissi keçirirlər.
Tövratda O Həzrətin nəslinin Həzrət Adəmə (ə) qədər uzanması qeyd olunur. Tövratda olan nəsil sənədləri İslami kitablara da yol tap-mışdır və bu sənədin düzgünlüyünə və mənbəyinə diqqət yetirilmə-dən qəbul edilmişdir.
Kitab əhlinin (bu nəzər müqəddəs kitablarda qeyd olunmuş hə-dislərdən nəticə kimi çıxarılmışdır) nəzərincə Həzrət İbrahim (ə) Era-


  1. Abir adı Yaranı səfəri 24:10 və 16:11-də qeyd olunmuşdur.

106


dan əvvəl 2000-ci ildə, yəni 4000 il öncə Ur şəhərində dünyaya gəl-mişdir və Tövratda qeyd olunduğuna əsasən öncə Abram (yəni mə-qam sahibi) adını daşıyırdı. Allahu-taala onun adını doxsan doqquz yaşında dəyişərək İbrahim (yəni Qövmlərin atası) etdi.1 Ur şəhəri təxminən bir əsr bundan öncə İraqda Fərat çayının sahilində torpaq altından aşkar edildi və həmin məkanda saysız-hesabsız antik tapıntı-lar əldə olundu.

Tövratda qeyd olunduğuna əsasən Tarəh oğlu Həzrət İbrahim (ə), onun həyat yoldaşı Sara və qardaşı oğlu Həzrət Lutu (ə) götürərək Fələstinin qərbində yerləşən Kənan torpaqlarına köçdü. Onlar yolun yarısında köçdüklərinə görə peşiman olaraq Hərran şəhərində yerləş-dilər. Bu şəhər bu günkü Türkiyənin cənubunda Suriya ilə sərhəddə yerləşmişdir.


Həzrət İbrahimin (ə) atası Tövratda Tarəh adlandırılır, amma Qurani-Kərim onu bütpərəst Azər kimi təqdim edir: “(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrı-larmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!” (Ənam surəsi, 74) Həzrət İbrahim (ə) atası İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) əcdadları sırasında yerləşmiş-dir. Bütün şiyə və sünni alimlərinin əksəriyyəti o Həzrətin Həzrət Adəmə (ə) qədər olan bütün atalarının hamısının tək Allahlığa inandı-ğını bildirirlər. Elə buna görə də, Azərin Həzrət İbrahimin (ə) həqiqi atası olmadığını vurğulayırlar və bunu təsdiqləmək üçün lazımi dəlil-lər də gətirirlər.

Tövratda qeyd olunduğuna əsasən həzrət İbrahim (ə) 75 yaşında Allahın əmri ilə Hərran şəhərindən Kənan torpaqlarına tərəf yola dü-şür. O, həyat yoldaşı Sara və qardaşı oğlu Həzrət Lut (ə) və Hərran əhalisindən başqa bir neçə nəfəri də özü ilə götürərək Kənana aparır. Onlar həmən məkanda Beytu İyl-in şərqindəki dağın üzərində çadır qurur. Həzrət İbrahim (ə) bir müddətdən sonra Hebronda (Əl Xəlildə) məskunlaşır və ömrünün sonuna qədər orada yaşayır. Hal-hazırda da onun ailəsinin məqbərəsi bu məkanda yerləşir. Amma Həzrət Lut (ə)




  1. Bu məlumatlar və belə adlandırma Köhnə Əhddən götürülmüşdür.

107


Səmud və onun ətrafındakı şəhərlərə gedir. Bu şəhərlərin sakinləri onun dediklərinə itaətsizlik etdiklərinə görə Allah tərəfindən cəzalan-dırılaraq təmamilə yer üzərindən silinirlər. Bu hadisə Qurani-Kərim-də də qeyd olunmuşdur.
Həzrət İbrahimin (ə) həyatında iki olduqca mühim məsələ möv-cuddur və hal-hazırda mövcud olan Tövratda bu məsələlərə işarə olunmamışdır: Birincisi bütlərin sındırılması və O Həzrətin oda atıl-ması, ikincisi Kəbə evinin inşası.
Qurani-Kərimdə (Ənbiya və Saffat surələrində) Həzrət İbrahim (ə) bütləri sındırması və O Həzrətin oda atılması hekayəsi qeyd olun-muşdur.

Qurani-Kərimdə eləcə də, Həzrət İbrahimin (ə) Həzrət İsmail (ə) ilə birlikdə Kəbə evini inşa etməsi də qeyd olunmuşdur: “Onu da ya-dına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.” (Bəqərə su-rəsi, 127) Həzrət İsmail (ə) O Həzrətin qoca yaşlarında əta olunma-sını nəzərə alsaq, Həzrət İbrahim (ə) Kəbə evini şərəfli ömrünün son-larında inşa etdiyi qənaətinə gəlmiş olarıq: “İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! (İbrahim surəsi, 39) Qeyd etmək lazımdır ki, Kəbə və Məkkə kitab əhli tərəfindən müqəddəs sayılmır.

Digər tərəfdən Tövratda belə bir iddia irəli sürülür ki, Allahu-Taala Həzrət İbrahimi (ə) Nil çayından Fərat çayına qədər olan əra-zini onun oğlu Həzrət İsraildən (ə) törəyən övladlarına əta edəcəyi əhd etmişdi. (Yaranış 15:1-18 və 17:18-21) Bu vədənin Bəni-İsrailə aid olacağını da müşahidə edəcəksiniz.
3. İslamil və İshaq (ə)
Qurani-Kərimdə və Tövratda qeyd olunduğu kimi Həzrət İbrahi-min (ə) həyat yoldaşı Sara sonsuz idi və Tövratda qeyd olunduğu ki-mi Allahu-Taala dəfələrlə Həzrət İbrahimin (ə) onun nəslini artıraca-ğı barədə əhd bağlamışdı. O Həzrətin Hacər adlı kənizi dünyaya bir

108


oğlan uşağı gətirdi və onun adını İsmail (yəni Allah eşidir) qoydular. On dörd ildən sonra Sara (hər ikisi, həm Həzrət İbrahim (əs), həm də Sara qocalmışdılar) Allahın əmri ilə dünyaya bir oğlan gətirdi və adı-nı İshaq (yəni Gülür) qoydular.
Tövrat bu barədə az söz açır və yalnız Həzrət İsmailin (ə) Faran-da yaşaması, anasının ona Misirli qız alması barədə məlum verməklə kifayətlənir. O Həzrətə aid digər məsələlər Tövratda unudulmuşdur və Kəbə evinin inşa edilməsi barədə bir söz belə gözə dəymir. Ismail (ə) üçün yerdən suyun çıxması İslam hədislərinə əsasən Məkkədə olduğu və hal-hazırda “Zəmzəm” adı ilə tanındığı halda Tövratda qeyd olunanlara əsasən bu su Fələstinin cənubundakı Biiru Şibəə1 adlanan yerdə olmuşdur.
Tövrat övladının qurban kəsilməsi məsələsini qeyd edir və yazır ki, Həzrət İbrahimin (ə) Həzrəti İshaqı (ə) qurban kəsmək məmuriy-yətini alır. O Həzrət bu məsələni İshaqa (ə) açıqlamayaraq onun sua-lına cavab olaraq deyir: “Ey mənim oğlum! Allah özü üçün qurbanlıq qoyun hazırlayacaq” (Yaranış, 22:8) Amma Qurani-Kərimdə İbrahim (ə) oğlanlarından biri barədə söz açılır:
ﺖَﺑَأِ ﺎَﻳ لﺎَﻗ ىَﺮَﺗ اَذﺎَﻣ ﺮُﻈﻧﺎَﻓْ ﻚُﺤَﺑْذَأ ﻲﱢﻧَأ مﺎَﻨَﻤْﻟاِ ﻲِﻓ ىَرَأ ﻲﱢﻧِإ ﱠﻲَﻨُﺑ ﺎَﻳ لﺎَﻗ ﻲْﻌﱠﺴﻟاَ ﻪَﻌَﻣُ ﻎَﻠَﺑ ﺎﱠﻤَﻠَﻓ ﻦﻳِﺮِﺑﺎﱠﺼﻟاَ ﻦِﻣَ ﻪﱠﻠﻟاُ ءﺎَﺷ نِإ ﻲِﻧُﺪِﺠَﺘَﺳ ﺮَﻣْﺆُﺗ ﺎَﻣ ﻞْﻌْﻓاَ O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç
yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni
qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Ata-can! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (Saffat surəsi, 102)

Bildiyiniz kimi O Həzrət ölümdən xilas olur və Allahu-Taala onun yerinə qurban kəsilməsi üçün qoç göndərir. Şiyələrin və əhli-sünnənin bir qrupunun nəzərincə bu Həzrət İsmail (ə) və bir dəstə-sinin nəzərincə isə Həzrət İshaq (əs) olmuşdur.




  1. Bu söz bütün müsəlman kitab yazarları üçün tanınmayan yer olduğu üçün Səmat duasında “Biiru Şiyəə” formasına salınmışdır. Hazırda İsraildə adını bu quyulardan alan “Beer Sheva” (Yeddi quyu) şəhərində olduğu bildirilir.

109


4. Həzrət Yaqub (İsrail)
Tövratda qeyd olunduğuna əsasən Həzrəti İshaq (ə) Həzrət İbra-himin (ə) canişini oldu və onun əkiz oğlu dünyaya gəldi. İlk dünyaya gələnin adı İsu idi. Bu sözün mənası “tüklü” deməkdir. Tövratda qeyd olunduğuna əsasən körpə dünyaya gələrkən bədənində çoxlu tük var idi. İkinci əkiz uşaq isə Yaqub idi. Yaqub sözü tərcümədə “arxasınca gələn” deməkdir. Çünki, dünyaya gələrkən özündə öncə gələn uşağın arxasınca gəlmişdir.
Həzrət Yaqubun (ə) on iki oğlu var idi və O Həzrət İsrail ləqəbi-lə tanınırdı. Kitab əhli bu adın belə məna verdiyini bildirirlər: Allaha qalib gələn şəxs. Amma bu sözün İbrani dilindəki əsil mənası Qəh-rəmana qalib gələn şəxs” mənasını verir. Tövratda qeyd olunduğuna əsasən Həzrət Yaqubun (ə) Allahla güləşməsi və ona qalib gəlməsi onun belə adlandırılması ilə nəticələnmişdir.(Yaranış 32: 24-32) Ki-tab əhli lap qədim zamanlardan belə iddia edir ki, bu hekayədə Allah deməkdə məqsəd Allahım mələklərindən biri mənasını daşıyır.
Bir müddətdən sonra Həzrət Yusifin (ə) hadisəsi meydana çıxdı və sonda Bəni-İsrailin (İsrail övladlarının) Misir torpaqlarında qalma-sı ilə nəticələndi. Tövratın “yaranış” bölümünə aid olan bütün mət-ləblər Həzrət Yusifin (ə) vəfatından sonra sona çatdı.
“Xuruc” bölümünün başlanğıcında Həzrət Yaqubun (ə) on iki oğlunun hamısının Misirdə vəfat etmələrini və onların nəsillərinin bu ölkədə çoxalmalarını oxuyuruq. Bəni-İsrailin Sibt adlanan on iki qə-biləsi müxtəlif elm və peşə sahələrində inkişaf etdilər və bu da Misir-lilərin onlara paxıllıq etməsinə gətirib çıxartdı. Bundan əlavə Misirli-lər hakimiyyətin də Bəni-İsrailin əlinə keçməsindən qorxmağa baş-ladılar. Elə buna görə də, onları zəiflətməyə başladılar və ən çətin işləri onlara həvalə etdilər. Eləcə də, Misir qəbilələrinin yeni dünyaya gəlmiş Bəni-İsrail oğlanlarını qətlə yetirmək üçün həvəsləndirdilər. Onlara yalnız qız uşağı dünyaya gətirməyə icazə verilmişdi.1



  1. Bəzi İslami hədislərdə belə qeyd olunur ki, Firon Bəni-İsraildən olan bir kişinin onunla mübarizə aparacağını eşitmişdi və elə buna görə də dünyaya təzə gəlmiş oğlan uşaqlarını qətlə yetirirdi.

110


İbranilər ilk öncə səhrada yaşayan qövm idilər və onlar ilk ola-raq Həzrət Yusifin (ə) zamanında şəhərdə yaşamağa başladılar.1 Səh-rada yaşamaq onların dini etiqadlarına və mərasimlərinə güclü təsir göstərmişdir. Musa (ə) onları Fironun əlindən xilas edəndə qırx il Si-na səhrasında yaşamaq məcburiyyətində qaldılar. Amma ondan sonra həmişə şəhərlərdə yaşamağa və Yəhudi qövmünün qiymətli irsinin yaranması üçün mədəniyyət yaratdılar. Bundan sonra həmin ərazi-lərdə xristyanlıq meydana çıxdı.
Xalqlarda düşüncə tərzinin dəyişilməsi adi və təbii haldır. İb-ranilər köç zamanı müxtəlif xalqların düşüncə təsiri altına düşdülər. Məsələn; dənizdən keçəndən və Fironun əlindən xilas olduqdan sonra bir dəstə bütpərəstlə üzləşdilər və Həzrəti Musadan (ə) onlar üçün büt hazırlamalarını xahiş etdilər. Onların bu istəyi kəskin şəkildə rədd edildi: “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlə-rinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!” (Əraf surəsi, 138). Eləcə də, Misirdə yerləşəndə Misirlilərin dini inancları onlara güclü şəkildə təsir göstərdi. Belə ki, onlar bu ölkəni tərk etdikdən sonra belə Misirlilər kimi inəyi müqəddəsləşdirdilər. Bunun nəticəsində onlar qızıldan inək bütü yaradaraq ona ibadət etməyə başladılar.
5. Həzrət Musa (ə)
Tövratın Xuruc bölümünün ikinci fəslində belə qeyd olunmuş-dur ki, Bəni-İsraildən bir nəfər2 öz qəbilələrindən olan qızlardan biri ilə ailə qurur və onların oğulları dünyaya gəlir. Yeni doğulmuş kör-pənin anası onu Fironun məmurlarının əlindən xilas etmək üçün üç ay gizlədir. Uşağı daim gizli saxlamaq mümkün olmadığı üçün anası bir sandıq düzəldir, taxtaların birləşən yerlərini qırla doldurur, uşağı



  1. Bu məsələ Qurani-Kərimdə, Yusif surəsinin 100-cü ayəsində qeyd olunmuşdur.

  2. İslami hədislərdə onun adı İmran və Tövratda imram ibni Qəhat ibni Lavi ibni Yaqub kimi qeyd olunmuşdur. (Xuruc 20-14:6)

111


həmin sandığın içərisinə qoyaraq Nil çayı nın qamı şlıqları arasında suya buraxır. Körpənin bacı sı isə həmin ətrafda dayanaraq onun ba-şına nə gələcəyinə tamaşa edir.
Qısa bir müddətdən sonra yuyunmaq üçün Nil çayının sahilinə
gələn Fironun qızının gözü sandı ğa sataşır və kənizlərdən birini san-dığın arxasınca göndərir. Sandığı onun yan ına gətirirlər və o sandığı açanda içərisində ağ layan uşaq görür. Onun ürəyi uşağın halına yanır, amma həmin körpənin Bəni-İsraildən olduğunu bilir. Bu zaman kör-pənin bacısı Fironun qızına yaxınlaşır və uşağa süd vermək üçün qadın tapmasını ona təklif edir. Fironun qızı onun bu təklifini qəbul edir v ə qız öz anasını onların yanına gətirir. Fironun qızı h əmin xanı-ma deyir: “Uşağ ı özünlə apar, ona süd ver və mən də sənin bütün xər-cini ödəyəcəm.” Bir neçə ildən sonra u şaq böyüyür və anası onu Firo-nun qızının yanına aparır. Fironun qızı onu oğulluğa qəbul edir və ona Musa (Muşe, İbri dilində “Sudan çıxarılmış”) adını verir. Bu ha-disə Qurani-Kərimin Qisəs surəsində qeyd olunmuş hekayə ilə yaxın-dır. Bəzi tarixi hesablamalara və hadisələrin analizinə görə bu hadi-sənin eradan 1250-1300 il öncə baş verməsi bildirilir.
5-1. Peyğəmbərliyi
Tövratı n Xuruc bölümünün üçüncü fəslində oxyuruq ki, Həzrət
Musa (ə) Hurib1 səhrasında dağın ətəyində Allahu-Taalanın səsini bir

kol topasından qalxan alovun içərisindən eşitdi və onunla danı şdı.


Qurani-Kərimdə Allahın Tuva səhrası ndakı ağacdan buyurduğu söz-
lər belədir:
ﻓَﻠَﻤﱠﺎ أَﺗَﺎهَﺎ ﻧُﻮدِي ﻳَﺎ ﻣُﻮﺳَﻰ * إِﻧﱢﻲ أَﻧَﺎ رَﺑﱡﻚ ﻓَﺎﺧْﻠَﻊ ﻧَﻌْﻠَﻴْﻚ إِﻧﱠﻚَ ﺑِﺎﻟْﻮَاد اﻟْﻤُﻘَﺪﱠسِ ﻃُﻮًى* وَأَﻧَﺎ
اﺧْﺘَﺮْﺗُﻚ ﻓَﺎﺳْﺘَﻤِﻊ ﻟِﻤَﺎ ﻳُﻮﺣَﻰ* إِﻧﱠﻨِﻲ أَﻧَﺎ اﻟﻠﱠﻪُ ﻟَﺎ إِﻟَﻪ إِﻟﱠﺎ أَﻧَﺎ ﻓَﺎﻋْﺒُﺪْﻧِﻲ وَأَﻗِﻢ اﻟﺼﱠﻠَﺎة ﻟِﺬِآْﺮِي* إِنﱠ اﻟﺴﱠﺎﻋَﺔ ءاَﺗِﻴَﺔٌ أَآَﺎدُ ُأﺧْﻔِﻴﻬَﺎ ﻟِﺘُﺠْﺰَى آُﻞﱡ ﻧَﻔْﺲٍ ﺑِﻤَﺎ ﺗَﺴْﻌَﻰ * ﻓَﻼ ﻳَﺼُﺪﱠﻧﱠﻚ ﻋَﻨْﻬَﺎ ﻣَﻦْ ﻻَ ﻳُﺆْﻣِﻦ ﺑِﻬَﺎ وَاﺗﱠﺒَﻊ هَﻮَاﻩُ ﻓَﺘَﺮْدَى

1 Bu söz Sə mat duasında “huris” formasında qeyd olunmuşdur. Hurib hə min Sina səhrasıdır.

112


(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! * Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan * Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə! * Mən, həqiqətən, Allaham. Məndən baş-qa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! * O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cə-zasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə büruzə verir). * Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!” (Taha surəsi. Ayə 11-16)
Tövratda belə qeyd olunur ki, Allahu-Taala Həzrət Musa (ə) Bəni-İsraili Misirlilərin əlindən xilas edəcəyini və bərəkətli, məhsuldar Kə-nan torpaqlarını onlara əta edəcəyini vədə verdi. Elə bu səbəbdən də, Həzrət Musa (ə) Fironun yanına getməsi, ondan Bəni-İsraili azad bu-raxması üçün peyğəmbərliyə çatdı. Qurani-Kərimdə Həzrət Musa (ə) üçün başqa bir mühim risalət məsələsinə də işarə olunmuşdur. Bu risalət Fironu imana, yaxşı əməllərə dəvət etməkdən, kafirlik və zülm-dən uzaqlaşdırmaqdan ibarət idi. Həzrət Musa (ə) müxtəlif möcüzələrlə Misirə yola düşdü və qardaşı Harun (ə) onun köməkçisi oldu.
5-2. Möcüzələri
Həzrət Musa (ə) Fironu Bəni-İsrailə zülm etməkdən əl çəkməsi və onları azad buraxmaları üçüm müxtəlif yollardan istifadə etməklə təzyiq altına saldı.
Qurani-Kərim və Tövratda qeyd olunduğuna əsasən Allahu-Taa-la Həzrət Musaya (ə) möcüzə etmək bacarığı verdi. Həzrət Musa (ə) əsa ağacını (tövratda qardaşı Harunun da əsası qeyd olunmuşdur) əj-dəhaya çevirə bilirdi və əli ağ nur saçırdı. Firon bir dəstə cadugərləri-ni çağıraraq Musa (ə) ilə yarışmalarını istədi. Qeyd etdiyimiz əjdəha

113


onları bütün cadugərlik sehirlərini və alətlərini uddu. Onlar Həzrət Musanın (ə) gördüyü işlərin sehir olmadığını anladılar. Qurani-Kə-rimdə qeyd olunmuşdur ki, cadugərlər Fironun heç bir hədə-qorxu-suna baxmayaraq Allahu-Taalaya iman gətirdilər. Onların iman gətir-mələri Tövratda qeyd olunmamışdır və kitab əhli tərəfindən qəbul olunmur.

Bu möcüzələrdən sonra Misirlilərə bir neçə əzab nazil oldu. Fi-ron isə Bəni-İsraili azad buraxacağı barədə dəfələrlə vədə versə də öz vədələrinə dönük çıxdı. Tövratda on cür əzab qeyd olunmuşdur:




  1. Misirlilərin suyunun qana çevrilməsi




  1. Sularda qurbağaların çoxalması




  1. Ağcaqənədlərin çoxalması




  1. Milçəklərin çoxalması




  1. Vəba xəstəliyi nəticəsində Misirlilərin heyvanlarının kütləvi şəkildə tələf olması

  2. Misirlilərin və onların minik heyvanlarının dəri xəstəliklərinə düçar olmaları və bədənlərində yaraların (cüzamın) çıxması




  1. İri həcimli dolunun yağması və çoxlu sayda heyvanın və əkin sahələrinin tələf olması

  2. Çəyirtkənin çoxalması




  1. Üç gün ərzində Misirlilərin yaşadıqları hər yerin qaranlığa qərq olması

  2. Misirdə yaşayan bütün insanların, heyvanların, hətta Fironun özünün də ilk övladlarının həlak olması

Bu əzabların bəziləri Qurani-Kərimdə başqa formalarda qeyd olunmuşdur:

Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmaz-lığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar! * Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb ka-fir bir tayfa oldular.” (Əraf surəsi, ayə 130 və 133)



114


İstər Qurani-Kərimə, istərsə də Tövrata görə O Həzrətin möcü-zələrinin sayı qeyd etdiyimizdən çox idi. Həzrət Musanın (ə) doqquz nişanəsini özündə əks etdirən Qurani-Kərim ayəsində O Həzrətin Fi-ronun dəvəti üçün nəzərdə tutduğu nişanələr qeyd olunmuşdur:
Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İs-rail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)”, - demişdi.” (İsra surəsi, ayə 101)
5-3. Dənizdən keçiş
Tövratda qeyd olunduğuna əsasən, sonda Firon təslim oldu, Həzrət Musa və Həzrət Harunu (ə) gecə vaxtı yanına çağırtdırdı və onlara dedi: “Bəni-İsraillə hara istəyirsəniz gedə bilərsiniz.” Onlar Misirin şərqində yerləşən Qırmızı dənizə tərəf yola düşdülər və hə-min məkanda çadır qurdular. Bir müddətdən sonra Firon peşiman ol-du və öz ordusu ilə onların arxasınca getdi. Musanın (ə) qövmü uzaq-dan Fironun öz qoşunuyla gəlməsini gördülər. Həmin anda Musa (ə) əlini dənizə tərəf uzatdı, dəniz parçalandı, qurudu və Bəni-İsrail asan-lıqla dənizdən keçə bildilər.1 Onların ardınca Fironun döyüşçüləri də-nizə daxil oldular və Həzrəti Musa (ə) Allahu-Taalanın əmrinə əsasən bir əlinin işarəsilə onların hamısını suda boğdu. Tövratda Fironun özü-nün dənizdə qərq olması barədə heç nə yazılmamışdır və kitab əhli bu-nu inkar edirlər. Tövratda qeyd olunanlara əsasən Misirdən çıxan za-man uşaqları çıxmaq şərtilə Bəni-İsrailin sayı altı yüz min nəfər olmuşdur. Bəni-İsrailin Həzrət Yusifin (ə) zamanında Misirə daxil ol-


  1. İslam alimlərinin böyük əksəriyyəti dənizin əslində Nil çayı olmasını bildirirlər. Tövratda belə qeyd olunmuşdur ki, Bəni-İsrailin əvvəlcədən də yerləşdiyi yer Nil çayının sağ tərəfi olmuşdur və onların keçdiyi dəniz isə Misirin sərhədində yerləşən Qırmızı dəniz olmuşdur. Qurani-Kərimdə qeyd olunmuş “Bəhr” sözü də dəniz sö-zünə daha münasibdir.

115


duğu vaxtla onların Həzrət Musanın (ə) rəhbərliyi altında Misirdən çıxarılmarı vaxtı arasında dörd yüz otuz il keçmişdir. (Xuruc 12:37-40)
Qurani-Kərimdən və İslami hədislərdən belə qənaətə gəlmək olar ki, Bəni-İsrail Fironun izni ilə deyil Allahın əmri ilə Misiri tərk etdilər: “(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Mi-siri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərə-findən) təqib ediləcəksiniz!” (Şüəra surəsi, ayə 52) Eləcə də, Qurani Kərimdə açıq şəkildə bildirirlir ki, Həzrət Musa (ə) Allahu-Taalanın əmri ilə əsasını dənizə vurdu, əlini dənizə tərəf uzatmadı.
Bəni-İsrail Sina yarımadası ətrafında yerləşdilər və onlar üçün səmadan şehə bənzər maddə və bildirçin quşu nazil edildi və bu hadi-sə onların səhrada olduqları qırx il ərzində hər gün təkrarlanırdı. Töv-ratda qeyd olunduğuna əsasən bu yeməyin adı “Mənnə” idi. Çünki Bəni-İsrail onu görən kimi İbri dilində “Man huvə”, yəni “O nədir?” sualını verdilər.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin