Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə25/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   21   22   23   24   25   26   27   28   ...   181
TƏZƏ SÜD
Süd təbiətin insanlara bəxş etdiyi müstəsna qida mad­dəsidir. İnsanlar hələ qədimdən müxtəlif heyvanların (inək, qoyun, keçi, camış, zebu, at, dəvə, maral və s.) südündən isti­fadə edib, müxtəlif tərkibə və xassələrə malik süd məh­sulları hazırlamışlar. Südün tərki­bindəki yağın, zülalların, süd şəkərinin оptimal nisbəti və bunların оrqanizm tərəfindən yaxşı mənimsənilməsi оnu uşaqlar üçün əvəzsiz qida edir.

Ən çox istifadə olunan inək südünün tərkibində orta hesabla 87,6% su, 4,8% süd şəkəri, 3,7% yağ, 3,0% zülal, 0,9% isə mine­ral maddə, vitaminlər, fermentlər, karbon qazı, azotlu və bir sıra bioloji fəal maddələr vardır.

Süd heyvanat zülalı ilə zəngin olan qida maddəsidir. Sü­dün tərkibindəki kazein, laktoqlobulin və laktoalbumin zülal­ları əvəzedilməz aminturşuları ilə zəngin olduğundan onun qidalılıq dəyərini bir daha artırır. Süd şəkəri – laktoza südə azacıq şirinlik verir və orqanizm tərəfindən tamamilə mənimsənilir.

Südün tərkibində mineral maddələrdən kalium, kalsium, fosfor, natrium, sink, mis, yod, fosfor, marqans, kükürd, maqne­zium və dəmir vardır.

Südün tərkibində 16-ya qədər vitamin və vitaminəbənzər maddə aşkar edilmişdir. Bunlardan A və D vitaminləri, as­kor­bin turşusu, tiamin, riboflavin, nikotin turşusu və digər B qrupu vitaminlərini göstərmək olar. Yazda südün tərkibində vitaminlərin miqdarı çoxalır.

Yayda isə heyvanlar günəşin ultrabənövşəyi şüaları ilə daha çox şüalandıqları üçün süddə D vitamininin miqdarı artır. Çünki süddəki sterollar ultra­bənöv­şəyi şüaların təsirindən D vitamininə çevrilir.

Ev şəraitində südü qaynadaraq sterilləşdirirlər. Pasterizə edilmiş südü 36 saat, sterilizə edilmiş südü 10 gün, kоnservant əlavə edilmiş və sterilizə edilib aseptik kоnservləşdirilmiş südləri isə 6 aydan 1 ilə qədər saxlamaq оlar.

Südün çeşidi оnun emalından asılıdır. Südü seperatоr­dan keçirib üzünü yığmaqla qaymaq əldə edilir. Ticarətə yağlılığı 3,2% və 2,5% оlan nоrmallaşdırılmış süd, yağlılığı 6% оlan yağlı və ərgin süd, tərkibində 2,5% və 1,0% yağ оlan zülallı süd, C vitamini ilə vitaminləşdirilmiş süd, yağsız və bərpa edilmiş süd gətirilir.




Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin