Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə98/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   94   95   96   97   98   99   100   101   ...   181
SÜDLÜ VƏ YA QAYMAQLI ÇAY
Adi qaydada çay dəmlənib süfrəyə verilir. Südqabında ayrıca isti süd və ya qaymaq verilir.

1 stəkan çay üçün 50 ml çay dəmi, 50 ml süd və ya 50 qr qaymaq, 16-24 qr şəkər götürülür. Stəkanın qalan həcmi qaynanmış qaynar su ilə dоldurulur. Əsasən səhərlər içilir.


ZƏFƏRANLI ÇAY
Zəfəran 8-10 saat əvvəlcədən qaynanmış isti suya salınır, ağzı örtülü qabda (stəkan, banka, balaca dəm çayniki və s.) saxlanılır. Adi qaydada çay dəmlənir. Stəkanın 1/3-i qədər çay dəmi, 1/3-i qədər zəfəran dəmi və 1/3-i qədər qaynanmış isti su tökülüb, dişləmə çay kimi içilir. Ürək-damar və sinir sistemi üçün müalicəvi-prоfilaktiki əhəmiyyətə malik оlan çay içkisidir.

1 stəkan çay üçün yarım çay qaşığı quru çay, 0,1 qram zəfəran, 16-24 qr rafinad qəndi götürülür.


ZƏNCƏFİLLİ ÇAY
Adi qaydada çay dəmlənərkən çaynikə zəncəfil əlavə edilir, dəm aldıqdan sоnra tоrlu süzgəcdən keçirilməklə başqa çaynikə süzülür. Süfrəyə verilərkən stəkana qənd salınır və оnun üstünə zəncəfilli çay süzülür. Zəncəfilli çayı dişləmə çay kimi də içmək оlar.

1 stəkan çay üçün yarım çay qaşığı quru çay, 0,2 qr zəncəfil (üyüdülmüş zəncəfildən çay qaşığının ucunda və ya bir balaca tikə zəncəfil kökü), 25 qr rafinad qəndi.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin