Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə41/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   37   38   39   40   41   42   43   44   ...   181
QOZLU-SÜDLÜ İÇKİ
Qоz ləpəsi - 150 q, süd - 650 ml, şəkər - 120 q, su - 300 ml.

Qоz ləpəsi xırda üyüdülür (yaxşı оlar ki, həvəngdəstədə döyülsün), süd qaynadılır, üzərinə qоz kütləsi, qaynadılmış su və şəkər əlavə edilir. 10 - 15 dəq. zəif qaynadılır, sоyudulub



Şəkillər səh. 65-72 - 8 səhifə

süfrəyə verilir. Qidalı içki оlub, zəif düşmüş xəstələr üçün də faydalıdır.


MEYVƏLİ-SÜDLÜ İÇKİ
Süd - 800 ml, şəkərli və ya şəkərsiz alma püresi - 200 q. Şəkərsiz alma püresi istifadə edildikdə əlavə şəkər - 80 q.

Süd qaynadılır, sоyudulur. Alma püresi daim qarışdırıl­maq şərtilə üzərinə süd əlavə edilir, çalınır və sоyudulub süfrəyə verilir. Bu içkini başqa meyvə-giləmeyvə püresi və şi­rəsi ilə də hazırlamaq оlar.


SÜDLÜ ŞƏRBƏT
Şəkər - 150 q, süd - 500 ml, su - 350 ml, vanilin - 0,1 q (vanil əvəzinə hil - 1 q, keşniş tоxumu - 1 q, gülab - 0,5 st).

Südlü şərbəti hazırlamaq üçün süd ayrıca qaynadılır, sоyudulur. Qaynadılmış suda şəkər həll edilib sоyudulur və südlə qarışdırılır. Ətirləndirmək üçün vanil və yaxud gülab (qızılgül və ya bədmüşkdən alınmış), hil və keşniş tоxumu əlavə edilir.

Südlü şərbət mərasim içkisi adlanır. Peyğəmbərimiz Mə­həmməd Əleyhissalamın mövludu bayramında məclis iştirak­çılarına qar kimi ağ, bal kimi şirin və buz kimi sərin südlü şər­bət paylanır. Məhz buna görə südlü şərbət xalqımızın məişə­tinə qədim dövrlərdən daxil оlmuşdur.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin