Elmi redaktoru: t.e.n., dos. N.X.Musayev Hüseynov Mövlud Ərəstun oğlu,
Əhmədov Əhməd-Cabir İsmayıl oğlu.
Milli Azərbaycan şərbətləri və spirtsiz içkilər. Monoqrafiya. Bakı: “Çaşıoğlu”, 2014, 272 səh.
Kitabda Azərbaycan milli şərbətlərinin və spirtsiz içkilərin istehsalında istifadə olunan xammallar, Azərbaycan milli şərbətlərinin və içkilərinin çeşidi, spirtsiz içkilərin, o cümlədən respublikada çıxarılan və istifadə olunan mineral suların çeşidi, meyvə və tərəvəz şirələri, Azərbaycan çayı və digər isti və soyuq içkilər haqqında geniş məlumat verilir. Kitabda spirtsiz içkilərin insan orqanizminə fizioloji təsiri və milli içkilərin müalicəvi əhəmiyyəti, eləcə də Azərbaycan milli şərbətlərinin keyfiyyət ekspertizası və onun nəticələrinin müzakirəsi öz əksini tapmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.