Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə75/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   71   72   73   74   75   76   77   78   ...   181
QARA-QARAĞAT ŞİRƏSİ
Qara-qarağat şirəsi almaq üçün Qoliaf, Səkkizinci Devison, Sentyabr danielyası, həmçinin, məhsuldar Liya, Nea­po­li­tan­skaya, Yurevka, Altay staxanovkası, Berendevka sortla­rın­dan istifadə edilir. Qara-qarağat sıxlığı 1028-1030 kq/m3 olan şirə verməlidir. Qara-qarağat şirəsini lətli və lətsiz hazırla­yırlar. Bu şirələr təbii və şəkərlə buraxılır.
NARİNGİ VƏ PORTAĞAL ŞİRƏSİ
Naringi və portağal şirələri lətli, təbii və şəkər əlavəli hazırlanır. Tərkibində quru maddə təbii şirədə 10%-dən, şəkər əlavəli şirədə isə 14%-dən az olmamalıdır. Turşuluğu naringi şirəsində 0,6-2,0%, portağal şirəsində isə 0,6-2,5% arasında tərəddüd edir. Sitrus meyvələrindən şirə aldıqda çalışmaq lazımdır ki, qabıqda olan efir yağı şirəyə keçməsin. Çünki efir yağında d-limonen vardır. Şirənin saxlanılması zamanı üzvi turşuların təsirindən d-limonen izomerizasiyaya uğrayır və pinen əmələ gəlir. Bu isə şirəyə skipidar iyi verir. Ona görə də sitrus meyvələrinin şirəsində d-limonenin miqdarı 0,01%-dən çox olmamalıdır. Naringi və potağaldan şirə çıxımı 42%-dir.


ŞAFTALI ŞİRƏSİ
Şirə hazırlamaq üçün Qızıl yubiley, Elberta, Nikitin, Nek­tarin və digər ləti yumşaq şirin şaftalı sortlarından isti­fadə edilir. Şaftalının səthindəki pənbə yun parça və ya kapronla təmizlənir, yuyulur, çəyirdəyi asan ayrılanların çəyirdəyi çıxarılır, başqa şaftalı sortları dilimlənir, üzərinə su əlavə edilib (1 kq şaftalıya 1,5 st. su) yumşalanadək qızdırılır, sonra sürtgəcdən və ya ələkdən keçirilir. Alınmış püre şəkər şər­bəti ilə qarışdırılır. Bu məqsədlə 55% şaftalı püresi, 45% tərkibində 20% şəkər olan şərbət götürülür. 550 ml heyva püresinə 450 ml şəkər şərbəti qatılıb yenidən 80–85°C-yə qədər qızdırılır, bankalara tökülür və heyva şirəsində olduğu kimi pasterizə edilir.

Lətli şirəni alma, qırmızı qarağat, zoğal, albalı və üzüm­dən də almaq olar.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin