İ. A. Axundov



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   ...   9   10   11   12   13   14   15   16   17
NƏTİCƏ 

 

Şərqin  görkəmli  alim  və  həkimlərinin  adı  artıq  XIII  əsrdən 

başlayaraq  ərəb  dünyasından  başqa  Qərb  ölkələrində  də  məşhur 

idilər.  Xüsusən,  Əbu  Nəsr  Fərabinin,  Ər-Razinin,  Əli  ibn  Abbasın, 

Əbu Əli İbn Sinanın və başqalarının adları daha çox xatırlanırdı. Bu 

adlar  yalnız  Şərq  ölkələrində  deyil,  Qərbin  Əndəlis  bölgəsində  də 

çəkilirdi. Bu adların içərisinə İbn Tüfeylin, İbn Rüşdün adları da var 

idi. Bu adlarla yanaşı onların əsərləri də Avropaya keçdi. 

XV  əsrdə  bu  görkəmli  Şərq  alimlərinin  kitablarının  nəşr 

olunması  ilə  əlaqədar  olaraq  1473-cü  ildə  Milan  və  Strasburq 

şəhərlərində Əbu Əli İbn Sinanın “Tibb qanunu” əsəri ilk dəfə nəşr 

olundu.  Sonra  bu  əsər  dəfələrlə  çap  olunub,  geniş  yayıldı.  Ondan 

təxminən  səkkiz  il  sonra  1481-ci  ildə  Milanda  Zəkəriyya  Ər-

Razinin  “Əlimənsur”  və  on  bir  il  sonra  isə  Venesiyada  Əli  ibn 

Abbasın  “Şahanə  kitabı”  işıq  üzü  gördü.  Və  bundan  sonra  Ər-

Razinin, Əli ibn Abbasın, İbn Rüşdün, İbn Zöhrün və Şərqin digər 

dahi  alimlərinin  əsərləri  Avropada  geniş  yayıldı.  Renessans 

dövründə  İbn  Sinanın  “Tibb  qanunu”  əsəri  üstünlük  təşkil  edərək, 

başqa alimlərin əsərlərini  kölgədə qoydu. XV  əsrdə tibb sahəsində 

ən çox İbn Sinanın adı çəkilirdi. Bu Ferrarinin 1471-ci ildə yazdığı 

əsər də sübut edilir. 

Elm,  eramızdan  əvvəlki  dövrdən  XX  əsrə  qədər  bir-birindən 

tamamilə fərqlənən dörd siyasi-dövlət mərhələsi keçib. Birinci dövr 

eramızdan  əvvəl  IX-VII  əsrlərdən  başlayaraq  eramızın  VII  əsrinin 

ortalarına  qədər  davam  edən  Avesta  mərhələsi  yaxud  Zərdüştlük 

dövrü  adlanır.  VII  əsrin  ortalarından  başlayıb  X  əsrə  qədər  davam 

edən  ikinci  mərhələdə  Azərbaycan  xalqı  əsrlər  boyu  inandığı 

Zərdüşt dinindən əl çəkməyə məcbur edildi. Bu da xalqa çox böyük 

çətinliklər və itkilər hesabına başa gəldi. Üçüncü dövr isə ərəbdilli 

mədəniyyətin yəni  İslam dininin Azərbaycanın hər  yerinə  yayıldığı 

mərhələdir. Və sonuncu Sovet dövrü mərhələsidir ki, qısa olmasına 

baxmayaraq inkişaf etmiş mərhələ hesab edilə bilər. 



2007-ci il. 


 

95 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin