5
I FƏSİL
ORTA ƏSRLƏRDƏ FƏALİYYƏT GÖSTƏRMİŞ
AZƏRBAYCAN ALİMLƏRİNİN ƏSƏRLƏRİNDƏ
TİBBİN TARİX VƏ FƏLSƏFƏ İLƏ ƏLAQƏSİ
İlk elm və mədəniyyət ocaqları Qədim Şərqdə yaranmışdır.
Bu ölkələr arasında Qədim Misir, Çin, Hindistan ilə bərabər Yaxın
və Orta Şərqdə, xüsusilə Azərbaycanda inkişaf etməkdə olan və çox
az öyrənilmiş Atəşpərəstlərin mədəniyyətini də göstərmək lazımdır.
Onların müqəddəs kitabı olan “Avesta” (Avestanın tərkib hissələri
e.ə 1-ci minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır) antik
dövrdə Yunanıstanda elmin müxtəlif sahələrinin, xüsusilə tibbin
inkişafında böyük rol oynamışdır. Avestanın elmi nailiyyətləri hələ
ki, çox az öyrənilmişdir. Ona görə də bu kitab uzun illər alimlərin
tədqiqat materialı olacaqdır.
Avestanın təsiri altında Qədim Yunanıstanda müxtəlif elmlər
və xüsusilə də tibb elmi sahəsində ki, uğurların əldə edilməsi haq-
qında məlumatlar vardır. IV və V əsrlərdə Yunanıstanda akademi-
yalar bağlandıqdan sonra orada çalışan alimlərin əksəri Orta Şərq
ölkələrinə, o cümlədən Azərbaycana üz tutmuş və bu ölkələrdə elm
və mədəniyyətin inkişafı uğrunda çalışmağa başlamışlar. Şərq alim-
ləri özləri də bu sahədə fəal iştirak etmiş və elmin inkişafına yeni-
liklər gətirmişlər.
VII-VIII əsrlərdən başlayaraq Orta və Yaxın Şərq ölkələrində
İslam mədəniyyəti geniş yayılmağa başlamışdı. Bu təsir Azərbay-
canda iki tərəfli olmuşdur. Bir tərəfdən İslam mədəniyyətinin dahi
klassikləri Zəkəriyya Ər-Razi, İbn Sina, İsmayıl Cürcani (1340-
1413) və onların tələbələri Azərbaycanda tibbin inkişafına yaxından
kömək etmişlər. Digər tərəfdən isə o dövrün məşhur Azərbaycan
həkim və alimləri də öz növbəsində İslam elm və mədəniyyətinin
inkişafının yaxından iştirakçıları olmuşlar. Onların adları və əsərləri
6
o dövrdə İslam Akademiyalarında mütəxəssislərə yaxşı bəlli idi. Elə
yalnız bunu qeyd etmək kifayət edər ki, dahi İbn Sinanın ən yaxşı
tələbələrindən biri azərbaycanlı Əbülhəsən Bəhmənyar Mərzban
oğlu Azərbaycanlı (əl-Azərbaycani, 993-1066) olmuşdur. Ərəb mə-
dəniyyətinin təsiri o dərəcəyə çatmışdır ki, hətta o vaxt azərbaycanlı
alim və həkimlərin ad və soyadları da ərəbcə yazılmışdır. Məsələn,
İsa əl-Rahi, Kafiyyəddin Ömər İbn Osman (1080-1145/1150), Əbu
Mənsur və b. Bu alimlər Azərbaycan ərazisindən kənarda da əhali
arasında çox məşhur idilər. Dahi Azərbaycan həkimi Mahmud İbn
İlyas əl-Şirazi (12..-1330) ömrünün müəyyən müddətini Şiraz
şəhərində keçirmiş, orada böyük bir xəstəxana yaratmış və ona
başçılıq etmişdir. Bu həkim şəhərin əhalisinin rəğbətini o qədər
qazanır ki, onun adının axırına “Şirazi” sözünü əlavə edirlər.
Əfsuslar olsun ki, təbii fəlakətlər, düşmən basqınları və s. nə-
ticəsində o zaman ki, Azərbaycan alimlərinin bir çox əsərləri ya it-
miş, ya da müxtəlif kitabxanalarda və ayrı-ayrı şəxslərin evlərində
saxlanılmışdır.
Azərbaycanlı orta əsr həkimlərinin bəzi əsərlərinin Sankt-Pe-
terburqda, Tiflisdə, Aşqabadda və başqa şəhərlərdə saxlanılması
haqqında da məlumatlar vardır.
Azərbaycan Milli Elmlər Akademiyasının M. Füzuli adına
Əlyazmalar İnstitutunda orta əsrlərdə yaşayıb yaratmış azərbaycanlı
alim və həkimlərinin otuza yaxın əlyazmalarında müasir tibb üçün
böyük əhəmiyyəti olan bir sıra məsələləri tədqiqata cəlb etdik. Bu
işin böyük əhəmiyyəti ondadır ki, orta əsrlərdə fəaliyyət göstərmiş
Azərbaycan alimləri öz əsərlərini türk, fars, ərəb və başqa dillərdə
əski əlifba ilə yazdıqlarından bu əsərləri geniş kütlə istifadə edə bil-
mirdi.
Orta əsrlər məfhumu olduqca geniş olub erkən, klassik və
gecikmiş dövrlərə bölünür. Erkən VI-XI, klassik XII-XIV, gecikmiş
XV-XVII əsrləri əhatə edir. Lakin bu bölümü şərti hesab etmək
lazımdır.
Erkən orta əsrlərdə Azərbaycanda tibbin inkişafı Avesta, Qə-
dim Yunan və İslam elm və mədəniyyətinin təsiri altında olmuşdur.
7
Bu dövrdə yaşayan alimlər sırasında dahi İbn Sinanın tələbəsi olan
Əbülhəsən Bəhmənyarı göstərmək olar.
Rəvayətə görə İbn Sinanın Bəhmənyar ilə tanışlığı təsadüfi ol-
muşdur. İbn Sina cavan və sağlam dəmirçi Bəhmənyarın dükanının
qarşısından keçərkən, onun xarici görünüşü diqqəti cəlb etmiş və
dükana daxil olmuş, zarafat ilə əlini uzadaraq “o köz odlardan birini
mənim ovcuma qoy” demişdir. Bəhmənyar isə onun ovcunun içəri-
sinə əvvəlcə bir qədər kül qoyur, sonra onun üzərinə odu yerləşdirir.
Bu cəldlik və hərəkət İbn Sinanın çox xoşuna gəlir. Bəhmənyar ilə
daha yaxından tanış olduqdan sonra onun dərin, mənalı bir insan ol-
duğunu görür və onu tələbələrinin sırasına daxil edir.
Beləliklə, Bəhmənyar ən gənc tələbələrdən biri kimi onun ya-
nında fəaliyyət göstərir. Bəhmənyar öz əsərlərində real varlıqdan
danışmış, sağlam və xəstə orqanizmdə ruh ilə cismin vəhdətinə bö-
yük yer vermişdir. Ruhun bəzi məsələləri haqqında Aristotelin (e. ə.
384-322) bir çox fikirləri ilə razı olmadığını bildirmişdir. Bəhmən-
yar hətta özünün müəllimi İbn Sina ilə də hər zaman elmi mübahisə-
də olmuş və onun bəzi fikirlərini tənqid etmişdir. Onun fəlsəfəsinin
tibb ilə əlaqəsi haqqında olan fikirləri alimlərin diqqətini özünə cəlb
etmişdir. Bəhmənyar, İbn Sina və ondan sonrakı həkim və filosoflar
kimi daima materiyanın bioloji hərəkət formasının xüsusiyyətlərini
öyrənmiş, onun tibb üçün çox mühüm olmasını göstərmişdir.
Erkən orta əsrlərdə məşhur Azərbaycan həkimlərindən biri də
X əsrdə yaşayıb-yaratmış Əbu Mənsur Hərəvidir. Onun dərman bit-
kiləri haqqındakı əsəri diqqətə layiqdir. Bu əsər X əsrdə tərtib edil-
miş və sonra XI əsrin ortalarına qədər tələbələri tərəfindən təkmil-
ləşdirilmişdir. Bu kitabda 500-dən çox dərman bitkisinin, 100-ə
yaxın mineral maddənin və bəzi üzvü preparatların adları qeyd
olunmuşdur. Onların təsirlərinin öyrənilməsinə böyük yer verilmiş-
dir. Dərmanın xəstəyə təyin edilməsi zamanı xəstənin yaşının, fərdi
xüsusiyyətlərinin və hətta dərman bitkilərinin əkildiyi yerlərin və
dərman qəbul edilən zaman ilin fəsillərinin nəzərə alınması göstəril-
mişdir. Bu alimin fikrincə, canlılarda olduğu kimi dərmanların da
təbiəti müxtəlif ola bilər. O, isti və soyuq təbiətli dərmanların adını
8
qeyd etmiş və soyuq təbiətli insanlara daxili hərarəti artıra bilən dər-
manların qəbulunu məsləhət görmüşdür. Daxilə və xaricə qəbul
edilən dərmanların müxtəlif üsullar vasitəsilə işlədilməsini göstər-
mişdir. Məsələn, sürtmək, yaxmaq və ya buxarlandırma yolu ilə
dərmanı qəbul etmə və s.
O, əsərlərində qan dövranı xəstəliklərinə böyük yer verirdi, la-
zım gəldikdə qan buraxmağı və ya bu məqsəd üçün zəlilərdən də
istifadə etməyi məsləhət görürdü.
Erkən orta əsrlərdə fəaliyyət göstərmiş azərbaycanlı həkim və
alimlər sırasında İsa əl-Rahi xüsusi yer tutur. Bu alimin bizə gəlib
çatan əsas əsərlərindən “Tibb” adlı qısa, lakin qiymətli kitabını gös-
tərmək lazımdır. İsa əl-Rahi bir sıra Yaxın və Orta Şərq ölkələrini
gəzib, orada fəaliyyət göstərən həkimlərin təcrübəsi və əsərləri ilə
yaxından tanış olmuş, onların bəzisini tərcümə edib, həmin kitablar
haqqında qiymətli şərhlər, xülasələr yazmışdır. Şərq dillərini yaxşı
bilməsi, bu işdə ona yaxından kömək etmişdir. Bir çox ölkələrə elmi
səyahətlər etməsi əl-Rahinin fəlsəfi və tibbi fikirlərinin formalaşma-
sında böyük rol oynamışdır. Əl-Rahinin əsas uzaqgörənliyi onda idi
ki, o, müasir tibbdə geniş müzakirə olunan bioloji və ictimai amil-
lərin əlaqəsini hələ o zaman dərindən öyrənmiş, insan patologiya-
sında ictimai amillərin roluna üstünlük vermişdir.
İsa əl-Rahinin əsərlərində müasir tibbi maraqlandıran sağlam-
lıq, xəstəlik və sağalma haqqında bir sıra orijinal fikirlər vardır. O,
sağlamlığın qoruyub saxlanmasında, orqanizmin müxtəlif sistemləri
arasındakı harmoniyaya böyük əhəmiyyət verirdi və hesab edirdi ki,
bunun pozulması xəstəlik yaradar. Elə buna əsasən də sağalmanın
əsas səbəbini pozulmuş harmoniyanın bərpasında görürdü.
Hələ X əsrdə İsa əl-Rahi fizioloji və patoloji hallarda orqa-
nizmə vahid bir sistem kimi baxırdı və qeyd edirdi ki, bədənin hər
bir nahiyəsində baş verən dəyişikliklər mütləq bütöv orqanizm sə-
viyyəsində özünü göstərməlidir. Xəstəliklərin əmələ gəlməsində və
sağalmada insanın təbiətinin və sağlamlığının rolunu yüksək
qiymətləndirirdi. Vərdişi insanın ikinci təbiəti hesab edirdi. Zərərli
vərdişləri isə lazımsız bilirdi. Əl-Rahiyə görə insan həmişə çalışma-
9
lıdır ki, həyatda orta vəziyyət tutub, ifratdan kənar olsun, xüsusilə
cinsi əlaqədə ifratın bədən və ağıl üçün zərərli olmasını ətraflı şəkil-
də sübut edirdi. Sağlamlığın əsas şərtlərini isə düzgün qidalanmaq-
da, istirahət və əmək rejimini gözləməkdə, fəal həyat tərzi keçir-
məkdə, əxlaq pozğunluqları ilə mübarizə aparmaqda və s. görürdü.
İsa əl-Rahinin əsərlərində göstərilir ki, insan xəstəlikdən öz
qüvvələri hesabına sağalır. Həkim isə bu işdə ona kömək edir. Digər
alimlərin əsərlərində olduğu kimi onun da kitabında daxili qüvvələr
haqqında çoxlu məlumatlar var. Hal-hazırda biologiya və tibbdə
öyrənilən “Adaptasiya enerjisi” ilə daxili qüvvələr arasındakı əla-
qəni öyrənmək çox vacib məsələlərdən biridir.
İsa əl-Rahi onun dövründə məlum olan xəstəliklərin təsnifatı-
na yeni qruplar əlavə etməklə onu daha da təkmilləşdirmişdir. Bu
yeni qruplara travmalar, psixi xəstəliklər, irinli dəri xəstəlikləri,
ayrı-ayrı sistemlərin və orqanların xəstəlikləri aid edilirdi. O, xəstə-
liklərin müalicəsində hər şeydən əvvəl adət- ənənələri gözləməyə
böyük yer verirdi. Ümumiyyətlə, müalicədə fitoterapiyadan geniş
istifadə edirdi, orqanizmin müqavimətini artıra bilən dərmanlara
daha çox əhəmiyyət verirdi. İsa əl-Rahi Qədim Yunanıstanın gör-
kəmli həkimlərinin əsərləri ilə də yaxından tanış idi. Onlara istinad
edərək, bir çoxuna tənqidi yanaşırdı. İsa əl-Rahinin adı Şərq akade-
miyalarında çalışan alimlərin əsərlərində qeyd olunmuşdur.
Klassik orta əsrlər dövründə Azərbaycanın elm və mədəniy-
yəti, xüsusilə də tibb başqa ölkələrin təsirindən azad olmağa başla-
yır. Elə ona görə də o dövrdə yaşayan alimlər geniş və dərin biliyə
malik olub, elmin bir çox sahələri və xüsusilə tibb sahəsində dün-
yəvi əhəmiyyətə malik olan nailiyyətlər əldə edirdilər. Bu alimlər
sırasında Kafiyyəddin Ömər İbn Osmanı göstərmək olar. Təəssüflər
olsun ki, bu alimin bizə gəlib çatan konkret bir elmi əsəri yoxdur.
Onun fəlsəfi fikirləri və həkimlik fəaliyyəti haqqında olan məlumat-
ları əsas etibarı ilə qardaşı oğlu böyük Azərbaycan şairi Əfzələddin
İbrahim Əli oğlu Xaqani Şirvani (1120-1199) və o dövrün məşhur
həkimlərindən biri olan qardaşı Vaxtəddin İbn Osmanın və həm də
o zamanlar yaşayıb-yaratmış alimlərdən Əbülhəsən Ərbəbilinin,
10
Seyid Bardanın, Əhməd İbn Süleymanın, Həkim Təbrizinin əsərlə-
rinə əsaslanırdı. Kafiyyəddin Ömər İbn Osmanın da əsərləri o döv-
rün bir sıra azərbaycanlı alimləri kimi təbii fəlakətlərə və yadellilə-
rin hücumlarına məruz qalmışdır. Lakin geniş xalq kütləsi arasında
Ömər İbn Osmanın əsli, nəcabəti, yaşadığı yer, onun özünün və qar-
daşının həkimlik fəaliyyəti haqqında olan rəvayətlər bizim dövrə
qədər gəlib çıxmışdır. Bu rəvayətlərə görə Şamaxının Məlhəm kən-
dində çox qədim zamanlarda olduqca bilikli bir həkim yaşayırmış.
Onun hazırladığı məlhəmlər uzaq yerlərdən gələn xəstə insanları
tezliklə və tamamilə müalicə edirmiş. Hətta bu məlhəmlər hələ o
zaman geniş miqyasda xaricə satılmaq üçün də göndərilirdi, belə
hesab edilir ki, Şamaxının yaxınlığında olan Məlhəm kəndi həmin
həkimin məlhəmlərinin adı ilə adlandırılıb. O, günəşin şüalarının
məlhəmlərin müalicəvi effektini artıra bilməsinə böyük əhəmiyyət
verirdi. Rəvayətə görə bu alim dünyasını dəyişdikdən sonra onu ya-
şadığı yerin yaxınlığında olan günəşli bir təpədə dəfn ediblər. Hə-
min təpənin adı hələ indiyə qədər xalq arasında “Dədə Günəş” adla-
nır. Dədə Günəş sonralar ziyarətgaha çevrilmişdir.
Məlhəm kəndinin yaxınlığında Ömər İbn Osman böyük bir
tibb məktəbi yaratmışdır ki, orada həm gənc həkimlər hazırlanırdı,
həm də həkimlər öz biliklərini təkmilləşdirirdilər. Bu tibb məktəbi-
nin nəzdində xüsusi klinikalar, dərmanxanalar və laboratoriyalar var
idi. Bu laboratoriyalarda xəstələrin müayinəsi ilə məşğul olurdular.
Tibbin nəzəri fənlərindən anatomiya, fiziologiya, patologiya və gi-
giyenaya xüsusi yer verilirdi. Tibb məktəbinin nəzdində olan dər-
manxanalarda müxtəlif xəstəliklərin müalicəsində işlədilən məl-
həmlər ilə bərabər həblər, tozlar, plastrlar, dəmləmələr, şərbətlər,
məcunlar da hazırlanırdı. Tibb məktəbinin yaxınlığında dərman bit-
kilərini becərmək üçün xüsusi sahələr də ayrılmışdı.
Ömər İbn Osmanın mahir həkim olması ilə bərabər, həm də
onun böyük filosof, məşhur riyaziyyatçı, münəccim və kimyaçı
olmasını da qeyd etmək lazımdır.
Klassik orta əsrlərdə fəaliyyət göstərmiş görkəmli Azərbaycan
filosof və həkimlərindən biri də Möhzabəddin Təbrizi idi. Təsadüfi
11
deyil ki, həmin dövr də yaşayan dahi Azərbaycan şairi Nizami Gən-
cəvi (1141-1209) onu Azərbaycanın Razisi və İbn Sinası kimi qiy-
mətləndirmişdir. Möhzabəddin yunan filosof və həkimlərinin əsər-
ləri ilə yaxından tanış idi. Lakin o, ən çox İbn Sinanın fikirlərinin
təsiri altında olmuşdur. M. Təbrizi hələ o zaman ruhun bədəndən
ayrı olması fikrini tənqid edərək, insanın psixi fəaliyyətində həm
fiziologiya, həm də patologiyaya böyük yer vermişdi. O, orqanizmə
vahid bir sistem kimi baxmış və bütün orqanların məqsədə uyğun
şəkildə, bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərməsini qeyd etmişdir.
O, həmişə struktur və funksional dəyişiklikləri vəhdətə görürdü.
Sağlamlığın qorunub saxlanması və xəstəliklərin tez sağalması üçün
lazım olan maddələrin orqanizmdən sorulmasına və zərərli mad-
dələrin vaxtında xaric edilməsinə böyük əhəmiyyət verirdi.
Maraqlıdır ki, hələ o zaman Möhzabəddin xəstənin xarici gö-
rünüşünü, dərisinin rəngini və bədən hərarətini təyin etməklə bəra-
bər, ağrı, atrofiya və s. olmasına fikir verirdi, dərinin yaş və quru ol-
masını yoxlayırdı. Xəstənin ifrazatını vizual müayinə edirdi, onun
hissini, hərəkətini və psixi fəaliyyətlərini yoxlayırdı.
Möhzabəddin Təbrizi hesab edirdi ki, xəstəliyi yaxşı öyrən-
mək üçün hər şeydən əvvəl sağlamlıq anlayışını dərindən və mü-
kəmməl bilmək lazımdır. Hələ o zaman M. Təbrizi də İbn Sina kimi
sağlamlığın da müəyyən dərəcələrinin olmasını qeyd edirdi, onun
yaş xüsusiyyətlərindən və insanın yaşadığı ətraf mühitdən xeyli asılı
olmasını göstərirdi. Sağlamlığın qorunması və xəstəliklərin baş ver-
məsində maddələr mübadiləsinə böyük yer verirdi. O, öz əsərlərində
xəstəliklərin səbəbinin axtarılmasını əsas şərt sayırdı. Patogen amil-
lərin sırasında termiki, mexaniki, kimyəvi, psixi və s. amillərlə bə-
rabər gözə görünməyəm amillərin də olmasını hələ o zaman qeyd
etmişdir. Xəstəliklərdən qorunmaq və sağalma prosesinin sürətlən-
məsi üçün o, ilk növbədə xəstəlikləri törədən zərərverici amillərin
aradan qaldırılmasına böyük əhəmiyyət verirdi. Yaşayış mühitinin
və kurort amillərinin əhəmiyyətini nəzərə alıb, havanın təmizlən-
məsi üçün ağacların əkilməsini tövsiyə edirdi.
12
Möhzabəddin Təbrizinin “Tibb-ül camali” və “Əl Muxtar”
əsərləri bizə gəlib çatmışdır. “Tibb-ül camali” kitabı Azərbaycan
Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda, “Əl Muxtar”
kitabı isə Təbriz kitabxanasının əlyazmalar fondunda saxlanılır.
Möhzabəddin Təbrizi geniş dünya görüşə malik olan həkim
və alim idi. Onun qədim yunan fəlsəfəsi və tibb ilə dərindən tanış
olması və onlara tənqidi yanaşması, həm də tibb sahəsində mahir
təşkilatçı kimi fəaliyyət göstərməsi, o dövr ki, Təbriz Akademiya-
sında bu alimin hörmətli şəxsiyyət kimi qiymətləndirilməsinə səbəb
olmuşdur.
Klassik orta əsrlərdə tibbin nəzəriyyəsi və praktikası üçün
böyük xidmətlər göstərmiş dahi Azərbaycan həkim və alimlərindən
biri də Mahmud İbn İlyas idi. O, ilk dəfə olaraq öz əsərlərində aydın
şəkildə tibbin nəzəri və praktik hissələrdən ibarət olduğunu qeyd
etmiş və onların bir-biri ilə sıx əlaqəsini göstərmişdir. Bizə gəlib çat-
mış və yeddi fəsildən ibarət olan “Müxtəsəre tibb” kitabının bir hiss-
əsi tibbin nəzəri məsələlərinə həsr edilmişdir. Bu hissədə tibbin bir
sıra fəlsəfi məsələləri, tibbi hadisələrin mahiyyəti, xəstəliklərin əmələ
gəlmə səbəbləri, sağlamlığın (xüsusilə yaşlı şəxslərdə) qorunması,
xəstəliklərin gedişinə təsir edən amillər və s. haqqında geniş məlu-
matlar verilir. O, ağır xəstəliklərin gedişində böhranların dərindən
öyrənilməsinə daha çox fikir verirdi. Daxili mühitin tamlığının sax-
lanılmasının sağlamlıq üçün əsas şərtlərdən biri olmasını qeyd edirdi.
Mahmud İbn İlyas bir çox əsərlərində xəstəliklərin gedişi za-
manı kəmiyyətin keyfiyyətə keçməsini, orqanizmin özünün müdafiə
qüvvələrinin sağalmaqda rolunu və s. dərindən öyrənmiş və müalicə
zamanı diaqnoz ilə bərabər proqnoza da böyük yer vermişdi. Mah-
mud İbn İlyas qan dövranı xəstəliklərini daha dərindən öyrənmiş və
ürəkdə gedən ritm pozğunluqlarının səbəbini təkcə ürəkdə deyil,
ürəkdən kənarda yerləşən amillərdə də görmüşdü. O, nəbz vurğu-
larının müxtəlif növlərindən xəstəliyin diaqnoz və proqnozunun
təyinində istifadə etmişdir.
Mahmud İbn İlyas “Müxtəsəre tibb” kitabının ikinci hissəsin-
də tibbin praktik məsələlərinə dair geniş məlumat vardır. Burada
13
xüsusilə sadə, mürəkkəb və qarışıq dərmanlar haqqında cədvəllər
üzrə məlumatlar verilmişdir.
Onun “Kitabe tibb” kitabının birinci hissəsində bədəndə olan
qüvvələr və onların sağalmada roluna geniş yer verilir.
Mahmud İbn İlyas görkəmli həkim olmaqla bərabər, həm də
yaxşı əczaçı və dərmanşünas idi. Onun əsərlərində fəsillər üzrə ge-
niş işlədilən dərman formaları və onların təsiri haqqında məlumatlar
verilmişdir. Dərmanların təsirinin öyrənilməsində eksperimentlər-
dən də istifadə etməsi haqqında məlumat vardır.
Elə bu nailiyyətlərə görə də, Mahmud İbn İlyasın 10-dan çox
tibbə aid əsəri XVIII əsrə qədər Yaxın və Orta Şərqdə tibb sahəsin-
də olan əsas dərsliklərdən biri sayılırdı. Onun şöhrəti o zaman ki,
Bağdad və digər İslam akademiyalarında da məşhur idi.
Mahmud İbn İlyasın o dövrdəki xəstəxanaların tibbi tələbat-
lara uyğun tikilməsində böyük rolu var idi. Onun müxtəlif şəhərlər-
də təşkil etdiyi müalicə idarələri, İbn Sinanın dövründə təşkil olu-
nan müalicəxanalardan fərqlənirdi.
Görkəmli Azərbaycan tarixçisi və həkimi Rəşidəddin Fəzlul-
lah (1247-1317) Mahmud İbn İlyasın tikdirdiyi xəstəxanaların layi-
hələrini bəyənmiş və XIII əsrin axırları, XIV əsrin əvvəllərində
Təbriz şəhərində həmin layihələr üzrə bir çox xəstəxanalar (darül
şəfalar) tikdirmişdir. Bunların nəzdində tibbi kadrlar hazırlamaq
üçün məktəblər də var idi. Bu tibbi məktəblərdə bir çox ölkələrdən
gəlmiş mütəxəssislər fəaliyyət göstərirdilər. Bəzi tarixi məlumatlara
görə həmin tibbi akademiyalarda 6000-dən çox Hindistan, Çin və
Ərəb ölkələrindən gəlmiş alimlər çalışırdılar. Şəhərdə bunlar üçün
alimlər evi, elmi müəssisələr, alimlər küçəsi və s. təşkil olunmuşdur
ki, bunların hamısı Rübe Rəşidi (Rəşid dördbucağı) daxilində yer-
ləşirdi. Onun xərabələri hələ indi də Təbrizin kənarında Qüllə adla-
nan sahədə qalır.
Klassik orta əsrlərdə yaşayıb-yaratmış, tibbin inkişafına kö-
mək etmiş dahi Azərbaycan alimlərindən biri, münəccimi və riya-
ziyyatçısı Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd
ibn Həsən Tusinin (18.02.1201-25.06.1274) işlərini qeyd etməmək
14
olmaz. Tarixi məlumatlar buna dəlalət edir ki, bu böyük alim tibb
fənnini məşhur həkim olan Qütbəddin Misrinin yanında öyrənmiş-
dir. Qütbəddin özü də görkəmli həkim və filosof Fəxrəddin Razinin
tələbəsi idi.
Nəsirəddin Tusinin bilavasitə tibblə əlaqədar olan əsərlərində
insanın xarakterinin xüsusiyyətləri “Təbiətin müdrikliyi”, “Tibbin
qanunları” və İbn Sinanın “Tibb qanunu” kitablarının şərhlərində və
digər əsərlərində göstərilmişdir.
Bu dahi münəccimin həkimlikdə məharəti o dərəcəyə çatmış-
dır ki, lazım gəldikdə hətta cərrahi əməliyyatlar da aparmışdır. Rə-
vayətə görə ov zamanı qarın nahiyəsindən yaralanmış Əmir Elxana
heç bir saray həkimi cürət edib, cərrahi əməliyyat aparmaq istəmə-
mişdir. N. Tusi isə Əmirin həyatının təhlükədə olduğunu hiss
edərək, dərhal lazımi cərrahi əməliyyat aparmış və yaranın tez sa-
ğalması üçün xüsusi dərmanlardan istifadə etmişdir.
N. Tusinin elmlərin təsnifatı haqqında olan yeni təsnifatı və
burada tibbə verilən yer diqqəti cəlb edir. O, statistikanın tibbdə tət-
biq edilməsinə cəhd edən ilk amillərdən biri idi. Tusi ilk dəfə olaraq
riyaziyyatı tibb də tətbiq etməyə çalışmışdır. O, materiyanın bioloji
hərəkət qanunlarının xüsusiyyətlərinin tibbdə tətbiq edilməsinə
böyük yer vermişdir. Qəzəb, kin, şadlıq və başqa bu kimi emosional
halların öyrənilməsində onun nailiyyətləri böyükdür.
Bu sahədə N. Tusinin əldə etdiyi uğurlar, sonralar onun tələ-
bəsi olan Əbdülməcid Təbib (XIII əsr) tərəfindən davam etdirilmiş-
dir. Bu həkim və alim psixikanı beyinin məhsulu hesab edib, hələ o
zaman beyində gedən oyanma və ləngimədən danışmışdır. Psi-
xiatriya ilə yaxından maraqlanıb, psixi xəstələrdə manyakal və dep-
ressiya hallarının ola bilməsinə işarə etmişdir. Bəlkə də birinci dəfə
olaraq o, psixikası pozulmuş şəxslərə xəstə kimi baxmış və onların
müalicəsi ilə məşğul olmuşdur. Onun əsas bizə gəlib çatan əsəri
“Kitabe-müdavat” (“Müalicələr kitabı”) XIII əsrin axırlarında yazıl-
mışdır. Bu əsər 49 fəsildən ibarət olub, ayrı-ayrı sistemlərin xəstə-
liklərinə və onların müalicəsinə həsr edilmişdir. Bu əsərdə hamilə-
lik, mamalıq haqqında da geniş məlumatlar vardır. O, əsasən
15
xəstəliklərin səbəbini axtarıb aradan qaldırmağı məsləhət görürdü.
Burada şəraiti dəyişməyə böyük yer verməklə, müasir dildə desək,
o, ikinci dominant ocağın yaradılmasını nəzərdə tutmuşdu. Ömrü
uzatmaq üçün onun verdiyi təkliflər diqqəti cəlb edir.
Əbdülməcid Təbibin “Tibb” adlı kitabının olması haqqında da
məlumat vardır. Tarixi məlumata görə, Əbdülməcid Təbib də
məşhur həkim Mahmud İbn İlyas ilə bərabər Cənubi Azərbaycanda,
bir-birinə yaxın yerlərdə yaşamış və elmi əlaqələri olmuşdur.
Nəsrəddin Tusi tərəfindən Təbriz şəhərində təşkil edilən, in-
diki dildə desək, elmi şurada müxtəlif mütəxəssislər iştirak edirdi-
lər. Bu şuranın tibbi məsələlərinə isə bilavasitə Əbdülməcid Təbib
başçılıq edirdi.
O dövrdə yaşayıb, fəaliyyət göstərmiş azərbaycanlı həkim və
alimlərdən biri olan Mənsur İbn Məhəmmədin “Tibb” və “Kifayeyi
mənsuri” kitabları üzərində də dayanmaq istərdik. Bu kitablarda
tibbin nəzəri və praktik hissələri haqqında geniş məlumatlar, sağ-
lamlığın qorunub möhkəmlənməsi, sağlamlığı poza bilən səbəblər
və amillər, xəstəliklərin təsnifatı, ayrı-ayrı orqanların xəstəliklər və
ümumi terapiyası haqqında geniş məlumatlar verilir. Müasir tibb də
qəbul edilən peşə xəstəliklərinin öyrənilməsi məsələsinə hələ o vaxt
Mənsur İbn Məhəmməd çox böyük əhəmiyyət verirdi. Məsələn, to-
xucuların sağlamlığının qorunması haqqında müəyyən tədbirlərin
həyata keçirilməsini təklif etmişdir. “Kifayeyi mənsuri” kitabında
dərmanlarla müalicə ilə bərabər, iqlimin təsirinə böyük yer verirdi.
Mənsur İbn Məhəmməd bu əsərində ayrı-ayrı xəstəliklərin böhran
günlərini və bu hallardan çıxmaq üçün müəyyən tədbirlərin görül-
məsini təklif etmişdir.
XIV əsrdə yaşayıb-yaratmış məşhur azərbaycanlı həkim və
alimlərindən biri də Məhəmməd Bərquşadidir. Onun əsas kitabı
olan “Tibbi nəbəvi”-nin giriş hissəsi azərbaycan, ərəb və fars dillə-
rində şer ilə yazılmışdır.
Kitabın bir hissəsi ərəb, digər hissəsi isə Azərbaycan dilində
tərtib edilmişdir. Bəlkə də bu kitab tibb sahəsində Azərbaycan dilin-
də yazılan ilk əsərlərdən biridir. Kitabın birinci hissəsi bir çox xəs-
16
təliklərin müalicə metodlarına həsr edilmişdir. Xəstəliklərin gedişi
və müalicəsində o, fərdi xüsusiyyətlərin rolunu yüksək qiymətləndi-
rir. Əsəb sistemi xəstəliklərin müalicəsinə böyük yer verir. Və bu-
nun üçün xüsusi metodlar təklif edir. Bu əsərdə həm də müxtəlif zə-
hərlənmələr ilə mübarizə yolları göstərilir. Bərqüşadinin əsas xid-
mətlərindən biri də ondan ibarətdir ki, o, öz əsərlərində tibb sahə-
sində əldə edilən yenilikləri sistemləşdirirdi. İnsanların təbiəti və
xarakteri haqqında onun bir sıra orijinal fikirləri vardır.
Təbriz Akademiyasının təşkilindən yüz il sonra orada olan
sağlamlıq mərkəzində məşhur həkim və alimlərdən biri olan Yusifi
Məhəmməd Yusif Təbib (XV əsrin sonu-XVI əsrin əvvəlləri) özü-
nün elmi və müalicəvi fəaliyyətini davam etməyə başlayır. Onun
əsas elmi əsərlərindən “Fəvaid-əl məvadd” (“Maddələrin xeyri”) və
“Cami-ül fəvaid”-i (“Xeyirlərin məcmuəsi”) göstərmək olar.
“Fəvaid-əl məvadd” kitabında müxtəlif dərman maddələri
haqqında qiymətli məlumatlar vardır. Xüsusilə, əhval-ruhiyyəni, or-
qanizmin tonusunu, huş və hafizəni artıra bilən və s. bu kimi mə-
cunların tərkibinin verilməsi diqqəti cəlb edir. Yusifi öz əsərlərində
digər Şərq alimləri kimi hesab edir ki, hər bir patogen amili ona
zidd olan maddə ilə dəf etmək lazımdır. Yəqin ki, buna görə də ho-
meopatiya istiqaməti (oxşarı oxşar ilə müalicə etmək) Şərqdə inki-
şaf etməmişdir.
Yusif Təbibin əsərlərindən biri “Tibbi Yusifi” mənzum for-
mada yazılıb və on bir fəsildən ibarətdir. Burada sağlamlığın möh-
kəmlənməsi və yaxşı adət ənənələrin rolu qeyd olunur. Adət-ənənə-
nin pozulması xəstəliyə şərait yaratması ilə əlaqəli olduğu göstərilir.
Dərman və qida maddələrinin təbiəti və onların xeyri xüsusi cədvəl-
lərində qeyd olunur. Yusifinin “Böhranlar haqqında” kitabı da diq-
qəti cəlb edir.
Gecikmiş orta əsrlərdə Azərbaycan həkim və alimlərinin işlə-
rində fizioloji istiqamət və eksperiment öz rolunu daha çox göstər-
məyə başlayır. Lakin bununla bərabər bu dövrdə türkəçarəçilik, fal-
çılıq, ara həkimlik və s. də tibbə daxil olmağa başlayır. Amma hə-
qiqi həkim və alimlərin fəaliyyətləri nəticəsində geniş inkişaf edə
17
bilmir. Bu dövrdə həqiqi azərbaycanlı həkim və alimlərin sayı xeyli
artır. Lakin burada onların hamısının üzərində dayanmaq imkanı
yoxdur. Yalnız bir neçəsinin əsərlərindən qısa məlumat veririk.
Bunlardan Ramazan İbn Şeyx Əli Lənkərani XIV əsrin ikinci
yarısında doğulmuş, tibb sahəsində tədqiqatlar aparmış və geniş
miqyasda müalicə ilə məşğul olmuşdur. Onun əsas əsəri “Fərruxna-
meyi-Camali” adlanır ki, bu da 1409-cu ildə ərəb dilində yazılıb.
1594-cü ildə Məhub Əli ibn Əhmədi Lənkərani həmin əsəri fars di-
linə tərcümə edib. Bu əsərdə müxtəlif xəstəliklərin müalicəsində or-
qanoterapiyaya xüsusi yer verilir. Palçıqların müalicəvi əhəmiyyə-
tindən danışır. Xüsusilə gülabın müalicəvi əhəmiyyətini ətraflı qeyd
edir. İfrazat sisteminin fiziologiya və patologiyalarının mexanizmi
haqqında geniş məlumatlar verir. Lənkərani “Fərruxnameyi-
Camali” kitabında Azərbaycanın flora və faunası haqqında da
maraqlı məlumatlar verir.
Azərbaycan alimləri sırasında Nəciməddin-Əhməd Naxçivani-
nin (1253-cü ildə vəfat edib) İbn Sinanın “Tibb qanunu” kitabına
yazdığı rəy diqqəti özünə cəlb edir. O, “Tibb qanunu” kitabının ana-
lizinə tənqidi yanaşır və göstərir ki, İbn Sinanın bəzi nəzəri fikirləri
təcrübədə özünü doğrultmur.
O dövrdə yaşamış Mirzə Məhəmməd Həsən Şirvanini (XVIII
əsr) də qeyd etməmək olmaz. Onun təşkil etdiyi müalicəxana və ya-
ratdığı tibb məktəbindən Seyid Əli Təbib Təbrizi (1787-1898) kimi
görkəmli alimlər çıxmışdır. Mirzə Məhəmməd Həsən Şirvaninin
“Tibbnamə” kitabının girişində bir çox alim və həkimlərin Şamaxı-
dan çıxmağa məcbur olub başqa yerlərdə işləməsi haqqında məlu-
matlar verilir və göstərilir ki, elə bu şəraitdə də bir çox qiymətli
əsərlər itmişdir. O, özü də qeyd etdiyi kimi bu kitabı çox çətin şə-
raitdə Azərbaycan dilində, Dağıstanda sürgündə yazmışdır. Şirvani-
nin əsərlərində müxtəlif ağrıların aradan qaldırılması haqqında ma-
raqlı məlumatlar göstərilir. Bu kitabda həmçinin əsəb xəstəlikləri,
atereskleroz, bayılma və s. haqqında məlumatlar vardır.
Orta əsrlərdə Azərbaycan həkim və alimlərinin AMEA-nın
M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əsərləri yüzdən
18
çoxdur. Digər kitabxanalarda da belə əsərlərə rast gəlmək olar.
Məsələn, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında
Məhəmməd Əkbər Ərzaninin XIII əsrdə yazdığı “Tibbi-Əkbəri”
adlı kitabının əlyazması saxlanılır. Bu kitabda müsafirət gigiyenası,
pnevmaniya, pnevmatoraks və yanıqların müalicəsi haqqında qiy-
mətli məlumatlar verilir. Bir sıra məcunların tərkibi göstərilir. Xü-
susilə şadlandırıcı “Yaqut” məcunu daha çox diqqəti cəlb edir.
Orta əsrlərdə yaşamış Azərbaycan həkim və alimlərindən
Əbülhəsən Mərağeyi və Məhəmməd Mehdi İbn Əli Nəqini qeyd
etmək zəruridir.
Əbülhəsən Mərağeyi “Müalicate münfəridə” əsərində orqaniz-
min fərdi xüsusiyyətlərini dərmanların təyin edilməsi zamanı nəzərə
alınmasını xüsusi qeyd edir.
Məhəmməd Mehdi İbn Əli Nəqi “Mücərrabad Risaleyi Tibb-
Şərəfnamə” kitabında və “Zədəlmüsafirin” əsərində səfər gigiyena-
sına böyük yer verir. Mehdi İbn Əli Nəqinin “Mücərrabad Risaleyi
Tibb-Şərəfnamə” kitabında yeni dərmanların tətbiq edilməsindən
əvvəl dərmanşünas (əczaçı) ilə məsləhətləşmənin zəruri olduğu gös-
tərilir. Kitabının bir hissəsi sağlamlığın qorunması və möhkəmlən-
dirilməsinə həsr edilmişdir. O biri hissədə isə müxtəlif xəstəliklərin
səbəbləri, qarşısının alınması və müalicəsi orqanizmin müqavimə-
tini artıra bilən dərmanlar, müxtəlif zəhərlənmələr ilə mübarizə və s.
haqqında məlumat verilir.
Bunlardan əlavə bir sıra hələ müəllifləri tam bəlli olmayan
qiymətli əsərlər də vardır ki, onların hərəsinin üzərində ətraflı da-
yanmaq lazım gəlir. Lakin elə bu qeyd olunan məlumatlar orta əsr-
lərdə Azərbaycanın elm və mədəniyyətinin nə qədər yüksək səviy-
yədə olmasını sübut edir. Həmin əsərlərdə qeyd olunan bir çox mə-
sələlərin dərindən öyrənilməsi müasir tibbin inkişafına yaxından kö-
mək edə bilər.
Dostları ilə paylaş: |