İ. A. Axundov



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Xəstəliklərin mahiyyəti  haqqında  təlim-Bu ümumi nozologi-

yanın  əsas  məsələsidir.  Müxtəlif  ixtisaslı  həkimləri  bu  məsələ  ya-

xından  maraqlandırır.  Lakin  həkimlərdən  başqa  bu  məsələnin  iza-

hında bioloqlar, sosioloqlar və bir çox digər mütəxəssislərində işti-

rakı zəruridir. Xəstənin çarpayısı yanında həkimin təyin etdiyi müa-

licə  tədbirləri  hər  şeydən  əvvəl  onun  xəstəliyinin  təbiəti  və  mahiy-

yəti haqqında təsəvvürlərinə əsaslanır. Heç də təsadüfi deyil ki, xəs-



 

29 


təliyin  mahiyyəti  haqqında  məsələlərə  müxtəlif  konfranslarda  mü-

əyyən yer verilir. 

Qədim zamanlarda həkimlər xəstəliyin mahiyyəti ilə dərindən 

tanış  olmadıqları  üçün  belə  təsəvvür  edirdilər  ki,  xəstəliyin  bütün 

təzahürlərini  aradan  qaldırmağa  çalışmaq  lazımdır.  Lakin  son 

zamanlar aparılan tədqiqatlar göstərir ki, məsələ heç də belə deyil. 

Xəstə  orqanizmdə  baş  verən  dəyişikliklərin  əksəri  orqanizmin  mü-

dafiə  və  uyğunlaşma  reaksiyalarına  aid  olduğundan  onları  nəinki 

saxlamaq  hətta  bəzən  gücləndirmək  də  lazımdır.  Lap  elə  xəstəlik-

lərin yaxşı məlum olan nişanələrindən biri də qızdırmadır ki, bu za-

man  orqanizmin  müdafiəyə  uyğunlaşma  reaksiyaları  səfərbərliyə 

alınır. Yüksək hərarət, viruslar və bir sıra digər mikrobların artması, 

inkişafın qarşısını alır və s. Hətta xəstəliyin ən xoşa gəlməz nişanəsi 

olan ağrının da müəyyən müdafiəedici rolu göstərilmişdir. Necə de-

yirlər  ki,  ağrı-orqanizmin  keşiyində  duran  və  sağlamlığı  qoruyan 

köpəkdir.  Əgər  şişlər  və  bir  sıra  digər  xəstəliklər  də  ağrı  əvvəldən 

baş versə idi insan onun qarşısının alınmasında lazımi tədbirlər gö-

rərdi.  Lakin  burada  ağrı  o  zaman  baş  verir  ki,  şişin  metastazları 

bütün bədənə yayılır və xəstə ümidsiz vəziyyətə gəlib çatır. Beləlik-

lə,  xəstəliklərin  bir  sıra  nişanələrinin  müdafiəedici  əhəmiyyətinə 

şərti yanaşmaq lazımdır. 

İnsanlarda  xəstəliyin  mahiyyətini  dərk  etməyə  çalışmaq  hələ 

lap qədim zamanlardan məlum olmuşdur və bu məsələnin aydınlaş-

dırılmasında C. H. Təqdisi tədqiqatlarında tarixi yanaşmaya böyük 

yer  vermişdir.  O,  qeyd  edir  ki,  ibtidai  icma  dövründə  insanların 

dünya görünüşü olduqca məhdud olduğundan onlar xəstəliyi qəzəbli 

ruhların bədənə daxil olması ilə izah etmişdirlər. Xəstəlik haqqında 

belə  təsəvvür  ibtidai  animizm  (anima-canlı  deməkdir)  adı  ilə  məş-

hurdur. 

Quldarlıq dövründə də xəstəliyin mahiyyətinin öyrənilməsi və 

xəstəliklərin  müalicəsi  ilə  müəyyən  şəxslər  məşğul  olmağa  başla-

yırdılar. Bu haqda toplanan məlumatlar həmin şəxslər tərəfindən nə-

sildən-nəslə  şifahi  verilirdi.  Xəstəliyin  mahiyyətinin  öyrənilməsinə 

aid olan bu dövrə ibtidai emprizm deyilir (emprizm-şifahi məluma-




 

30 


tın verilməsi deməkdir). Yazılı nitq yarandıqdan sonra bu məlumat 

toplanmağa  başlanır  və  onların  əsasında  da  xalq  təbabəti  yaranır. 

Məlum  olduğu  kimi  müasir  tibb  xalq  təbabətinin  nailiyyətlərinə 

böyük maraq göstərib, onları dərindən öyrənir. Və xalq təbabətinin 

bir çox məsələləri müasir tibb də geniş tətbiq olunmağa başlayır. 

Xəstəliyin  mahiyyətinin  öyrənilməsində  canlanma  antik  döv-

ründə  Qədim  Yunanıstanda  olub.  İlk  dəfə  olaraq  burada  xəstəliyin 

mahiyyətinin  öyrənilməsində  nəzəriyyələr  meydana  çıxmağa  baş-

layır.  İlk  nəzəriyyə  tibbin  atası  sayılan  Hippokratın          (e.  ə.  460-

377)  qədim  humoral  nəzəriyyəsidir  (müasir  tibb  də  neyrohumoral 

nəzəriyyə  vardır).  Bu  nəzəriyyə  xəstəliyin  baş  verməsinin  orqa-

nizmdə olan dörd mayenin (qara öd, sarı öd, selik və bəlğəm) müva-

zinətinin pozulması ilə izah edilir. Maraqlıdır ki, hələ qədim Yunan 

mədəniyyətindən  VIII  min  il  əvvəl  atəşpərəstlərin  müqəddəs  kitabı 

olan “Avesta”da bu mayelər belə adlanır; qara qan, al qan, selik və 

bəlğəm. Bu daha düzgün sayılmalıdır. Ona görə ki, sarı və qara öd 

bədəndə yoxdur. Lakin qara qan və al qan deməklə arterial və venoz 

qan nəzərdə tutulur. 

Tarixçilərin  yazdığına  görə  Makedoniyalı  İsgəndərə  (e.  ə. 

356-323)  otuz  üç  cilddən  ibarət  olan  qədim  Azərbaycan  ərazisində 

Zərdüşt  (Zərdüşt  Makedoniyalı  İsgəndərdən  258  il  əvvəl  yaşa-

mışdır)  tərəfindən  yazılan  “Avesta”  haqqında  məlumatı  dedikdə  o, 

burada  nədən  söhbət  getdiyini  soruşur.  Bildikdə  ki,  orada  insan 

hüququ və bir çox digər həyatı məsələlər ilə bərabər tibbə geniş yer 

verilir, onda Makedoniyalı İsgəndər əmr edir ki; “Avesta”nın tibbi 

məsələlərini  tezliklə  yunan  dilinə  tərcümə  edib,  “Avesta”nı 

yandırın. Tərcüməçilər tələsdiklərindən al və qara qan əvəzinə sarı 

və qara öd yazırlar. Əlbəttə bununla biz heç də Hippokratın xəstəlik 

haqqında irəli sürdüyü ilk nəzəriyyənin əhəmiyyətini inkar etmirik. 

Göründüyü  kimi  “Avesta”da  yandılırmış  və  ondan  yalnız  üç  cild 

bizə gəlib çatmışdır. Amma Hippoktarın əsərlərinin məcmusu möv-

cuddur.  Elə  bəlkə  də  Hippokratın  qədim  humoral  nəzəriyyəsinin 

inkişafı əsasında müasir neyro-humoral nəzəriyyə yaranmışdır. 



 

31 


Xətəliyin  mahiyyəti  haqqında  ikinci  mühüm  nəzəriyyə  yenə 

də qədim yunan alimi Demokritin (e. ə. 460-370) otomistik nəzəriy-

yəsidir. Bu nəzəriyyə ona görə belə adlanır ki, Demokrit sağlamlıq 

və  xəstəliyi  orqanizmin  atomlarının  quruluşu  ilə  əlaqədar  görmüş-

dür.  Bu  nəzəriyyə  həm  də  solidar  nəzəriyyə  adlanır  (solidos-möh-

kəm  deməkdir).  O  zaman  hesab  edirdilər  ki,  atomlar  maddənin  ən 

möhkəm hissəsidir. Məlum olduğu kimi hal-hazırda xəstəlik nəinki 

atomlar hətta molekulyar və submolekulyar səviyyədə öyrənilir. 

Qədim  Roma  alimi  Qalenin  (130-200)  də  özünə  xas  olan  bir 

nəzəriyyəsi olmamasına baxmayaraq xəstəliyin mahiyyətinin aydın-

laşdırılmasında və xəstəliyin müalicəsində böyük xidməti olmuşdur. 

Onun  adı  ilə  müasir  tibbdə  geniş  tətbiq  olunan  Qalen  preparatları 

böyük əhəmiyyətə malikdir. 

Qərbdə  bəşəriyyətin  ən  qaranlıq  dövrü  sayılan  orta  əsrlərdə 

tibbdə  mistik,  isxalastik  nəzəriyyələr  inkişaf  etməyə  başlayır.  Xəs-

təliklərin  öyrənilməsi  və  müalicəsi  ilə  həkimlər  deyil,  kilsə  işçiləri 

məşğul olurdular. Elə məhz buna görə də o dövr də Qərb də xəstə-

liyin  mahiyyətinin  aydınlaşdırılmasında  nəinki  heç  bir  irəliləyiş 

olmur, hətta geriyə inkişaf baş verirdi. 

Lakin elə bu dövrdə Şərqin dahi alimləri, tibb elminin klassik-

ləri (Ər-Razi,  İbn Sina,  İsmayıl Cürcani),  onların bir çox tələbələri 

xüsusi ilə Azərbaycanın həkim və alimləri (Mahmud İbn İlyas, Mə-

həmməd Yusifi) və bir çox başqaları qədim yunan elmi və mədəniy-

yəti ilə yaxından tanış olaraq onu inkişaf etdirirlər. Və bu sahədə bir 

çox  yeni  nailiyyətlər  əldə  etmişlər.  Özbəkistan  EA-sı  tərəfindən 

səksəninci  illərin  əvvəllərində  nəşr  olunan  İbn  Sinanın  beş  cildli 

“Tibb  qanunu”  kitabının  mündəricatına  nəzər  saldıqda  görürük  ki, 

bu  böyük  alim  tibbin  bir  çox  məsələləri  haqqında  hələ  min  il 

bundan əvvəl necə müasir şəkildə düşünmüşdür. 

Renessans  dövründə  kapitalizmin  inkişafı  nəticəsində  insan-

ların sağlamlığı yenə diqqət mərkəzində olduğundan tibbin inkişafı 

və  xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasında  Qərb  də  bir  sıra 

nəzəriyyələr meydana çıxmağa başlayır. 



 

32 


Fizika,  kimya  və  başqa  dəqiq  elmlər  o  zaman  Qərbdə  sürətlə 

inkişaf  etməyə  başladığından  bu  elmlərin  nailiyyətləri  tibbə  daxil 

olub və xəstəliyin mahiyyəti haqqında yeni nəzəriyyələrin ortaya çıx-

masına kömək etdi. Bunlardan biri yatrofiziki nəzəriyyədir (həkimlik 

fizikası).  Bu  nəzəriyyənin  tərəfdarları  canlı  orqanizmin  funksional 

fəaliyyətini  həm  fizioloji  və  həmdə  patoloji  şəraitdə  sadəcə  fiziki 

qanunlar  ilə  izah  etməyə  çalışırdılar.  Məsələn,  onlar  hesab  edirdilər 

ki, ürək sadəcə bir nasos kimi fəaliyyət göstərir, ağciyərləri körük ilə 

müqayisə  edirdilər.  Belə  yanaşma  mexaniki  xarakter  daşıyıb, 

xəstəliyin mahiyyətinin açılmasına lazımi kömək göstərə bilmədi. 

İkinci  yatrokimyəvi  nəzəriyyədir  (həkimlik  kimyası).  Bu  nə-

zəriyyənin tərəfdarları xəstəlik zamanı orqanizmdə xüsusi ilə qanda 

baş verən kimyəvi dəyişikliklərin öyrənilməsinə böyük yer verirdi-

lər. Bu əlbəttə ki, lazımdır. Lakin bu nəzəriyyənin çatışmayan cəhəti 

ondan ibarət idi ki, onun tərəfdarları bu kimyəvi dəyişikliklərin ma-

hiyyətini  təbiətdən  kənar  qüvvələrdə  görürdülər.  İ.  M.  Seçenov 

(13.08.1829-15.11.1905)  bu  haqda  yazmışdır  ki,  canlı  orqanizmdə 

şübhəsiz fiziki və kimyəvi qanunlar vardır. Lakin sadəcə bu qanun-

lar  ilə  canlı  orqanizmdə  gedən  mürəkkəb  hadisələri  izah  etmək  ol-

maz. Burada materiyanın bioloji hərəkət qanunları əsas sayılmalıdır. 

Qərbdə bu zaman geniş yayılan xəstəliyin mahiyyəti haqqında 

olan  nəzəriyyələrdən  biri  də  məşhur  alman  patoloqu  Hanzemanın 

hemeopatik nəzəriyyəsidir. Adından göründüyü kimi bu nəzəriyyə-

nin  əsas  istiqaməti  oxşarı  oxşar  ilə  müalicə  etməkdən  ibarətdir. 

Onlar hesab edirdilər ki, məsələn, əgər xəstədə temperatur yüksəlib-

sə  onu  aşağı  salmağa  çalışmayıb  əksinə  onu  bir  daha  yüksəltmək 

lazımdır. Düzdür ki, müasir tibb də temperatur, ağrı və bir sıra digər 

xəstəliklərin  nişanələrinin  müəyyən  dərəcədə  müdafiəyə  uyğunlaş-

mada  rolu  göstərilmişdir.  Lakin  bu  heç  də  o  demək  deyil  ki,  bu 

prinsipi ümumiləşdirib, bütün hallara aid etmək lazımdır. 

Homeopatlara  xas  olan  ikinci  əsas  cəhət  ondan  ibarət  idi  ki, 

onlar  dərmanların  dozasını  o  qədər  azaldırdılar  ki,  faktiki  olaraq 

dərmanın  yalnız  izləri  saxlanılırdı.  O  zaman  civə,  arsen  və  bir  sıra 

digər  zəhərli  maddələrin  tibb  də  geniş  tətbiq  olunması  zamanı  bu 




 

33 


nəzəriyyənin  ortaya  çıxması  zəhərlənmələrin  qarşısının  alınmasına 

kömək  etdi.  Lakin  bütün  hallarda  dərmanların  müəyyən  miqdarı 

xəstə orqanizmə daxil olmalıdır. 

Homeopatları tənqid edənlər deyirlər ki, onların metodlarının 

düzgün  nəzəri  əsasları  yoxdur.  Bu  bir  həqiqətdir  ki,  bəzən  təcrübə 

nəzəriyyəni  üstələyir.  Elə  homeopatların  fikrincə  burada  da  belə 

olur. Onların istiqaməti guya müşahidə, təcrübə və hiss əsasında ya-

ranır. Bu nəzəriyyənin tərəfdarlarının əsas çatışmayan cəhətlərindən 

biri  də  odur  ki,  homeopatlar  eksperimentin  əhəmiyyətini  tibb  də 

inkar  edirlər.  Ona  görə  ki,  heyvan  öz  təəssüratını  izah  edə  bilmir. 

Həqiqətən eksperimentdə alınan nəticələr dərhal klinikaya daxil ola 

bilməz.  Lakin  heç  də  eksperimentin  olduqca  böyük  rolunu  müasir 

tibbin inkişafında inkar etmək mümkün deyildir. Xüsusi ilə dərman 

maddələrinin  təsiri  və  onların  təsir  mexanizminin  aydınlaşdırılma-

sında eksperimentin rolu olduqca böyükdür. Elə dərmanlar haqqın-

da  söhbət  getdikdə  homeopatlar  hesab  edirlər  ki,  guya  dərmanlar 

özləri  də  patogen  amillərə  oxşar  təsirə  malikdirlər.  Guya  dərman 

vermək “yaraya duz səpmək kimidir”. Elə məhz buna görə də onlar 

dərmanın dozasını olduqca azaldıb, ən əlverişli kiçik doza axtarırlar. 

Bütün bunlara baxmayaraq hal-hazırda homeopatiyanın tərəfdarları 

az  deyildir.  Böyük  şəhərlərin  əksəriyyətində  homeopatik  apteklər 

açılır. Lakin qeyd olunan fikirlərə əsasən bu nəzəriyyəyə tənqidi ya-

naşmaq lazımdır. 

Göründüyü  kimi  Renessans  dövründə  xəstəliyin  mahiyyəti 

haqqında olan nəzəriyyələr də bu məsələnin həllinə lazımi dərəcədə 

kömək göstərə bilməmişlər. Lakin elə bu dövrdə tibb sahəsində bir 

sıra  məşhur  alimlər  elmlərin    özülünü  qoymağa  kömək  etmişdilər. 

Məsələn,  Andrey  Vezali  (31.12.1514-15.10.1564)  müasir  anatomi-

yanın  əsasını  qoyur.  Uilyam  Harvey  (01.04.1578-03.06.1657)  qan 

dövranı  haqqında  təlim  irəli  sürür.  Rene  Dekart  (31.03.1596-

11.02.1650) refleks qövsü haqqında fikri öyrənir. Marçello Malpigi 

(10.03.1628-30.09.1694)  ilk  dəfə  böyrəklərdə  kapillyar  sistemin 

olmasını  göstərir.  C.  Morqani  (1682-1771)  xəstəliklərin  təsnifatı, 

lokalizasiyası  və  səbəbi  haqqında  təsəvvür  irəli  sürür.  Bişa            




 

34 


(1771-1802)  proseslərin  lokalizasiyası  ilə  gedişi  arasında  əlaqəni, 

funksional  və  morfoloji  dəyişikliklərin  əlaqəsini  aydınlaşdırmağa 

çalışır və s. Lakin qeyd etmək lazımdır ki, bu fikirlərin əksəriyyəti 

hələ  onlardan  xeyli  əvvəl  orta  əsrlərdə  Şərq  alimləri  Ər-Razi,  İbn 

Sina, İsmayıl Cürcani və onların da davamçıları tərəfindən öyrənil-

məyə başlanmışdır. 

Xəstəliyin  mahiyyətinin  müasir  səviyyədə  elmi  əsaslar  üzə-

rində öyrənilməsi XIX əsrdən başlanır. Burada ilk növbədə Fransız 

alimi Klod Bernar (12.07.1813-10.02.1878) və onun məktəbi ekspe-

rimentdə  patoloji  proseslərin  mahiyyətini  öyrənirdilər.  Bundan  əv-

vəl eksperiment fizioloji praktikada tətbiq olunurdu. XIX əsrdə Ru-

siyada  patologiyanın  eksperimentdə  öyrənmək  də  A.  M.  Filoma-

fitskinin böyük rolu olmuşdur. 

XIX  əsrin  əvvəllərində  mikroskopun  kəşfi  xəstəliyin  mahiy-

yətinin  öyrənilməsinə  bir  neçə  cəhətdən  kömək  etdi.  İlk  növbədə 

mikroskop vasitəsi ilə infeksion xəstəliklərin amilləri tapıldı. Digər 

tərəfdən  mikroskop  vasitəsilə  şişlər,  atrofiya,  distrofiya,  ateroskle-

roz və bir çox digər patoloji proseslərdə hüceyrə səviyyəsində gedən 

dəyişikliklər  öyrənildi.  Hüceyrə  patologiyasının  əsasını  qoyan, 

məşhur alman patoloqu R. Virxovun (13.10.1821-05.10.1902) nəzə-

riyyəsi  yarım  əsrdən  çox  xəstəliyin  mahiyyətinin  öyrənilməsində 

hakim  nəzəriyyə  sayılırdı.  İlk  dəfə  İ.  M.  Seçenov,  S.  P.  Botkin 

(05(17).09.1832-12(24).12.1889),  İ.  P.  Pavlov  (26.09.1849-

27.02.1936)  və  başqa  alimlər  bu  nəzəriyyəni  tənqid  edərək  onun 

çatışmayan cəhətlərini aydınlaşdırdılar. Onlar göstərdilər ki, heç də 

orqanizmə  sadəcə  hüceyrələrin  yığını  kimi  baxmaq  düzgün  deyil. 

Belə  yanaşma  orqanizmin  vəhdətini  inkar  edir,  müdafiə  və  uyğun-

laşma reaksiyalarını patologiyada necə lazımdır qiymətləndirmir. 

Həmin  bu  alimlərin  xəstəliyin  mahiyyəti  haqqında  irəli  sür-

dükləri nervizm nəzəriyyəsi müasir tibb də qəbul edilmiş ən düzgün 

nəzəriyyə  sayılır.  Hal-hazırda  xəstəliyin  mahiyyətinin  aydınlaşma-

sına, tarixi nöqteyi-nəzərdən yanaşdıqda demək olar ki, bütün dün-

yada nervizm nəzəriyyəsi əsas sayıla bilər. Lakin eyni halda göstər-

mək lazımdır ki, Qərb də bu barədə geniş  yayılan nəzəriyyələr içə-




 

35 


risində  freydizm,  neofreydizm  və  psixosomatizm  də  müəyyən  də-

rəcədə  diqqəti  özlərinə  cəlb  edirlər.  Freydizm  hesab  edir  ki,  xəs-

təliyin  baş  verməsində  əsas  səbəbi  bir  sıra  primitiv  instinktlərdir 

(aclıq,  cinsi  və  s.).  Neofreydislər  hesab  edirlər  ki,  burada  xəstəlik-

lərin ictimai və mədəni amillərini yaddan çıxarmaq olmaz. 

Amerikada  geniş  yayılmış  psixosomatizm  nəzəriyyəsinin  tə-

rəfdarları xəstəliyin mahiyyətinin açılmasında subyektiv psixoanaliz 

metodundan geniş  istifadə edirlər. Onların fikrincə hər bir ixtisaslı 

həkim psixologiya və psixiatriyanı  yaxşı bilməlidir. Lakin psoxiso-

matiklərin  bəziləri  psixikanın  maddi  əsaslarını  görməyib,  onu 

təbiətdən kənar qüvvələrdən asılı olması ilə izah edirlər. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşdırılmasında  tomizm,  neoto-

mizm, neogipokratizm, eqzistensializm və bir çox digər nəzəriyyələr 

də  yaranmışdır.  Bunlarının  hər  birinin  müəyyən  müsbət  cəhətləri 

vardır. Bu haqda məşhur Amerika alimi Uellesin  “Pavlov və Freyd” 

(1959) məqaləsi diqqəti cəlb edir. Buna cavab olaraq C.H. Təqdisinin 

“Freyd  və  Pavlov”  məqaləsi  də  vardır.  Bu  məqalədən  belə  çıxır  ki, 

bütün  nəzəriyyələrin  o  cümlədən  freydizmin  də  xəstəliyin  mahiy-

yətinin  açılmasında  şübhəsiz  müəyyən  rolu  vardır.  Lakin,  bu  haqda 

ən mühüm nəzəriyyə nervizim nəzəriyyəsi olaraq qalır. 

Xəstəliyin  mahiyyətinin  öyrənilməsində  bioloji  yanaşma 

insanlar  və  heyvanlar  üçün  eyni  dərəcədədir.  Burada  hər  şeydən 

əvvəl canlı orqanizmin patogen amillərə reaksiyası diqqəti cəlb edir. 

Bioloji  yanaşmada  ən  mühüm  nəzəriyyə  Hans  Selyenin 

(26.01.1907-16.10.1982) ümumi adaptasiya nəzəriyyəsi sayılır. 

Məlum  olduğu  kimi  patogen  amillərə  qarşı  canlı  orqanizmdə 

baş verən reaksiyalar spesifik və ya qeyri-spesifik olurlar. Əgər hər 

hansı bir patogen qıcığın təsiri zamanı canlı orqanizmdə baş verən 

reaksiyalar  yalnız  həmin  patogen  amillərə  xasdırlarsa,  bunlara 

spesifik reaksiyalar deyilir. Bir çox müxtəlif patogen amillərin təsiri 

zamanı  baş  verən  reaksiyalar  isə  qeyri-spesifik  adlanırlar.  Məsələ 

burasındadır  ki,  tibb  elminin  inkişaf  tarixində  ya  bu  və  ya  digər 

reaksiyaları üstün tutmuşdular. Məsələn, monokauzalistlər əsas yeri 

spesifik  reaksiyalara  vermişlər.  Kondisionalistlər  isə  başlıca  yeri 




 

36 


qeyri-spesifik  reaksiyalara  vermişlər.  Müasir  tibbdə  xəstəliyin  ma-

hiyyətinin aydınlaşdırılmasında mühüm nəzəriyyələrdən biri sayılan 

Hans  Selyenin  ümumi  adaptasiya  sindromunda  da  qeyri-spesifik 

nəzəriyyələr üstünlük təşkil edir. Belə nəzəriyyə  H. Selyenin  çoxlu 

miqdarda eksperimentlərinin nəticəsinin təhlilindən yaranmışdır. O, 

göstərmişdir  ki,  canlı  orqanizmə  infeksiya,  intoksikasiya,  travma, 

aclıq, soyuq və bir sıra digər patogen amillər ilə təsir etdikdə həmişə 

hipofiz-böyrəküstü  vəzi  tərəfindən  eyni  xarakterli  dəyişikliklər  baş 

verir.  Buna  əsasən  də  H.  Selye  belə  bir  nəticəyə  gəlir  ki,  guya  hər 

bir patogen amilin özünə məxsus əmələ gələn dəyişiklikləri yoxdur. 

Bütün  patogen  amillər  yalnız  kəmiyyət  baxımından  bir-birindən 

fərqlənən  eyni  xarakterli  reaksiyalar  törədir.  Bu  qısaca  tərifdə  H. 

Selyenin  nəzəriyyəsinin  əsas  mahiyyəti  verilir.  Bu  nəzəriyyənin 

çoxlu tərəfdarları və müxalifləri vardır. 

Hans  Selye  nəzəriyyəsinin  tərəfdarları  olan  praktik  həkimlər 

deyirdilər ki, əgər hər xəstəliyin özünə xas olan nişanələri yoxdursa, 

bəlkə də  hər bir xəstəliyin müalicəsi  üçün xüsusi metodların  hazır-

lanması lazım deyildir. Elə bir ümumi metodlar hazırlamaq lazımdır 

ki,  onların  vasitəsi  ilə  bütün  xəstəlikləri  müalicə  etmək  mümkün 

olsun.  Bu  da  mənşələrinə  görə  müxtəlif  xəstəliklərin  müalicəsində 

praktik həkimi şablon yanaşmaya gətirib çıxarır. Çoxdan məlumdur 

ki,  tibbdə  panaseya  (bütün  dərdlərə  bir  dərman)  heç  bir  zaman 

olmayıb və olmayacaq. Nəinki hər bir xəstəlik hətta eyni xəstəliyin 

ayrı-ayrı  mərhələlərində  də  özünə  məxsus  müalicəvi  tədbirlərin 

aparılması tələb edilir. 

Əlbəttə Hans Selyenin təliminin digər mənfi və bir çox müs-

bət cəhətləri də vardır. Müsbət cəhətlərindən onu qeyd etmək lazım-

dır ki,  H. Selye ilk dəfə ətraflı olaraq müxtəlif xəstəliklərdə, orqa-

nizmin  müdafiəyə  uyğunlaşma  reaksiyalarına  endokrin  sistemini 

cəlb  edib.  Elə  bu  işlərin  nəticəsində  kortizon,  hidrokortizon  və  bir 

sıra  digər  hormonal  preparatlar,  düzgün  kurs  müalicəsi  ilə  tətbiq 

olunduqda  bir  çox  xəstəliklərin  müalicəsində  tez  və  müsbət  nəti-

cələr verir. 



 

37 


Qeyd etmək lazımdır ki, orqanizmin qeyri-spesifik reaksiyala-

rının müdafiəyə uyğunlaşmasında rolu hələ H. Selyedən xeyli əvvəl 

İ. M. Seçenov, İ. P. Pavlov, S. P. Botkin və bir sıra görkəmli alimlər 

çox gözəl əsaslar ilə sübut etmişlər. Onlar burada əsas rolu sinir sis-

teminə  vermişlər.  Hans  Selyenin  əsas  nailiyyəti  ondan  ibarətdir  ki, 

o,  burada  endokrin  sistemin  mühüm  rol  oynamasını  göstərirdi. 

Endokrin  sistemin  patologiyasından  danışılarkən  C.  H.  Təqdisi  öz 

işlərində maraqlı nəticələr əldə etmişdir. Burada yalnız qeyd etmək 

lazımdır ki, həm spesifik, həm də qeyri-spesifik reaksiyalar dialekti-

kanın  kateqoriyalarından  biri  kimi  daima  birlikdə  və  sıx  əlaqədə 

götürülməlidir. Onların birinin o birinə üstünlük verməsi qeyd etdi-

yimiz kimi praktikada ciddi səhvlərə gətirib çıxara bilər. 

Xəstəliyin  mahiyyətinin  öyrənilməsində  tibbi  yanaşma  əsas 

sayılır.  Burada  tibbin  eksperiment  və  klinikada  əldə  etdiyi  bütün 

nailiyyətlərdən geniş istifadə olunur. Eksperimentdə alınan nəticələ-

rin  klinikaya  tətbiq  edilməsində,  klinik  patofiziologiyanın  rolu  ol-

duqca  mühümdür.  Klinik  patofizioloqlar  adından  göründüyü  kimi 

müxtəlif  klinikaların  patofizioloji  şöbələrində  çalışırlar.  Onlar 

eksperimentdə alınan yenilikləri çox böyük ehtiyatla az qrup xəstə-

lərdə, onlara heç bir zərər verməmək şərti  ilə tətbiq  edirlər. Həmin 

nəticələr  özlərini  doğrultduqdan  sonra  praktikada  geniş  istifadə 

oluna bilərlər. 

Xəstəliyin  mahiyyətinin  aydınlaşmasında  tibbi  yanaşma  ilə 

bərabər  biokimyəvi,  biofiziki,  molekulyar,  ekoloji  və  bir  çox  digər 

yanaşmalar da vardır. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin