İ. A. Əyyubov etsn “Hidrometeorologiya” eti-nun doktorantı


Tədqiqatda istifadə edilən materiallar və metodika



Yüklə 486 Kb.
səhifə2/3
tarix16.12.2022
ölçüsü486 Kb.
#75704
1   2   3
Meqale .Iqlim deyis cay axim tesiri

Tədqiqatda istifadə edilən materiallar və metodika
Tədqiqat işinin aparılması üçün Екоlоgiya və Təbii Sərvətlər Nazirliyinin fоnd və arхiv matеriallarından istifadə olunmuşdur. Tədqiqatda riyazi statistiкa, hidrоlоji охşarlıq, müqayisəli təhlil və digər qiymətləndirmə mеtоdlarından istifadə оlunmuşdur.


Tədqiqatın şərhi
Tədqiqatlar göstərir ki, 1961-1990-cı illər ərzində bütün respublika üzrə 0,3-0,60C istiləşmə getmiş, yağıntıların miqdarı isə 18% azalmışdır. İstiləşmə nəticəsində mövsümi qar xəttinin yerləşməsi yüksəkliyi əgər 1500 m müşahidə olunurdusa, indi bu yüksəklik 1800 m-ə qalxıb [5, 6].
1890-2000-ci illərdə Böyük Qafqazın buzlaq-nival zonasında buzlaqların sahəsi 43,2%, həcmi isə 51,6% azalmışdır. Qusarçay, Samur çaylarının hövzələrində bu azalma nəticəsində buzlaqların orta uzunluğu 13,2% qısalmış, buzlaq axımı 40,8%, ümumi çay axımı isə 2,0% azalmışdır [3, 4].
Azərbaycanda 17 məntəqə üzrə mövcud məlumatlara əsasən temperaturun dövrlər üzrə orta qiymətləri və tərəddüdləri verilmişdir (cədvəl 1). Cədvəldən aydın olur ki, 17 məntəqənin məlumatlarına əsasən respublikada orta temperaturun artım tərəddüləri II dövrdə I dövrə nisbətən 0,440C, III dörün I və II dövrə nisbətən isə müvafiq olaraq 0,980C və 0,540C olmuşdur [2, 7].
Azərbaycanda 17 məntəqə üzrə mövcud məlumatla əsasən yağıntıların dövrlər üzrə orta qiymətləri və tərəddüdləri verilmişdir (cədvəl 2). Cədvəldən aydın olur ki, 17 məntəqənin məlumatlarına əsasən respublikada yağıntılarda II dövrdə I dövrə nisbətən, Oğuz və Ordubad istisna olmaqla artımlar müşahidə olunmuşdur. III dövrdə isə I dövrə nisbətən əsasən azalmalar müşahidə olunsa da, bəzi məntəqələrdə artımlar, III dövrdə isə II dövrə nisbətən bütün məntəqələr üzrə yağıntıların azalması müşahidə olunmuşdur [1, 2, 7].

Cədvəl 1
Temperaturun dövrlər üzrə orta qiymətləri və tərəddüdləri (t, 0C)



S/s

Məntəqələr



I dövr

II dövr

I dövrə nisbə-tən tərəddüd-lər

III dövr

I dövrə nisbətən tərəd-düdlər

II dövrə nisbətən tərəd-düdlər

1890-1960-cı illər t, 0C

1961-1990-cı illər t, 0C

1991-2000-cı illər t, 0C

1

Astara

14.2

14.7

0.5

15.9

1.7

1.2

2

Biləsuvar

14.0

14.7

0.7

15.0

1.0

0.3

3

Daşkəsən

6.1

6.9

0.8

7.8

1.7

0.9

4

Gəncə

13.2

13.4

0.2

14.1

0.9

0.7

5

Quba

9.6

10.2

0.6

10.9

1.3

0.7

6

Kürdəmir

14.5

14.9

0.4

15.6

1.1

0.7

7

Lənkəran

14.0

14.1

0.1

14.5

0.5

0.4

8

Mərəzə

10.5

10.6

0.1

10.9

0.4

0.3

9

Maştağa

13.5

14.0

0.5

14.2

0.7

0.2

10

Naxçıvan

12.7

12.9

0.2

12.9

0.2

0

11

Oğuz

11.9

12.1

0.2

12.8

0.9

0.7

12

Qəbələ

10.6

11.1

0.5

11.7

1.1

0.6

13

Şəki

12.0

12.2

0.2

12.7

0.7

0.5

14

Xaçmaz

12.2

12.5

0.3

12.8

0.6

0.3

15

Yevlax

14.6

14.9

0.3

15.5

0.9

0.6

16

Zaqatala

12.5

12.9

0.4

13.2

0.7

0.3

17

Göyçay

14.2

14.6

0.4

15.1

0.9

0.5

Cədvəl 2


Yağıntıların dövrlər üzrə qiymətləri və tərəddüdləri

S/s


Məntəqələr





I dövr

II dövr

I dövrə nisbətən tərəddüdlər

III dövr

I dövrə nisbətən tərəddüdlər

II dövrə nisbətən tərəddüdlər

1890-1960-cı illər, mm

1961-1990-cı illər, mm

1991-2000-cı illər, mm

1

Astara

1247

1314

67

1279.2

32.2

-34.8

2

Biləsuvar

320

335.2

15.2

310.4

-9.6

-24.8

3

Daşkəsən

546

656.9

110.9

604.8

58.8

-52.1

4

Gəncə

248

287

39

239.5

-8.5

-47.5

5

Quba

519

522.2

3.2

508.2

-10.8

-14

6

Kürdəmir

325

350.2

25.2

296.8

-28.2

-53.4

7

Lənkəran

1118

1206

88

1204.5

86.5

-1.5

8

Mərəzə

322

421.1

99.1

421.4

90.4

-8.7

9

Maştağa

250

276.7

26.7

255.1

5.1

-21.6

10

Naxçıvan

236

255.3

19.3

217.2

-18.8

-38.1

11

Oğuz

1022

915.3

-107

857.6

-164.4

-57.7

12

Qəbələ

248

1001

53

921.8

-26.2

-79.2

13

Şəki

729

807.4

78.4

726.1

-2.9

-81.3

14

Xaçmaz

301

306.7

5.7

302

1.0

-4.7

15

Yevlax

283

324.9

41.9

247.6

-35.4

-77.3

16

Zaqatala

952

958.9

6.9

966.2

14.2

-7.3

17

Göyçay

444

466.8

22.8

385.3

-58.7

-81.5

Tədqiqat olaraq son 47 ildə Oğuz-Qəbələ çaylarının axım kəmiyyətlərinin hər hansı dəyişkənliyə məruz qalmasını qiymətləndirmək üçün onun 1991-2010-cu illər üzrə orta fəsillik və illik temperatur, yağıntı və su sərflərinin qiymətləri onların 1960-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisə edilmişdir. Oğuz-Qəbələ ərazisində temperaturun hansı dəyişikliyə məruz qaldığını qiymətləndirmək üçün Quba, Altıağıc, Şamaxı, Göyçay, Şəki, Zaqatala məntəqələrinin 1991-2010-cu illər üzrə orta fəsillik, illik və orta aylıq temperatur göstəriciləri onların 1960-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisə edilmişdir (cədvəl 3).


Cədvəl 3
Böyük Qafqazın müxtəlif məntəqələrində fəsillik və orta illik temperaturunun
1961-1990 və 1991-2010-cu illər üzrə qiymətləri (T0 C)

S/s

Məntəqə

Dövrlər

Qış

Yaz

Yay

Payız

İllik

1

Quba

1961-1990

0,2

8,5

20,3

11,7

10,2

1991-2009

2,2

5,6

19,6

15,9

10,8

Fərq

2,0

-2,9

-0,7

4,3

0,6

2

Altıağac

1961-1990

-0,6

8,1

17,8

8,8

8,5

1991-2009

-0,1

7,6

18,2

9,4

8,8

Fərq

0,5

-0,5

0,4

0,6

0,3

3

Şamaxı

1961-1990

2,1

5,6

20,0

16,5

11,1

1991-2009

1,2

9,9

22,1

12,7

11,5

Fərq

-0,9

4,3

2,1

-3,8

0,4

4

Göyçay

1961-1990

3,9

13,1

25,0

15,4

14,9

1991-2009

5,1

11,1

24,9

19,2

16,3

Fərq

1,2

-2,0

-0,1

3,8

1,4

5

Şəki

1961-1990

2,2

11,0

22,4

12,8

12,2

1991-2009

3,7

8,3

21,5

17,6

13,1

Fərq

1,5

-2,7

-0,9

4,8

0,9

6

Zaqatala

1961-1990

2,5

11,0

22,5

13,8

13,0

1991-2009

4,1

9,1

22,1

18,2

13,4

Fərq

1,7

-1,9

-0,4

4,4

0,4

Tədqiqatlardan belə nəticəyə gəlmək olar ki, Quba, Altıağac, Şamaxı, Göyçay, Şəki və Zaqatala məntəqələrində 1991-2009-cu illərin orta illik temperaturu 1960-1990-cı illərə nisbətən 0.3...1.40C artmışdır (cədvəl 3).


Tədqiqat hövzəsinin Şəki məntəqəsində temperaturun qış, payız və orta illik qiymətlərində artım müşahidə olunmuşdur (cədvəl 3). Ən çox artım əvvəlki dövrə nisbətən payız fəslində 4.80C müşahidə edilmişdir. 1991-2009-ci illərin orta illik temperaturu da əvvəlki dövrlə müqayisədə 0.90C artmışdır. Şəki məntəqəsində temperaturun 1991-2009-cu illər üzrə fəsillik və orta illik qiymətlərinin onların 1961-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi şəkil 1-də verilmişdir.

Şəkil 1. Şəki məntəqəsində temperaturun 1991-2009-cu illər üzrə fəsillik və illik orta
qiymətləri onların 1961-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi
Böyük Qafqazın bir neçə məntəqəsində yağıntıların dəyişikliyə məruz qaldığını qiymətləndirmək üçün 1991-2010-ci illər üzrə orta fəsillik, illik və aylıq yağıntı qiymətləri onların 1961-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisə edilmişdir (cədvəl 4).
Cədvəl 4
Böyük Qafqazın müxtəlif məntəqələrində fəsillik və illik yağıntının
1961-1990 və 1991-2010-cu illər üzrə qiymətləri (Y, mm)

S/s

Məntəqə

Dövrlər

Qış

Yaz

Yay

Payız

İllik

1

Quba

1962-1990-cı illər

116

127

125

154

522

1991-2009-cu illər

103

101

109

179

492

Fərq

-13

-26

-16

25

-30

2

Altıağac

1961-1990-cı illər

101

151

160

136

548

1991-2009-cu illər

91

128

137

123

479

Fərq

-10

-23

-23

-13

-69

3

Göyçay

1962-1990-cı illər

91

132

129

122

473

1991-2009-cu illər

77

105

94

104

380

Fərq

-13

-27

-35

-18

-93

4

Qəbələ

1962-1990-cı illər

172

217

309

230

929

1991-2010-cu illər

177

236

296

251

960

Fərq

5

19

-13

21

31

5

Şəki

1961-1990-cı illər

126

205

262

218

812

1991-2010-cu illər

133

202

255

190

780

Fərq

7

-3

-8

-28

-32

6

Zaqatala

1962-1990-cı illər

148

211

323

258

941

1991-2009-cu illər

138

240

333

269

981

Fərq

-10

30

10

11

40

7

Əlibəy

1962-1990-cı illər

150

245

363

308

1065

1991-2009-cu illər

160

307

433

442

1342

Fərq

10

63

70

134

276

8

Oğuz

1962-1990-cı illər

154

222

276

217

867

1991-2009-cu illər

139

294

204

253

890

Fərq

-15

73

-71

36

23

Quba, Altıağac, Şəki və Göyçay məntəqələrində yağıntıların illik qiymətlərində 30...90 mm azalma müşahidə olunmuşdur. Ən çox azalma əvvəlki dövrə nisbətən yay fəslində 71 mm müşahidə edilmişdir (cədvəl 4).


Qəbələ məntəqəsində yay fəslinin orta qiyməti istisna olmaqla yağıntılar istər fəsillik, istərsə də orta illik qiymətlərində artım müşahidə olunmuşdur (cədvəl 4). Yağıntıların 1991-2009-ci illərin orta illik kəmiyyətləri əvvəlki dövrə nisbətən artaraq 960 mm təşkil etmişdir. Qəbələ məntəqəsində yağıntıların 1991-2009-cu illər üzrə fəsillik və orta illik qiymətləri onların 1962-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi şəkil 2-də təsvir edilmişdir.
Şəki məntəqəsində qış fəslinin orta qiyməti istisna olmaqla yağıntılar istər fəsillik, istərsə də orta illik qiymətlərində azalma müşahidə olunmuşdur (cədvəl 4). 1991-2009-cu illərin orta illik kəmiyyəti əvvəlki dövrə nisbətən azalaraq 780 mm təşkil etmişdir. Yağıntıların 1991-2009-cu illər üzrə fəsillik və orta illik qiymətləri onların 1961-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi şəkil 3-də təsvir edilmişdir.



Şəkil 2. Qəbələ məntəqəsində yağıntının 1991-2009-cu illər üzrə fəsillik və illik orta
qiymətləri onların 1962-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi

Şəkil 3. Şəki məntəqəsində yağıntının 1991-2010-cu illər üzrə fəsillik və illik orta
qiymətləri onların 1961-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi

Tədqiqat olaraq son 47 ildə Əyriçay-Baş Daşağılçay, Turyançay-Savalan, Dəmiraparançay-Qəbələ məntəqələrində axım kəmiyyətlərinin hər hansı dəyişkənliyə məruz qalmasını qiymətləndirmək üçün 1991-2007-ci illər üzrə orta fəsillik və illik su sərfləri qiymətləri onların 1960-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisə edilmişdir (cədvəl 5).


Cədvəl 5
Böyük Qafqazın çaylarının fəsillik və orta illik su sərflərinin 1961-1990 və
1991-2009-cu illər üzrə qiymətləri (Q, m3/san)

S/s

Məntəqə

Dövrlər

Qış

Yaz

Yay

Payız

İllik

1

Əyriçay-Baş Daşağılçay

1960-1990

2,93

7,70

12,16

5,56

7,09

1991-2008

3,78

7,29

9,92

6,07

6,76

Fərq

0.85

-0.41

-2.24

0.51

-0.33

2

Dəmiraparançay-Qəbələ

1960-1990

2,16

5,13

8,53

4,56

5,10

1991-2007

3,39

6,07

9,18

6,10

6,19

Fərq

1.23

0.94

0.65

1.54

1.09

3

Turyançay-Suqovşağı

1968-1990

4.5

9.5

9.7

7.0

7.6

1991-2007

7.5

12.9

10.1

10.9

10.2

Fərq

2.95

3.45

0.43

3.89

2.6

Əyriçay-Baş Daşağılçay məntəqəsində 1991-2008-ci illər ərzində qış, payız və orta illik su sərflərinin qiymətlərində artım müşahidə edilib (cədvəl 5). Bələ ki, 1960-1990-cı illərdə həmin fəsillərin orta qiymətləri 2.9, 5.6 və orta illik 7.1 m3/san olduğu halda, 1991-2009-ci illərdə artaraq müvafiq olaraq 3.8, 6.1 və 6.8 m3/san təşkil etmişdir. Ancaq 1991-2007-ci illərin yaz və yay fəslinin orta qiymətlərində azalma müşahidə edilmişdir.


Əyriçay-Baş Daşağılçay 1960-1990-cı illərin orta aylıq qiymətlərinin 1991-2007-ci illərin müvafiq orta kəmiyyətləri ilə müqayisəsindən belə nəticəyə gəlmək olar ki, burada su sərfinin on ay ərzində artması müşahidə edilib. 1991-2009-cu illərin yanvar, fevral, mart, aprel, sentyabr, oktyabr, noyabr və dekabr aylarının orta aylıq su sərflərinin qiymətləri 1960-1991-ci illərin həmin aylarının su sərflərinə nisbətən artaraq müvafiq olaraq 1.9, 1.8, 2.1, 3.9, 3.2, 2.8, 2.3, 2.0 m3/san təşkil etmişdir. 1991-2007-ci illərin may, iyun, iyul və avqust aylarının orta aylıq su sərflərinin qiymətləri 1960-1991-ci illərin həmin aylarının su sərflərinə nisbətən azalaraq müvafiq olaraq 4.7, 4.4, 3.5 və 3.1 m3/san təşkil etmişdir (cədvəl 6).
Cədvəl 6
Əyriçay-Baş Daşağılçay məntəqəsində orta aylıq su sərfinin
1960-1990 və 1991-2009-ci illər üzrə qiymətləri (m3/san)

Dövrlər

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII

1960-1990

1.45

1.42

1.71

3.36

5.25

5.27

4.20

3.58

2.88

2.68

1.93

1.58

1991-2008

1.88

1.77

2.06

3.86

4.69

4.41

3.50

3.10

3.21

2.79

2.31

2.01

Fərq

0.43

0.34

0.35

0.50

-0.56

-0.86

-0.70

-0.48

0.33

0.12

0.37

0.43

Əyriçay-Baş Daşağılçay su səfinin 1991-2007-ci illər üzrə orta aylıq qiymətləri onların 1960-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi qrafik şəklində təsvir edilmişdir (şəkil 4). Qrafikdən göründüyü kimi 1991-2009-cu illərin may, iyun, iyul və avqust aylarında su sərflərinin qiymətlərində azalma müşahidə edilib.



Şəkil 4. Əyriçay-Baş Daşağılçay su sərfinin 1991-2007-ci illər üzrə orta aylıq qiymətləri
onların 1960-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsinin qrafiki

Dəmiraparançay-Qəbələ məntəqəsində 1991-2007-ci illərin bütün fəsli və orta illik qiymətlərində 1960-1990-cı illərin qiymətləri ilə müqayisədə artım müşahidə olunub (cədvəl 5). Belə ki, əvvəlki dövrün fəsli və orta illik su sərflərinin qiymətləri 2.2, 5.1, 8.5, 4.6 və 5.1 m3/san olduğu halda, 1991-2007-cı illərdə artaraq müvafiq olaraq 3.4, 6.1, 9.2, 6.1 və 6.2m3/san olmuşdur. Dəmiraparançayın su səfinin 1991-2007-ci illər üzrə fəsillik və orta illik qiymətləri onların 1960-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi qrafik şəkil 5-də təsvir edilmişdir.


Dəmiraparançayın 1960-1990-cı illərin orta aylıq qiymətlərinin 1991-2007-ci illərin müvafiq orta kəmiyyətləri ilə müqayisəsindən belə nəticəyə gəlmək olar ki, iyun ayından başqa digər aylar ərzində su sərfinin artması müşahidə edilib (cədvəl 7). Belə ki, əvvəlki dövrlə müqayisədə 1991-2007-ci ilin yanvar, fevral, mart, aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında su sərflərinin kəmiyyətləri artaraq 3.3, 2.9, 3.0, 5.3, 9.9, 9.5, 7.6, 7.0, 6.4, 5.0, 4.0 m3/san təşkil etmişdir. Həmin dövrün yalnız iyun ayının orta aylıq su sərfinin qiyməti 1960-1990-cı illərin həmin ayının su sərfinə nisbətən azalaraq müvafiq olaraq 10.4 m3/san təşkil etmişdir.

Şəkil 5. Dəmiraparançay-Qəbələ su səfinin 1991-2007-ci illər üzrə fəsillik və illik orta qiymətlərinin onların 1960-1990-cı illər ərzindəki müvafiq orta kəmiyyətləri ilə müqayisəsi
Cədvəl 7
Dəmiraparançay-Qəbələ məntəqəsində orta aylıq su sərfinin
1960-1990 və 1991-2007-ci illər üzrə qiymətləri (m3/san)

Dövrlər

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII

1960-1990

2,1

1,8

2,1

4,6

8,7

11,3

8,4

5,9

5,2

5,1

3,5

2,6

1991-2007

3,3

2,9

3.0

5,3

9,9

10,4

9,5

7,6

7.0

6,4

5.0

4,0

Fərq

1.2

1.1

0.9

0.7

1.2

-0.9

1.1

1.7

1.8

1.3

1.5

1.4

Nəticə
Tədqiqatdan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın Böyük Qafqaz ərazisində temperatur göstəricilərində Quba, Altıağac, Şamaxı, Göyçay, Şəki, Zaqatala məntəqələrində 1991-2009-cu illər ərzində əvvəlki dövrlə müqayisədə artım müşahidə edilmiş və artımın orta qiyməti 0.70C təşkil etmişdir.
Yağıntı göstəricilərində isə Mərəzə, Qəbələ, Oğuz, Zaqatala, Əlibəy məntəqələrində 1991-2009-cu illər ərzində əvvəlki dövrə nisbətən yağıntı göstəricilərinin artması müşahidə olunmuşdur. Ancaq Quba, Altıağac, Göyçay, Şəki məntəqələrində isə yağıntıların illik göstəricilərində əvvəlki dövrlə müqayisədə azalma müşahidə olunmuşdur.
Tədqiq olunan Daşağılçay, Turyançay, Dəmiraparançayın su sərflərində 1991-2007-ci illərin orta göstəricisində əvvəlki dövrlə müqayisədə tərəddüdlər müşahidə edilmişdir. Göstərilən çaylardan əvvəlki dövrlə müqayisədə orta illik göstəricilərində Daşağılçayda 0.33 m3/san azalma müşahidə edilmişdir. Digər çayların orta illik göstəricilərində isə əvvəlki dövrlə müqayisədə artım müşahidə edilmişdir. Ən çox artım Turyançayda 2.6 m3/san təşkil etmişdir. Göstərilən çaylarda axımın artması və ya azalması təhlükəli hadisələrin yaranmasına şərait yaradır. Ən çox sərf artımı aprel-iyun aylarında müşahidə edilmişdir. Su sərfinin məhz həmin aylarda qalxmasına səbəb kimi temperaturun artması fonunda dağlarda qarın tez əriməsi və çaylarda sululuğun həmin dövrdə kəskin artmasıdır. Bu da həmin dövrdə daşqın və sel hadisələrinin baş verməsinə səbəb olur.
Qeyd etmək lazımdır ki, çaylarda su sərflərinin bu qədər azalıb-artmasında iqlim prosesləri ilə yanaşı, çaya bilavasitə antropogen mənşəli amillərin də təsiri mühüm rol oynayır. Bunun üçün çayların rejim və illik axım parametrlərini tədqiq edərkən antropogen faktorların da təsirini təyin etmək lazımdır.



Yüklə 486 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin