Maddi tələbat - fərdin və insan qrupunun daha münasib həyat tərzinin fiziki ekvivalentini reallaşdırmağa yönəlmiş ehtiyacından ibarətdir. Gündəlik həyatla bağlı yüzlərlə misallar çəkmək mümkündür.
Mənəvi tələbat - fərdin və insan qrupunun qarşısında hər hansı maddi məqsəd müəyyən etmədən onu mənəvi cəhətdən stimullaşdırmaqla aktiv sosial mövqelərə sövq edən ehtiyacdan ibarətdir. Məsələn Cəmiyyətin sosial həssas olan insan qruplarına etdiyi yardım da hər hansı əvəz güdmədən mənəvi ehtiyacdan qaynaqlanan tələbatın nəticəsidir.