Tarixi və məntiqi – iqtisadi hadisə və proseslər müəyyən tarixi şəraitdə və tarixi ardıcıllıqla baş verir. Həmin tarixi şəraitin öyrənilməsi daha dəqiq nəticənin alınmasına gətirib çıxarır. Həm də bu zaman məntiq vasitəsilə təsadüfi hallar kənarlaşdırılır. Beləliklə, tarixi metoda əsasən gəlinmiş nəticə məntiqi metodla təsdiq edilir.
İnduksiya və deduksiya – induksiya toplanma, yığılma, deduksiya isə hasil etmə mənasını verir. Əvvəlcə iqtisadi hadisə və proses barədə məlumatlar toplanılır, onlara müəyyən yanaşmalar sərgilənir və sistemləşdirmə aparılır. Daha sonra isə dəqiq nəticə hasil edilir.
Praktiki – iqtisadi elmi müddəalar, tezislər praktikada yoxlanılır, onların doğru və ya yanlış olması müəyyən edilir. Təcrübə nəticəsində biliklər formalaşır və realizə edilir. Biliklər baş verə biləcək hadisələri əvvəlcədən görə bilməni təmin edir, bu da öz növbəsində fəaliyyəti doğru istiqamətə yönəldir.
Riyazi – iqtisadiyyatın öyrənilməsində geniş tətbiq olunan metodlardandır. Bu zaman müxtəlif riyazi əməliyyatlardan, riyazi modellərdən istifadə olunur. Bu metodlar daha çox statistikada tətbiq edilir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının əksəriyyəti bu metodlardan istifadə etmişlər.
Bu elmin tədqiqat metodları sırasında müşahidə, eksperiment və s.-də göstərmək olar.