Ümumi iqtisadi qanunlar bir neçə formasiyada (iqtisadi quruluşda) fəaliyyət göstərir. Məsələn, Dəyər qanunu – Əmtəələrin istehsalı və mübadiləsi həmin istehsala sərf olunan ictimai-zəruri əmək məsrəfləri ilə ölçülən dəyər əsasında həyata keçirilir.
Xüsusi iqtisadi qanunlar hər hansı bir iqtisadi sistemdə (formasiyada) fəaliyyət göstərən qanunlardır. Məsələn, bazar iqtisadi sisteminə xas olan qanunlar – Tələb qanunu, Təklif qanunu və s.
İqtisadi qanunlar bütövlükdə obyektiv xarakter daşısa da, onların bir çoxuna subyektiv-psixoloyi məqamlar xasdır. Bu, insanların yaş, sağlamlıq, mənəvi xüsusiyyətləri, xarakteri, psixologiyası və s.dən asılıdır. Məsələn, Azalan son faydalılıq (Faydalılığın son həddinin azalması) qanunu – İstehlakın müəyyən anından etibarən əmtəə və xidmətlərin hər sonrakı vahidi özündən əvvəlki ilə müqayisədə daha az faydalıdır.
Dostları ilə paylaş: |