Dərketmə funksiyası – cəmiyyətin iqtisadi həyatı onun vasitəsilə dərk edilib öyrənilir. İqtisadi hadisə və proseslərin mahiyyətinin öyrənilməsi orada fəaliyyət göstərən qanunların aşkara çıxarılmasına imkan verir.
Proqnozlaşdırıcı funksiya. İqtisadi nəzəriyyənin bu funksiyası gələcək illər üçün olacaq hadisələri əvvəlcədən görə bilməyin elmi əsasını işləyib hazırlayır. Bunlar elmi-texniki və sosial-iqtisadi inkişafın proqnozları üçün nəzəri bazadır. Nəzəriyyəyə əsaslanan proqnozlar milli iqtisadiyyatın inkişaf planlarını və proqramlarını hazırlamaq üçün çox əhəmiyyətlidir.