I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu. İqtisadi nəzəriyyənin predmeti və metodu



Yüklə 60,78 Kb.
səhifə13/25
tarix02.01.2022
ölçüsü60,78 Kb.
#44796
1   ...   9   10   11   12   13   14   15   16   ...   25
İqtisadiyyat 1 fesil (seh 11-33) (1)

İqtisadi nəzəriyyə bəşəriyyətin istehlak və istehsal sahə­sində öz vəzifələrinin öhdəsindən necə gəlməsi haqqında elmdir;

  • İqtisadi nəzəriyyə sərvət haqqında elmdir.

    Diqqətlə baxdıqda aydın olur ki, bütün müəlliflər insanın iqtisadi dav­ra­nı­şın­dan, davranışın formalarından və insan davra­nışının qanunauyğunluqlarından söhbət açdıqda əslində təsərrü­fat subyektləri arasında iqtisadi münasibətlərdən, bu mü­na­si­bət­lə­rin formalarından və onları idarə edən qanunlar­dan danışırlar. İqtisadi nəzəriyyə humanitar elm kimi, insanla­rın iqti­sadi həyatı, iqtisadi mənafeyi və iqtisadi fəaliyyəti ilə bağlı olan problemləri öyrənir.

    Yuxarıda deyilənlərə əsasən, iqtisadi nəzəriyyənin predmetini bu cür müəyyən et­mək olar: İqtisadi nəzəriyyə – məhdud resurslar şəraitində həyat nemətlərinin is­tehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iqtisadi davranış formaları, iqtisadi münasibətləri və onları idarə edən qanunlar haqqında elmdir.



    İqtisadi nəzəriyyə bir sıra funksiya yerinə yetirir. Bunlar aşağı­dakılardır:

    1. Dərketmə funksiyası;

    2. Proqnozlaşdırma funksiyası;

    3. Praktiki funksiya;

    4. İdeoloji funksiya;

    5. Metodoloji funksiya.


    Yüklə 60,78 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   25




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin