I fəsil. İqtisadiyyat və cəmiyyətdə onun rolu. İqtisadi nəzəriyyənin predmeti və metodu



Yüklə 60,78 Kb.
səhifə17/25
tarix02.01.2022
ölçüsü60,78 Kb.
#44796
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
İqtisadiyyat 1 fesil (seh 11-33) (1)

Ən ümumi iqtisadi qanunlar bütün iqtisadi sistemlərdə fəa­liyyət göstərir. Məsələn, Tə­lə­batların artması qanunu. Cəmiyyətin iqtisadi tərəqqisi ilə onun tələbatları da artır. Tələbatların artması obyektiv bir zərurətdir və qanun statusuna malikdir. Bu qanun istehsalın və mədəniyyətin inkişafı ilə insanın tələbatlarının artması və təkmilləşməsinin zərurət olduğunu ifadə edir.

Cəmiyyətin tarixi inkişafı gedişində onun tələbatları kəmiy­yətcə artır və keyfiyyətcə dəyişir. Tələbatların bir çoxu yox olur, yeniləri meydana gəlir və onların tərkibi də dəyişilir. Buna uyğun olaraq ictimai sərvətin strukturu da dəyişir.

Əgər istehsal və tələbatların qarşılıqlı əlaqəsinə dair ümumi­ləşdirmə aparsaq deyə bilərik ki, tələbatların artması sonsuzdur. Bu cür artım isə yalnız əmək bölgüsünün dərinləşməsi, istehsalın inkişafı və keyfiyyətcə təkmilləşməsi sayəsində mümkün ola bilər. Bunlardan biri digərindən asılıdır.


Yüklə 60,78 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin