1.5. İqtisadi münasibətlər. İstehsal, bölgü, mübadilə və istehlak İqtisadi münasibətlər müxtəlifdir və sistem halındadır. Bu sistemdə istehsal vasitələri və istehsalın nəticəsi olan nemətlərin mənimsənilməsi üzrə münasibətlər müəyyənedici rola malikdir. Bu, mülkiyyət münasibətləridir. Belə ki, iqtisadiyyatda həlledici mövqe müəssisə sahiblərinə, hazırlanan nemətlərin mülkiyyətçilərinə məxsusdur. Buna görə də sosial-iqtisadi münasibətlər əsasən mülkiyyətin tipindən (formasından) asılıdır. Sosial-iqtisadi münasibətlərin məzmunu və inkişaf istiqamətləri mülkiyyətlə müəyyən olunur.