39
– hazırda əsas diqqət yüksək məhsuldarlıq, həyatın keyfiyyəti, ən yeni
texnologiyalara sahib olma, eləcə də qlobal rəqabət qabiliyyəti strategiyasının
işlənməsinə səbəb olan biləcək iqtisadi mühit formalaşması kimi məsələlər əsas
götürülür.
Müasir şəraitdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gələcəkdə
gücləndirilməsi insan resurslarının rəqabət qabiliyyətinin yüksəlməsini, insan
kapitalına investisiyaya qoyuluşunun artıran və işçilərin özünü reallaşdırması
üçün şəraitin yaradılmasını əks etdirən insan kapitalının inkişafını nəzərdə tutur.
Qeyd edək ki, respublikamız işçi qüvvəsinin keyfiyyəti XX əsrin 90- cı
illərində beyinlərin və müxtəlif səbəblərdən siyasi nəticələrdə aşağı düşmüşdür.
Müasir şəraitdə işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəldilməsi
perspektivdə yalnız xammal iqtisadiyyatından həm neft, həm də qeyri – neft
emaledici sənaye sahələrini inkişafı yüksək inkişaf etmiş innovasiya yönümlü
iqtisadiyyata keçid yolu ilə mümkündür. Belə iqtisadiyyat rəqabət qabiliyyətli
əmtəə və xidmətlər istehsal etməyə imkan yaradır ki, bu da öz növbəsində əmək
bazarında keyfiyyətcə yeni səviyyəli işçi qüvvəsinin olmasını tələb edir.
İşçi qüvvəsinin keyfiyyəti hər şeydən əvvəl əhalinin təhsil səviyyəsi və
kadrların peşə-ixtisas səviyyəsi ilə xarakterizə olunur. İşçilərin peşə - ixtisas
səviyyəsinin əsas xüsusiyyəti onun iqtisadi fəaliyyət növləri üzrə məşğulluqdur.
Dostları ilə paylaş: