Cədvəl 7
2010-2015 – ci illərdə dövlət büdcəsindən təhsilə və elmə çəkilən xərclər.
İllər
2010
2011
2012
2013
2014
2015
a) Təhsilə çəkilən
xərclər, milyon manat
1.180,8
1268,5
1453,2
1437,7 1553,9 1605,1
ÜDM – nisbətən
faizlə
2,8
2,4
2,7
2,6
2,6
3,0
Dövlət büdcəsinin
xərclərinə
nisbətən,
faizlə
10,0
8,2
8,3
7,5
8,3
9,0
b) Elmə cəkilən
xərclər, milyon manat
92,8
106,1
116,7
117,0
124,2
113,2
ÜDM
nisbətən,
faizlə
0,2
0,2
0,2
0,2
0,2
0,2
Dövlət büdcəsinin
xərclərinə
nisbətən
faizlə1.
0,8
0,7
0,7
0,6
0,7
0,6
Cədvəldən göründüyü kimi 2010- cu ildə Dövlət Büdcəsindən təhsilə
cəkilən xərclər 1 mliyard 180, 8 milyon manat təşkil etnişdir. Bu dövlət büdcəsi
xərclərinin 10,0 faizini Ümumi Daxili Məhsulun isə 2,8%- ni təşkil etmişdir. Bu
göstəricilər müvafiq olaraq 2011- ci ildə 1 milyard 268,5 milyon manat, 8,2 faiz
və 2,4%, 2012- ci ildə bir qədər yüksələrək 1 milyard 453,2 milyon manat 8,3%
45
və 2,7%, 2013 – cü ildə 1 milyard 437,7 milyon manat, 7,5% və 2,6%, 2014- cü
ildə isə 1 milyard 553,9 milyon manat, 8,3% və 2,6% təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 29 dekabr 2012-
ci il tarixində “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası sənədini
təsdiq etmişdir. Bu strateji sənəd 2020- ci ilədək ölkənin bütünsahələrinin
məqsədyönlü inkişafını təmin etmək üçün sahələr üzrə dövlət proqramlarının
qəbul edilməsi və bu proqramların büdcə vəsaitləri hesabına həyata
keçirilməsini təmin etməkdən ibarətdir. Bu Konsepsiyanın 7.2 – ci bəndi
“Müasir təhsil sisteminin formalaşdırılması” adlanır. Burada hökümətin ölkədə
təhsil sektorunun çox istiqamətli inkişafı məqsədilə həyata keçirəcəyi fəaliyyəti
öz əksini tapmışdır. Təhsilin bütün istiqamətlərini əhatə edən hədəflər 26 başlıq
altında cəmlənmişdir. (1 səh.25-28) Bunlardan bir neçəsini xüsusilə qeyd etmək
olar.
- 2013-2020 – ci illərdə təhsil sahəsinə ayrılan vəsaitin ümumi həcminin
ÜDM – dəki payı ilbəil artırılaraq inkişaf etmiş, ölkələrin müvafiq göstərici
səviyyəsinə çatdırılacaqdır;
- Təhsildə keyfiyyətin yüjksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər
yaradılacaq
xüsusən
adambaşına
maliyyələşdirmənin
tətbiqi
genişləndiriləcəkdir.
- On iki illik təhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil
proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcəkdir.
- Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş
məktəbi”ndən “təfəkkür və düşüncə məktəbin” nə kecidin təmin olunması
məqsədi ilə sistemli tədbirlər görüləcəkdir;
- Peşə təhsili infrastrukturu da əsaslı şəkildə müasirləşdiriləcək peşə
təhsilinə cəlb olunan vətəndaşların sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbi
ilə uzlaşdırılacaqdır;
- Bölgələrin inkişafı və müəxəssislərə tələbatı nəzərə alınaraq ilk peşə, orta
ixtisas və ali təhsil pillələri üzrə mütəxəssislər hazırlayan təhsil kompleksinin
tikilməsinə başlanılacaqdır.
46
- Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri və müvafiq
texnoparklar qurulacaqdır.
- Azərbaycan təhsilinin dünya və Avropa təhsil mənasının inteqrasiyası
genişləndiriləcəkdir; Baloniya prosesi çərçivəsində Azərbaycanın təhsil
ocaqlarının beynəlxalq proqramlara fəal cəlb olunması üçün müvafiq şəraitin
yaradılmasına xüsusi fikir veriləcəkdir;
- Xarici ölkələrin aparıcı universitetlərində dövlət xətti ilə təhsil alan
Azərbaycanlı tələbələrin sayı artırılacaq və xaricdə təhsil alaraq məzun olmuş
mütəxəssislərin potensialından ölkənin inkişafında səmərəli istifadə olunması
təmin ediləcəkdir və s.
Qeyd olunanlar onu göstərir ki, təhsil sosial sahələrinin ən vacib ünsürüdür
və onun inkişafı bilavasitə insan potensialının yüksəlməsinə, iqtisadiyyatın digər
sahələrinə təsir göstərərək uzun dövrə çox vacib hədəflərin həyata keçirilməsinə
gətirib çıxaracaqdır. Geniş və məqsədyönlü dövlət lahiyələrinin və
proqramlarının maliyyələşməsinə yönəldilən vəsaitlər, Respublikamızda elmin
və təhsilin inkişafına əvəzsiz töhfələr verəcək və nəticədə Azərbaycan təhsilinin
Qərb ölkələrinin standartları səviyyəsinə yüksələ biləcəkdir.
2015- ci ildə Dövlət Büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi 1 mliyard
605,1 milyon manat olmuşdur. Bu 2010- cı ilə nisbətən 424,3 milyon manat,
başqa sözlə 3,6% çoxdur. Qeyd etmək lazımdır ki, 2015 – ci ildə təhsilə cəkilən
xərclər dövlət büdcəsi xərclərinin 9,0 faizini, ÜDM – in isə 2015 – ci ildə təhsil
xərclər 3,3 faiz (və ya 51,2 milyon manat) artmışdır. Müvafiq olaraq 2015- vi
ildə təhsil xərclərinin ÜDM – də xüsusi cəkisi 2014- - cü ilə nisbətən 0,4%,
dövlət büdcəsi xərclərinə nisbətən isə 0,7% yüksəlmişdir.
İnsan kapitalı nəzəriyyəsində önəmli yerlərdən birini də təhsil tutur.
Təhsilli adamın cəmiyyətdə uğur qazanmaq imkanları təhsilsiz adama nisbətən
xeyli çoxdur. Dünyada təhsil və məşğulluq məsələləri barədə müəyyən faktlara
diqqət yetirək. Dünyada son vaxtlar ümumi savadlılıq nəzərəçarpacaq dərəcədə
artır. Bütövlükdə cavanlar arasında savadlılıq 89% təşkil edir, bu göstərici 1990-
cı ildə 83% idi. Qadınlar və kişilər arasında savadlılığın artım sürəti arasındakı
47
fərq azalır. Dünyada savadsız əhalinin 60% - i qadınların payına düşür. Bu
göstəriciyə görə geridə qalmış ölkə Əfqanıstandır. Burada qadınların
savadsızlığı 87% təşkil edir. Təhsilin ÜDM – də payı Lesoto və Kubada 13%
təşkil edir ki, bu da dünya üzrə ən yüksək göstəricidir. Nümunə üçün ABŞ – da
bu rəqəm 5,4% təşkil edir. Qeyd edək ki, 2012 – ci ildə dünya üzrə orta göstərici
91% idi. Aşağı insan inkişafı indeksinə malik olan ölkələrdə məktəbdə orta
təhsil müddəti 4,2 ildir. Yüksək insan inkişafı indeksinə malik ölkələrdə isə bu
göstəricinin müddəti 11,7 il təşkil edir.
İstənilən bir sahənin inkişafı üçün birbaşa investisiyaların həlledici
əhəmiyyəti var. Bu baxımdan Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsinin icrasına dair hesabatda təhsil xərclərinin istiqamətlər üzrə bölgüsü
xüsusi əhəmiyyət daşıyır. 2014-cü ildə cari xərclər hesabına təhsil xərclərinə
1.553.9 mln. Manat vəsait yönəldilmişdir ki, bu da 2013 – cü il ilə müqayisədə
116,1 mln.manat və yaxud 8.1% çoxdur. Dövlət büdcəsinin xərclərində təhsil
xərclərinin xüsusi çəkisi 8.3% təşkil etmişdir ki, bu da 2013-cü il ilə müqayisədə
0.8 faiz çoxdur.
Təhsil xərclərində ən böyük pay natamam və orta təhsil aiddir. Burada
məsrəflər bütün xərclərin 52,9-ni təşkil edir . İkinci istiqamət 19,8% təşkil edir
və təhsil sahəsində tətbiqi tədqiqatlara və xidmətlərə yönəldilib. Həcminə görə 3
– cü istiqamət ali təhsildir ki, bura da vəsaitlərin 10.3% - i yönəldilib.
Məktəbəqədər və ibtidai təhsilə vəsaitlərin 10.2% yönəldilib texniki peşə
məktəbləri və leseylərə vəsaitlərin 4.3% - i yönəldilib. İnternat və xüsusi
məktəblərdə vəsaitin 2.5% - i ayrılıb. Ayrılmış vəsaitlər tam həcmdə müvafiq
məqsədlər üçün xərclənib.
Təhsilin kəmiyyət göstəricilərini təmin edən məqamlarla yanaşı təhsilin
keyfiyyətinə də xüsusi diqqət verilməlidir. Bu mənada təhsilə çəkilən xərclərin
böyük qismi təhsilin bütün səviyyələrində əsas aparıcı qüvvə olan müəllimlərin
inkişafına yönəldilməlidir. Keyfiyyətli müəllim kadrlarının hazırlığına xüsusi
diqqət verilməlidir. Müəllimlərin peşə hazırlığının artırılması üçün geniş və
səmərəli tədbirlər planı hazırlanmalıdır.
|