59
Xəstəlik və digər səbəblər üzündən baş verən iqtisadi zərərləri, itkiləri
yalnız meəssisələr üzrə deil, ölkə səviyyəsində də müəyyən etmək olar.
Xəstələnmə iş qabiliyyətinin müvəqqəti itirilməsi, hətta ölümlə bağlı olan
konsepsiyaları dəyərlə pulla qiymətləndirmə düzgün olmazdı. Çünki insanın
sağlamlığı və insanın həyatını bu qaydada qiymətləndirmək mənəvi cəhətdən də
düzgün deyil. Həmçinin itkilərin insan həyatının dəyəri ilə müqayisəsi və
bədbəxt hadisələrin nəticələrinin bu cür qiymətləndirilməsi “həyatın keyfiyyəti”,
“həyatın dəyəri” anlayışları ilə üst-üstə düşmür.
Əhalinin sağlamlığının möhkəmləndirilməsi, əmək şəraitinin yaxşılaşması
üzrə tədbirlərin nəticələrinin qiymətləndirilməsində dəyər göstəricilərindən
istifadə edilə bilər. Həmin tədbirlərin əsas səmərəlilik göstəriciləri kimi vaxt
vahidi ərzində hasilat normasının artması, əmək tutumluğunun azalması, iş
vaxtına qənaət, əmək məhsuldarlığının artması, əlverişsiz əmək şəraitinin
aradan qalxması, insanın əmək qabiliyyətinin yüksəlməsi, növbədaxili itkilərin
azaldılması və tamamilə aradan qalxması, faktiki əmək sərfinin normativ əmək
sərfinə uyğun gəlməsi, işçi qüvvəsi axıcılığının aradan qaldırılması kimi
göstəricilər də öz ifadəsini tapır.
İnsanın davamlı inkişafının təmin edilməsi birbaşa onun sağlamlığı və
əməyinin mühafizəsi ilə bağlıdır. İşçilərin saölamlığının qorunması,
yaxşılaşdırılması və əməyinin mühafizəsi geniş əhatəli tədbirləri nəzərdə tutur.
Dostları ilə paylaş: