78
8. Təhsil sosial sahələrinin ən vacib ünsürüdür və onun inkişafı bilavasitə
əmək potensialının və insan potensialının yüksəlməsinə, iqtisadiyyatın digər
sferalarına təsir göstərərək uzunmüddətli dövrə çox vacib hədəflərin həyata
keçirilməsinə gətirib çıxaracaqdır. Bu istiqamətlərdə geniş və məqsədyönlü
dövlət lahiyələrinin və proqramlarının reallaşmasına yönəldilən maliyyə
vəsaitlərinin artırılması ölkəmizdə eımin və təhsilin inkişafına əvəzsiz töhfələr
verəcəkdir və nəticədə Azərbaycan təhsilinin Qərb ölkələrinin təhsil standartları
səviyyəsinə gətirib cıxara biləcəkdir.
9. Azərbaycan Respublikasında əmək potensialının artırılmasında və
inkişafında fasiləsizliyin təmin edilməsi orta təhsilin, peşə təhsilinin, ixtisaslı
kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, “elm – təhsil-
istehsal” zəncirinin təkmilləşdirilməsi istiqamətində məqsədli proqramların
hazırlanması və həyata keçirilməsi daima davam etdirilməlidir. Yüksək
keyfiyyətli insan potensialının formalaşdırılması daha çox maddi və mənəvi
fayda əldə etməyə və rəqabətqabiliyyətliliyi yüksəltməyə imkan yaradan əsas
məsələlərdəndir.
Dostları ilə paylaş: