42
xüsusi diqqət verir, onun maddi – texniki bazasını, keyfiyyətini yüksəltmək üçün
lazım olan bütün tədbirləri görür və bu istiqamətdə investisiya xərclərini artırır.
Hər bir ölkənin sosial – iqtisadi inkişafında təhsil sisteminin rolu əksər
iqtisadçılar tərəfindən çox yüksək qiymətləndirilir və bunu həlledici amil hesab
edirlər. Bunun sübutu kimi üç əsas səbəb göstərilir:
1. Neoklassiklərin irəli sürdüyü insan kapitalı konsepsiyasıdır ki, burada
istehsal amilləri içərisində insan amili digərləri
ilə müqayisədə daha əsas və
aparıcı olduğu vurğulanır. Doğrudan da keyfiyyətli təhsil almaq imkanı hər bir
ölkə daxilində insanların əmək potensialını daima yüksəldir. Nəticədə ölkədə
yüksək rəqabət qabiliyyətli, bazarın tələblərinə cavab verən mal və xidmətlərin
istehsal olunmasına gətirib çıxarır. Dediklərimizi ölkələrin sosial iqtisadi inkişaf
səviyyəsinə və əhalinin rifah halının artımına nəzər yetirsək görərik ki, artıq
uzun müddətdir ki, Yaponiya, Cənubi Koreya, Skandinaviya ölkələri tərəfindən
sübut edilmişdir.
2. Təhsilin inkişafı ölkələrin sosial- iqtisadi inkişafının, innovasiyaların,
istehsalın texniki – texnoloji səviyyəsinin yüksəldilməsinin əsas lokomotivi
qəbul edilmişdir. Belə ki yüksək texnologiyaların istehsal
proseslərinə tətbiqi
nəticəsində məhsuldarlıq artır, məhsullar daha keyfiyyətli və ucuz olur.
Məhsuldarlığın əhəmiyyətini və mahiyyətini dəqiq başa düşmək üçün Cobba-
Duqlas düsturuna diqqət yetirək:
У=А х L
β
x K
a
, burada
A- məhsuldarlığı,
K- kapital qoyuluşunu
L- iş qüvvəsinin imkanlarını ifadə edir.
Göstərilən düsturda a və β ifadələr istehsal proseslərində istifadə edilən
investisiyanın (k) və işçi qüvvəsinin (L) arasında bölgüsünü göstərir.
Məhsuldarlığın əsas tərkib hissəsi kimi təhsilli, savalı, təcrübəli və bacarıqlı
əmək ehtiyatları və yüksək texnoloji imkanlar nəzərdə tutulur. Bu onu sübut edir
43
ki, insan kapitalı ilə bilavasitə əlaqədar olan iqtisadi inkişafın təməlində işçilərin
təhsil səviyyəsi dayanır.
3. Bu yanaşmanın
mahiyyəti ondan ibarətdir ki, hər bir ölkədə
təhsil
səviyyəsinin yüksəlməsi səbəbi ilə formalaşan bacarıqlı, savadlı və geniş
dünyagörüşlü işçi qüvvəsi vasitəsilə digər ölkələrdə yeni yaranan texnika,
texnologiya və elmi inkişafın nəticələrini tez bir zamanda öz ölkələrinə
gətirir
və yeni kəşflərdən faydalana bilərlər. Əks halda bu proseslər ya gecikir, ya da
xarici ölkələrdən mütəxəssislərin cəlb edilməsi hesabına keçirilməlidir. Bu ölkə
iqtisadiyyatı üçün daha az səmərəli olacaqdır.
Göstərilən hər üç vacib yanaşmanı nəzərə alsaq təhsil sisteminin, təhsil
səviyyəsinin sosial yönümlü iqtisadi inkişafında necə böyük əhəmiyyət kəsb
etdiyini görərik. Azərbaycan Respublikasının dövləti höküməti ölkədə
təhsilin
inkişafı, insanların əmək potensialının yüksəlməsinə yönəldilmiş ciddi fəaliyyət
tədbirləri həyata keçirir, bilikli, bacarıqlı, hərtərəfli inkişaf etmiş kadrların
hazırlanmasına xüsusi diqqət yetirir.
Ölkələrdə təhsil sektoru sosial sahələr nəzərində daha sürətlə inkişaf edən
sahədir. Dövlət büdcəsindən təhsilə yönəldilən xərclərin hər il artırılması bu
sektorun keyfiyyətcə
yeniləşməsi üçün sistemli, kompleks işlərin görüldüyünü
təsdiq edir. Respublikamızda 2005- ci ildə təhsilə dövlət büdcəsində 372,5
milyon manat vəsait yönəldilmişdirsə, , 2014- - ci ildə bu rəqəm 1 milyard
553,9 milyon mata yüksəlmişdir. Bu 10 ildə Dövlət büdcəsində ayrılan
vəsaitlərin miqdarı 1 milyard 1814 milyon manat, başqa sözlə 4,2 dəfə artmışdır.
2015- ci ildə təhsilə Dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmin daha da
artaraq 1 milyard 605,1 milyon manata çatmışdır.
Dövlət büdcəsindən ayrılmış vəsaitlər “Azərbaycan Respublikasının təhsil
sahəsində islahat Proqramı” na və “2011-2021 – ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə milli strategiya” ya uyğun olaraq təhsil sisteminin inkişafına
yönəldilmiş dövlət lahiyələri və proqramlarının yerinə yetirilməsinə, təhsilinin
infrastrukturunun müasir tələblərinə müvafiq qurulmasına, təhsilin
məzmununun yeniləşməsinə, informasiya – kommunikasiya texnologiyalarının
44
tətbiqinə geniş maliyyə təminatı yaratmışdır. Sözügedən dövlət strategiyasında
qarşıya qoyulan məqsədlərdən biri növbəti illərdə təhsilin maliyyələşdirilmsəi
xərclərinin ÜDM – da nisbətinin mərhələlərlə 5-6% - ə çatdırılmasından
ibarətdir. İnkişaf etmiş ölkələrıə xas olan bu standarta əməl edilməsi nəticəsində
ölkələrində işçilərin əmək potensialının yüksəlməsinə,
sonda sosial- iqtisadi
inkişafa və əhalinin rifah halının yüksəlməsinə səbəb olacaqdır.
Dostları ilə paylaş: