I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə10/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   6   7   8   9   10   11   12   13   ...   129
PARAZİTOL.-kitabı-son

Daimi parazitlər: -Bunlar sahibinin bədənində uzun müddət yaşayırlar (və ya onun bütün ömrü boyu) və ondan həm qidalanma üçün həm də yaşayış yeri kimi istifadə edirlər. Onlar ya bədənin səthində yaşayır, yaxud da sahibin orqanizmində, bu zaman onlar ən çox daxili orqanlarda özlərinə məskən salırlar. Beləliklə, stasionar (daimi) parazitlərin çox hissəsi daxili yaxud endoparazitdirlər. Bu parazitlər daimi və dövri (periodik) olurlar.

Daimi parazitlər (bit, qoturluq gənəsi və s.) ya sahibin bədənində, yaxud onun orqanizminin daxilində bütün ömürləri boyu yaşayırlar və burada öz bioloji inkişaflarının dövrlərini keçirirlər.

Dövrü parazitlər sahibin bədənində öz inkişaflarının yalnız müəyyən dövründə yaşayırlar. Məsələn, azərbaycan dilində Ovodlar yalnız süfrə mərhələsini sahibin bədənində keçirirlər, yaşlı həşəratlar və puplar isə parazit həyat keçirmir.

Enli lentvari qurd (Diphyllobotrium latum) yarım yetkin lent şəklində olduqda insanda və bəzi ətyeyən heyvanların orqanizmində yaşayır, onun süfrə mərhələsi – prosarkoidlər isə su birələrinin, pleroserkoidlər müxtəlif növ balıqların, bu helmintin yumurtaları isə su hövzələrində yaşayırlar. Helmintlərin çox böyük hissəsi dövrü parazit həyat keçirirlər.



Parazit – sahib münasibəti parazitin sahib orqanizmə təsiri

Parazitlərin sahiblərinin xarakteristikası.

Parazit anlayışı, onun sahibi anlayışı isə sıx sürətdə əlaqədardır. Parazitin müvəqqəti və ya daimi olaraq yaşayaraq, qidalandığı heyvan və ya insana parazitin sahibi deyilir.

Buradan belə nəticə çıxır ki, parazitizm dedikdə iki və ya çox müxtəlif növ orqanizm başa düşmək lazımdır-parazit və onun sahibi (sahibləri).

Yalnız bir sahibdə yaşayan parazitlərə (məsələn, Eymeria stiedae yalnız dovşanlarda parazitlik edir) hemoksen və yaxud bir sahibli parazitlər deyilir.

Lakin elə parazitlər vardır ki, onlar öz inkişaf dövrlərini tam başa çatdırmaq üçün iki və daha çox sahibə ehtiyac duyurlar. Məsələn, piroplazmlar və ya teylerilər heyvanların qanında və daşıyıcı-gənələrin orqanizmində parazitlik edirlər. Taenia solium-lent mərhələsini insanın bağırsaqlarında, onun sürfələri isə (Cysticercus cellulosal) donuzlarda yaşayır. Bu halda sahibin dəyişməsi onun inkişaf mərhələsi ilə əlaqədardır; Lent forma bir sahibdə yaşayır.

Parazitlərin müvafiq mərhələləri müxtəlif morfoloji və fizioloji cəhətləri ilə xarakterizə olunurlar.

Parazit orqanizmlərin sahibini dəyişməsi çox zaman nəslin növbələşməsi ilə əlaqədar olur ki, bu da sonra müəyyən generasiya verərək müxtəlif üsullarla çoxalır: cinsi, qeyri-cinsi və ya bunların növbələşməsilə.

Parazitin cinsi yetkin mərhələyə çatdığı sahibə son sahib və ya definitiv sahib deyilir. Belə sahibin orqanizmində parazit cinsi yolla çoxalır. Parazitin sürfə mərhələsi yaşayan sahibə isə aralıq sahib deyilir. Bu sahibin orqanizmində parazit metamorfoz mərhələsi keçirərək qeyri-cinsi yolla çoxalır, bəzi parazitlərin bir yox, bir neçə aralıq sahibləri olur. Ikinci aralıq sahibə əlavə sahib deyilir, əlavə sahib son sahibdən bir başa yoluxa bilməz.

Çox zaman aralıq və əlavə sahib definitiv son sahib üçün qida rolunu oynayır.Beləliklə sürfə onunla birlikdə definitiv sahibin orqanizminə düşür. Bəzən aralıq sahib son sahib üçün qida olmursa bu zaman sürfələr qeyri-cinsi yolla aralıq sahibin orqanizmində çoxalır, sonra xarici mühitə çıxaraq son sahibin orqanizminə düşür.

Parazitin inkişaf etməsi üçün ən yaxşı əlverişli şərait olan sahib onlar üçün obliqat və ya mütləq sahib adlanır. Obliqat sahib onunla xarakterizə olunur ki, onlarda parazit çox yaxşı yaşayır, sürətlə böyüyür və çox nəsil verir.

Parazitin yaşaya bildiyi, lakin tam uyğunlaşa bilmədiyi sahibə fakültativ sahib deyilir.

Belə sahiblərdə parazit az rast gəlinir və az miqdarda olur. Çox zaman parazit bu sahibin orqanizmində öz inkişaf mərhələsini başa çatdıra bilmir və tezliklə məhv olur. Məsələn, enli lentvari sestod insan orqanizminə çox yaxşı uyğunlaşmışdır, burada uzun müddət parazitlik edərək böyük ölçülərə çatır. Bu sestod eyni zamanda tülkü orqanizmində də yaşayır, lakin onun ölçüləri kiçik olur və o ətyeyənlərin orqanizmində iki aydan artıq yaşaya bilmir.




Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin