I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi


III Fəsil Biosenoz və parazitosenoz



Yüklə 180,23 Kb.
səhifə13/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   9   10   11   12   13   14   15   16   ...   129
PARAZİTOL.-kitabı-son

III Fəsil

Biosenoz və parazitosenoz
Hal-hazırda minlər və onminlərlə (quşçuluqda isə yüz minlərlə toyuqların) heyvanların saxlanması ilə əlaqədar olaraq iri ferma və komplekslərdə yemləmə və saxlanma texnologiyasının dəyişməsi ilə əlaqədar olaraq ümumiyyətlə biosenoz və hissəvi olaraq parazitosenoz xeyli dəyişmişdir.

Biosenoz və parazitosenoz nədir?

Biosenoz-ayrı-ayrı ərazidə yerləşən heyvanların, quşların və bitki aləminin bir-birinə münasibətidir. Parazitosenoz isə heyvan orqanizmində yaşayan və onların ağır xəstələnməsinə səbəb olan invazion, bakteriel, göbələk və virus təbiətli orqanizmlərin cəminə deyilir. Heyvan və bitki aləminin bioloji bir hadisəsi olan parazitosenoz təkamül nəticəsində orqanizmlərin qarşılıqlı münasibətləri nəticəsində yaranmışdır.

Yalnız orqanizmlərin bir yerdə təkamülü və müxtəlif səviyyəli inkişafı heyvan və toxumalarda və ya bitkilərin inkişafında müxtəlif növ bitki və heyvan mikroorqanizmlərinin müxtəlif növ nisbətlərinin (bakteriya, virus ibtidailər) əmələ gəlməsinə səbəb olmuşdur. Bunun nəticəsində parazitlərin assosiasiyaları-(mikroorqanizmlərin, virusların, ibtidailərin, helmintlərin, buğumayaqlıların) bir sözlə parazitosenoz əmələ gəlmişdir.

Parazit orqanizmlərinin bir tam halda öyrənilməsi, onların sahibləri ilə münasibətləri, qarşılıqlı mühitlə əlaqəsi parazitar xəstəliklərin baş verməsi və sönməsi səbəblərini öyrənməyə imkan vermişdir.

Hal-hazırda parazitosenoz hadisəsi hələ kifayət qədər öyrənilməmişdir. Məsələn, hələ məlum deyildir ki, hansı parazitesonozlarda orqanizmlər arasında antoqonistlik vardır. Hansı yoluxucu və parazitar təbiətli törədici növləri bir sahibin orqanizmində yaşaya bilər, çoxala bilər və bunların hansı daha ciddi xəstəlik əmələ gətirə bilər.

Bununla əlaqədar olaraq orqanizmləriun sinergizmi - patogen mikroorqanizm ilə ibtidai arasında, mikroorqanizm və helmint arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin