DİAQNOSTİKASI VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ Tip-Nemathelmintes
Sinif-Nematoda
Yarımdəstə-Strongylata
Ailə-Synqamidae
Cins-Synqamus
Növ-Frachea
Növ-Skrjabinomozpha (ümumuyyətlə 11 növ vardır ki,onlardan yalnız synqamus trochea ətraflı öyrənilmişdir)
Rezervuar sahiblər:yağış qurdlarının bir necə növü (soxulcanlar);quru və su ilbizləri, ev milçəkləri,çoxayaqlı böcəklər,həşaratlar və s.
Helmintin lokalizasiyası:əsasən traxeyada,qismən də bronxlarda.Sinqamoz toyuqların,hind toyuqlarının,qazlarıin,göyərçinlərn,qarğaların, helmintoz xəstəliyidir.
Törədici:Synqamus trachea-capvari.açıq qırmızı rəngli nematoddur.Erkək nematodun uzunluğu 2-6 mm, dişinin uzunluğu isə 5-20 mm-dir.Yumurtaları kələ-kötür oval formada olmaqla uzunluğu 0,074-0,095 mm, eni isə 0,039-0,044 mm-dir.
Biologiyası:Traxeyada və ya bronxlarda parazitlik edən Synqamus trachea-helmintinin dişiləri hər gün yumurta xaric edir.Quşlar da bu yumurtaları bəl-ğəmlə birlikdə udurlar.Quşun ifrazatı ilə xarici mühitə düşmüş yumurtaların daxilində,əlverişli temperaturda 25-300-də sürfələr əmələ gəlir.(3 gün müddətində),9 gün müddətində həmin sürfələr invazion mərhələyə keçirlər, sürfələr 9-12 günlüyündə yumurtadan çıxırlar. Sonrakı inkişaf aşağıdakı ardıcıllıqla baş verir:1) körpə quşlar və cücələr həmin sürfələri udduqda bağırsaq divarını deşib, qana keçirlər və qan vasitəsiylə traxeya və bronxlara düşürlər.Burada da 10-14 gün ərzində inkişaf edib, yetkin formaya çatırlar.2) Synqamus trachea-nın yumurta və ya sürfəsini udmuş ilbiz, milçək, böcək,həşəratları-cücələr və böyük quşlar yedikdə yoluxurlar. Synqamusla yoluxmada soxulcanlar xüsusi rol oynayırlar. Soxulcanın orqanizmnində sinqamis sürfələri 3 ilə qədər invazion halda qala bilirlər. Quşlar bu rezrervuar canlıları yedikdə yoluxurlar. Sürfələrbağırsağın selikli qişasını deşib qana düşür və qanla,traxeya və bronxlara gəlib definitiv sahibin orqanizmində 2 aya qədər parazitlik edirlər.