I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə22/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   18   19   20   21   22   23   24   25   ...   129
PARAZİTOL.-kitabı-son

Qazanılmış qeyri həssaslıq və ya qazanılmış immunitet yalnız bir parazit növünə qarşı əmələ gəlir. Heyvan həmin parazitlə xəstələnib sağalmış olur.

Bir çox parazit ibtidailərə qarşı sahibin orqanizmində immunitet əmələ gətirir,lakin bir çox ibtidai növlərinə qarşı qeyri-steril immunitet və ya premunisiya əmələ gəlir. Premunisiya sahibin orqanizmində antitel əmələ gəlmiş orqanizmdə törədicinin çoxalması nəticəsində əmələ gəlir. Zəif sağalma heyvan orqanizmini virulent törədicinin daxil olmasından müdafiə edə bilmir.

Antitel olduğu zaman ibtidainin virulentliyi vaxt keçdikcə zəifləyir və sonra tamamilə yox olur. Paraziti virulentliyinin azalması nəticəsində heyvan orqanizmi həmin növ törədiciyə qarşı həssas olur ki, bu da qeyri steril immunitet zamanı olur.

Lakin virulentliyin azalmasına qədər orqanizmin yenidən həmin növ ilə yoluxarsa-superinvaziya olarsa bu zaman yüngül xəstələnmə baş verir və gərgin immunitet əmələ gəlir. Qeyri-steril immunitet heyvan orqanizmi zəiflədikdə (arıqlama, başqa xəstəliklər və s.) də ola bilər. Bu zaman parazitin virulentliyi qüvvətlənir, o sürətlə çoxalmağa başlayır və bu zaman xəstəliyin resudiv verməsi müşahidə olunur.

Bir çox çoxhüceyrəli (metazoa) parazitlər zamanı heyvan orqanizmində bir qayda olaraq qeyri həssaslıq və ya qeyri – steril şərait yaranır. Helmintozlarzamanı parazit sahibin orqanizmində çoxala bilmir. Sahib yumurtanı udmaqla yoluxur, bu yumurtadan yetkin parazit inkişaf edir. Çox hüceyrəli parazitlərin toksinlik dərəcəsi onların sayından və boyundan asılıdır. Çox hüceyrəli parazitlərin bir çox növlərində sahibin orqanizmi ilə müxtəlif dərəcəli münasibətləri olur.

Kontakt daha kəskin və uzun müddətli olarsa immunitet daha qüvvətli olur. Buna görə də toxuma parazitləri zamanı immunitet reaksiyası daha intensiv olur.

Sahibin orqanizmi invaziyaya qarşı öz müdafiə mexanizmini işə salmaqla cavab verir. Parazitlərə qarşı mübarizə mexanizmində başlıca maneə faqositozdur.

Parazitar xastəliklərə qarşı faqositlər ən çox qalanda toplanmış olur. Orqanizmin toxuma parazitləri ilə invaziyası zamanı faqositlərin müdafiəyə cəlb olunması və antitel əmələ gəlməsi mühüm əhəmiyyət kəsb edir. Antitel və foqositlər parazitin çoxalma və inkişafını ləngidir.

Invaziya zamanı orqanizmin başlıca reaksiyalarından biri – yüksək həssaslığın əmələ gəlməsi və ya allergiyadır. Orqanizmin çox hüceyrəli parazitlərə qarşı həssaslıq reaksiyasından trixinellyozun, exinokokkozun, sisteseriozun və başqa helmintlərin diaqnostikasında istifadə edirlər.

Bəzi heyvanlarda-bağırsaqda və ya toxumalarda parazitlərin olması nəticəsində anafilaksiya baş verə bilir.

Bütün bu göstəricilərdən belə nəticə çıxarmaq olur ki, orqanizm parazitlərə qarşı özünün müdafiə qüvvələrini işə salır. Bu qüvvələrdən faqositozu, antitel əmələ gəlməsini, yüksək həssaslıq reaksiyasını göstərmək olar ki, bütün bunlar da sinir-humoral yolla həyata keçirilir.

Sahibin orqanizminin parazitə göstərdiyi müqavimət dərəcəsindən və orqanizmin bioloji aktivliyindən asılı olaraq invazion prosesin gedişi və nəticəsi də müxtəlif olur.



Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin