I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi


V Fəsil PARAZİTAR (INVAZION) XƏSTƏLIKLƏR HAQQINDA TƏLIM



Yüklə 180,23 Kb.
səhifə20/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   16   17   18   19   20   21   22   23   ...   129
PARAZİTOL.-kitabı-son

V Fəsil

PARAZİTAR (INVAZION) XƏSTƏLIKLƏR HAQQINDA TƏLIM
Baytarlıq parazitologiyası ibtidailər, helmintlər, gənələr və həşəratların törətdikləri xəstəlikləri (invaziyanı) öyrənir. Invazion xəstəliklər aşkar olunmuş; kəskin aşkar olunmamış subklinik və ya latant (gizli) keçə bilirlər.

Bir çox helmintozlar zamanı görünən klinik əlamətlər qeyri xarakter olur. Adətən heyvanlarda məhsuldarlığın aşağı düşməsi müşahidə edilir. Ibtidailərin (xüsusilə piroplazmidoz) törətdiyi xəstəliklər isə kəskin klinik ifadə olunmuş şəkildə keçir.

Ibtidailər öz ölçülərinə, quruluşuna və həyat fəaliyyətinə görə çox hüceyrəli parazitlərdən (helmintlərdən, gənə və həşəratlardan) kəskin sürətdə fərqlənirlər. Bununla əlaqədar olaraq ibtidailərin makroorqanizmlə göstərdiyi patogen təsir də bir sıra spesifik xüsusiyyətlərə malikdir.

Parazitar xəstəlik törədicilərinə xas olan bir sıra xüsusiyyətlər ibtidailərə aiddir, daha doğrüsü onlar öz sahiblərinə görə patogen, virulent və toksiki ola bilərlər. Bundan başqa hüceyrə daxili ibtidailər yaşadıqları hüceyrəni pinositoz (pino-içmək) vasitəsilə parçalayırlar.



Ibtidainin virulentliyi – sahibinin orqanizmində çoxalmaq və onun müdafiə mexanizmini ləğv etmək- bir çox parazitlərdə bakteriya və viruslara nisbətən zəif inkişaf etmişdir.

Qan plazmasında çoxalan başqa ibtidailər hüceyrə daxili parazitlər kimi bütün invazion xüsusiyyətlərə malikdir, lakin ultra qruluşlarına və qidalanma üsuluna görə onlardan fərqlənirlər.

Çox hüceyrəli parazitlər də öz sahibinin orqanizminə patogen təsir göstərir. Bu xüsusiyyət qoturluq gənəsində, qansorucu parazit həşəratlarda və helmintlərdə müxtəlifdir.

Qoturluq gənəsi aktiv sürətdə dəriyə daxil olur və ya öz xortumu vasitəsilə dəriyə yapışaraq oradan qida maddələrini sorur. Gənənin sahibinə etdiyi patogen təsir müxtəlifdir. Birinci, gənə dərini zədələyərək onda iltihab törədir; ikinci, gənənin həyat fəaliyyəti məhsulları toksiki xüsusiyyətə malikdir, onun tüpürcəyində isə zəhərli maddələr vardır.

Qansorucu həşəratlar və gənələr heyvanlarla qidalanaraq onların qanını sorur. Əgər buğumayaqlıların sayı çox olarsa onlar daha çox qan sorurlar. Yandırıcı milçək bir dəfəyə 13 mq-a qədər qan sorur ki, bu da onun xüsusi bədən çəkisinə 1,5 dəfə çoxdur. Hünü (çox kiçik həşərat (moşka) külli miqdarda hücum etdikdə dərinin şişməsinə və bəzi hallarda hətda ölümə səbəb ola bilirlər.

Kor milçək (slepni) kimi qan sorucular müntəzəm olaraq heyvanlarla qidalanıb onların qanını sorur və heyvanın məhsuldarlığını aşağı salırlar.

Helmintlərin əksər hissəsi öz yetişmiş mərhələlərinə heyvanın mədə-bağırsaq yollarında parazitlik edirlər. Onların bəziləri bağırsağın selikli qişasını zədələyərək sahibinin qanı ilə qidalanır (hematofagiya). Helmint-hemotofaqlar çox böyük miqdarda qan udurlar. Belə ki, sahibini (itin) orqanizmində parazitlik edən ankilostan bir sutka ərzində 700-800 ml qan udur ki, bu da təbii olaraq anemiyaya səbəb olur.

Sestodlar çox böyük nəsl vermək qabiliyyətinə malikdirlər. Tez böyümək və yumurta əmələ gətirmək üçün parazit sahibin bağırsaqlarını başqa sestod sahibinin mərkəzi sinir sistemini, ürək fəaliyyətini, maddələr mübadiləsini pozan metabolitlər ifraz edir. Bəzi sestodların başlarında çoxlu miqdarda qarmaqlar olur ki, bunun vasitəsilə də onlar bağırsaq selik qişalarını travmalayaraq bağırsaqlarda çox geniş iltihabi proseslər törədir.

Bağırsaqlarda parazitlik edən nematozların çox hissəsi həmişə aşkar olunmur. Həzm yollarında olan nematod bağırsaq möhtəviyyatı ilə xaric olur. Bağırsaq möhtəviyyatı Acaris suum və Parascaris equorum-a görə müayinə edərkən hemoqlobin aşkar edilməyir, bu onu göstərir ki, hemoqlobin hemotofaqlar tərəfindən udulmuşdur. Ancaq möhtəviyyatı itin bağırsaqlarında yaşayan toksokor-a görə müayinə edərkən hemoqlobin aşkar olunmuşdur. Bu onu göstərir ki, mematodun qidalanması qarışıqdır. O həm bağırsaq epiteli hüceyrələri ilə, həm də sahibinin qanı ilə qidalana bilir. Parazit yaşayan yerdə bağırsağın selik qişasında kataral iltihablar aşkar olunur.

Toxuma parazitlərinin böyük bir qrupuna nematod süfrələri, sestod sürfələri və həşəratlar (ovod) aiddir. Bunların öz sahiblərinə görə patogenlik yeri (lokalizasiya) xüsusi əhəmiyyətə malikldir. Məsələn, qoyunun baş beynində yerləşən Coenurus cerebralis onun məhv olmasına səbəb olur. Bu hadisə zamanı parazitin əhatə etdiyi toxumaya mexaniki təsiri üstünlük təşkil edir. Belə hadisə ağ və qara ciyərdə də qeyd olunur. Məsələn, qaraciyərdə inkişaf edən exinokok bu orqanın toxumalarının atrofiyasına səbəb olur.

Toxuma parazitləri öz inkişafları zamanı ətraf toxumaları assimilyasiya edərək öz qidalanması üçün lazım olan maddələri (zülal, karbohidrat və s.) qəbul edir. Dissimilyasiya maddələrini isə (metabolitləri) ətraf toxumalara ifraz edərək öz sahibinin qanını sorur.

Daxili orqan və toxumalarda parazitlik edən parazitlər bu orqanlara bağırsaqlardan və ya dərinin səthindən süfrə mərhələsində keçirlər. Süfrənin öz yerini dəyişməsi keçmə yerinin zədələnməsinə və burdaqn helmint yumurtalarının qana və toxumalara keçməsinə səbəb olur. Sürfələrin miqarsiyası zamanı infeksiya törədicilərinin daxil olması üçün qapı əmələ gəlir ki, bu da sahibin orqanizmi üçün qorxu təşkil edir.

Beləliklə, yuxarıda göstərilənlərdən belə nəticə çıxarmaq olur ki, parazitlərin orqanizmə təsiri çox cəhətli olub hematofagiyadan, alimentofaksiyadan, metabolitlərlə toksikozdan, fiksasiya olunan və ya parazitin keçdiyi yerdə baş verən iltihabdan, ətraf toxumalara mexaniki təsirdən ibarətdir.

Parazitlərin bütün təsir növləri sahibinə çox qıcıqlandırıcı təsir edərək mərkəzi sinir sisteminə və onun bütün fizioloji funksiyalarına təsir edir. Bundan başqa invazion xəstəliklərin patogenliyində allergik reaksiyalar mühüm yer tutur.

Invazion xəstəliyin baş verməsi üçün heyvanın həssas olması vacibdir, belə ki, bütün parazitlər istənilən heyvan növündə parazitlik edə bilmirlər.

Heyvanlar arasında da təbii yaxud qazanılmış rezistentliyi olanlar (qeyri həssaslıq və ya immunitet) vardır.




Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin