VI Fəsil
İNVAZİON XƏSTƏLİKLƏRİN NOMENKLATURASI
Hal-hazırda invazion xəstəliklərin nomenklaturası qəbul olunmuşdur ki, burada xəstəlik törədicisinin zooloji adı əsas götürülür. Ilk dəfə (1928) helmintozlarınnomenklaturasınıK.N.Skryabin və K.S.Şults hər bir növ xəstəlik törədicisinin adının sonuna «oz» və ya «yoz» şəkilçisi artırmaqla adlandırmağı təklif etmişlər. Bildiyimiz kimi hər bir növün iki adı vardır: cins və növ adı,məsələn, Opisthorchis felineus, Fassiola hepatica və s. Deməli bunların törətdıyı xəstəliklər müvafiq olaraq opistorxoz və fassiolyoz adlanır. Sonralar eyni cinsdən olan, lakin müxtəlif növlərdən olan helmintozların adlarını göstərərkən xəstəlik cəm şəklində yazılmağa başlamışdır. Məsələn, fassiolanın hər iki növü (F.hepaticavə F.giga-ntica) rast gəlinən rayonlarda bu xəstəliyə fassiolyozlar, heyvanda eyni zamanda M.exransa və M.benedini varsa monieziozlar adlandırılır.
Lazım gələrsə helmintozların müəyyən qrupunun törətdiyi xəstəliklər buqrupun ümumi adı ilə adlandırılır (trematozlar, sestedozlar, nematodozlar və s.). Məsələn atların stronkilyatozu bir çox yarımnövlərin əmələ gətirdiyi helminozların ümumi adıdır. Bu qrupa müxtəlif yarımdəstələrin nümayəndələri daxildir. Bundan başqa sestodun sürfə mərhələsində olan helmintozları Lavrosist adı ilə adlandırmaq praktikada geniş tətbiq olunur.
Əvvəllər helmintozlar helmitin lokalizasiya olunduğu yerə (qaraciyər qurdu, ağ ciyər qurdu xəstəliyi) yaxud xəstəliyin ən xarakter simptomuna görə (burucu, kəsici) adlandırıldı bu da düzgün diaqnoz qoymağı çox çətinləşdirirdi. Doğurdan da qara ciyər qurd xəstəliyi nə deməkdir? Heç bir şey. Iş burasındadır ki, qoyunun qara ciyərində termatodlar (fassiola, dikroseli), müxtəlif sestodların (exinokokk, alveokokk, sisteserkilər) sürfə mərhələləri parazitlik edir və bunların hər biri sərbəst xəstəlik törədir. Təbiidir ki, məsələn, fassiolyoza qarşı görülən profılaktik tədbir exinokokkla mübarizədəheç bir nəticə verə bilməz.
Xəstəliklərin müvafıq adları K.N. Skryabin tərəfindən araxnoentomologiyada da tətbiq edilmişdir, burada «qoturluq» əvəzinə psoroptoz demadekoz deyilir ki, bu da törədicinin növ adına müvafıq gəlir.
Protozoologiyada da eyni prinsip həyata keçirilmişdir. Məsələn, Babesia bovis –Iribuynuzlu heyvanların (İBH) babeziozu adlanır.
Dostları ilə paylaş: |