I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə52/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   48   49   50   51   52   53   54   55   ...   129
PARAZİTOL.-kitabı-son

Epizootologiyası- respublikanın bütün bölgələrində yayılıbdır. Dağ ətəyi diyarlar-da itləri çox olduğu fermalarda yoluxma daha çox olur.

Kliniki əlamətləri- Exininokokla yüksək yoluxma, qovuqların sayının çox və böyük olması yaşlı heyvanlarda müşahidə edilir. Onlarda zəiflik, arıqlama, qara və ağciyərin fəaliyyətinin pozulması, sarılıq, həzm prosesində pozğunluq,tənfnəfəslik baş verir.Şiddətli yoluxmadan heyvanlar tələf olurlar.

Diaqnozu-Diri heyvanda xəstəliyi təyin etmək çətindir.Yalnız ölümdən sonra orqanlarda exinokok qovuqlarının olması ilə müəyyən olunur.İtlərin fekalını exniokok buğumları və yumurtalarına görə müayinə etmək olar.Lakin bu çox qorxuludur.İnsanlarda xəstəlik ilk dövürlərdə çətin təyin edilir.Sonralar o palpasiya, perkusiya və anamnez toplamaqla müəyyənləşdirilir.Ağ cıyər və qara ciyərdə rentgenoskopiya vasitəsilə təyin edilir.Exinokkozun diaqnostikasında ən geniş tətbiq olunan üsular immunoloji reaksiyadır ki, bu da Kassoni tərəfindən göstərilən reaksiydır.Bu reaksiya vasitəsilə xəstələrdə 80-100% müsbət nəticə əldə etmək mümkündür.

Müalicəsi.Yalnız cərrahi yollarla müalicə aparılır.Çox kameralı exinokokozda cərrahiyyə üsulu ilə lazımı nəticə əldə etmək mümkün deyildir.Heyvanlarda exinokkozun qovuq formasınının müalicə üsulu tam işlənməyibdir.Son zamanlar fenbendazolun effekt verməsi qeyd olunur.

İtlərdə Exinococcus qranulosis və digər feniidlərə qarşı dehelmintazasiyalar aşağıdakı preparatlarla aparılır:



  1. Bromhidrogenli arekolin.1 itə 0,01 qramdan artıq olmamaq şərti ilə 1 kq diri çəkiyə 0,004-0,005 qr hesabi ilə xəmir və ət farçına qatışdırılıb verilməlidir.Dərmanlamadan əvvəl itlər 12-14 saat aclıq dietasında saxlanılmalıdır. Sonra isə 2-3 defekasiya edənə qədər 3-4 saat bağlı qalmalıdır.Əgər kal xaric olunmazsa 2 saatdan sonra arekolinlə dehelmintizasiya təkrar olunmalıdır.

  2. Fenasol.Hər kq diri çəkiyə 0,3 qr hesabı ilə az çəkili (15 kq-a qədər) itlərə 1-5 qr, orta çəkili (30 kq-a qədər) itlərə 6-10 qr iri itlərə (30 kq-dan çox 11-15 qr miqdarında un horrası (yal) ilə verilməlidir.

  3. Bunamidin hidroksid.1 kq diri çəkiyə 25 mq hesabı ilə 4 gün ara verməklə 2 dəfə və ya 50 mq miqdarında bir dəfə yemlə verilməlidir.Bu preparatlarla dehelmintizasiya səhər tezdən, itlər ac ikən aparılmalıdır.

  4. Atazol.1 kq diri çəkiyə 25 mq hesabı ilə digər preparatlar ilə dehelmintizasiya qaydalarına riayət etməklə işlədilməlidir.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin