Epizootologiyası.Alveokokkoz təbii ocaqlı xəstəlikdir.
Kliniki əlamətləri.Alveokokkozun klinik əlamətləri, exinokokkozda olduğu kimidir. Lakin patoloji anatomik dəyişikliklər alveokokkozda daha kəskin olur.
Diaqnozu.Sənaye əhəmiyyətli xəzdərili heyvandarlıq təsərrüfatlarında, şəxsi gigiyena qaydalarına rəayət edilməklə, heyvanların yarılması,qovuqların aşkar edilməsi ilə diaqnoz qoyulur.Xəzdərili heyvanların və itlərin alveokokkun lentvari forması ilə yolux-ması exinokokkozda olduğu kimi aşkar edilir.
Müalicə.Heyvanlarda aparılmır.İnsanlarda cərrahi əməliyat həyata keçirilir.