Quşların helmintozları
Azərbaycanda quş helmintlərinin öyrənilməsinə 1931-ci ildən başlanmışdır. Bu sahədə rüspublikamızda ilk tədqiqat işləri akademik.K.İ.Skrayabinin rəhbərliyi ilə təşkil olunmuş ekspedisiyalar tərəfindən həyata keçirilmişdir.
1940-cı ildən başlayaraq tədqiqatlar Azərbaycan alimləri tərəfindən aparılmışdır. Bu tədqiqatlar sırasında Z.Şaxtinskayanın, (1940-1977), H.Qasımovun (1946-1973),S.Vahidovanın(1955-1980),N.Feyzullayevin(1958-1985),N.Şirinovun (1958 -1980),C.Sayılovun(1958-1985),H.Səmədovun(1965-1985),R.Sadıxovun(1963-1980),R.Bilalovun(1975-1980) və başqa apardıqları işlər qeyd edilməlidir.
Azərbaycanda aparılmış tədqiqatlar respublikamızda yaşayan quşların parazit qurdlarının (helmintlərin) növ tərkibini, onların təsnifatında tutduğu mövqeyinin, ekologiyasının (biologiyası,yayılması vəs.) ayrı-ayrı təbii diyarlarda və şaquli qurşaqlarda yayılması və onun səbəblərinin helmintozların və onlar qarşı mübarizə tədbirlərinin öyrənilməsinə yönəldilmişdir.Hazırda Azərbaycanda ev və çöl quşlarında 541 növ helmint qeydə alınmışdır.Bunların 249 növü trematodlara, 137 növü sestodlara(lentşəkilli) qurdları 31 başı Akantosefallara və 124 növü nemato-dozlara aiddir.
Dostları ilə paylaş: |