I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə64/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   60   61   62   63   64   65   66   67   ...   129
PARAZİTOL.-kitabı-son

QUŞLARIN PROSTOKONİMOZU
Tip-Plathelmintes

Sinif-Trematoda

Ailə-Plagiorchidae

Cinsi-Prosthoqonimus

Növü-Ovatus

Növü-Pellucidus

Növü-Cuneatus
Xəstəlik ev quşlarının və vəhşi quşların cinsiyyət orqanlarında (yumurtalığında və fabrisə kisəsində) parazitlik edən trematodlar tərəfindən törədilir. Törədicisi:Parazitlərin əlamətləri prosthoqonimus ovatus arnudvari formada, uzunluğu 2,7mm,eni isə 0,8mm-dir.Ağız və qarın sormacına malikdirlər. 2)prost-hoqonimus cuneatus ağız sormacı 0,3-0,6mm diametrindədir.3) prosthoqonimus pellucidis əvvəlki növlər kimidir. Lakin qarın sormacının yumurtalıqdan arxada yerləşməsi ilə fərqlənir. Sahibləri (əsas) ev və hind toyuğu,qaz,ördək (ev,çöl) su bataqlıq quşları, sərçə kimilər (sərçə, sağsağan , quzğun, qaşqaldaqlar,qağayı və s. Aralıq sahibləri: Şirin su ilbizləri Əlavə sahibləri: cırcıramalar,iynəçənin sürfə və yetkin forması Lokalizasiyası-yumurta borusu,fabrisə kisəsi,düz bağırsaq,kloaka

Biologiyası-Parazitin inkişafında şirin suda yaşayan ilbizlər aralıq cırcıramalar isə əlavə sahib kimi iştirak edirlər. Sürfə(mirasidi) suda əlverişli temperaturda inkişaf edir,üzərək aralıq sahibi-ilbizi tapır,onun bədəninə daxil olur. Əgər 1 gün ərzində sürfə ilbizi tapmasa məhv olur. İlbizin bədənində mirasidi sporosistaya çevrilir. Sporosistaların içərisində serkarilər yaranır. Onlar suya düşür və passiv olaraq iynəçənin,cırcıramanın (əlavə sahib) bədəninə daxil olur,70 gün inkişaf edir. Belə cırcıramaları quşlar udduqda yoluxurlar.

Epizootologiyası: Azərbaycanın bütün diyarlarında yayılıbdır. Su tutarlarına, gölməçələrə ,bataqlığa yaxın olan quşçuluq təsərrüfatlarında quşlar daha çox yoluxurlar. Xəstəlik əsasən yazda-yayda,xüsusiylə avqustda daha çox qeyd olunur. Adətən isti və yağmurlu illərdə daha çox yayılır. Cavanlara nisbətən toyuqlar daha çox yoluxurlar.

Kliniki əkamətləri: Xəstələrdə ilk əvvəllərdə yumurtalar nazik və ya yumşaq qabıqlı,sonralar isə tam qabıqsız olur,kloakadan sarımtıl,yumurta kütləsi axmağa başlayır. Ümumi zəiflik yumurtadan tam kəsilmə,toyuqların daimi hində qalması müşahidə edilir. Xəstəliyin son mərhələsində qarın şişkin, ağrılı olur,kloaka çevrilir,onun ətrafı qırmızımtıl görünür. Xəstəlik 1,5-2 aya qədər davam edir,ölüm halları çox olur.

Diaqnozu: Klinik əlamətlərə,kalın quş öldükdən sonra cinsiyyət orqanlarının müayinəsinə,orada prostohoniumların tapılmasına,xarakterik pat-anatomik dəyişikliklərə əsasən qoyulur.

Müalicəsi: Hər quşa 2-5 ml miqdarında 4 xlorlu karbon rezin boru vasitəsiylə ağızdan daxilə verilir. 4 gün müddətində Hind toyuqlarına hər başa 8-12 mm ,3-5 gün müddətində. Fenasal,albendazol təlimata uyğun tətbiq edilə bilər.

Profilaktika: Fermalar su tutarlarından , bataqlıq sahələrdən uzaqda tikilməli, toyuqlar çölə,gölməçə və bataqlıqlara buraxılmamalı,ilbizlərin çoxalması və sayı-nın artmasının məhdudlaşdırmaq,cırcıramalar düşən və toplaşan kol-kosları ləğv edilməlidir.

Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin