Epizootologiyası.Yalnız ayrı-ayrı, diyarlarda yayılmışdır.Parazitin sistiserkidləri ilbizlərdə qışlayır, ona görə də quşlar yazda həmin ilbizləri yedikdə yoluxurlar.
Klinik əlamətləri.Bu sestodlar bağırsağı zədələyir, qansızmaya, iltihaba və intokiskasiyaya səbəb olurlar.Xəstə quşlarda iştaha olmur,lakin acgözlülüklə su içirlər.Mədə bağırsağın fəaliyyəti pozulur, ishal baş verir.İntensiv yoluxma zamanı arıqlama, şiddətli ishal, bəzən paralic müşahidə edilir.Belə quşlar yoluxmadan 3-5 gün sonra tələf olurlar.
Diqanozu.Kalda növbəli yuma üsulu ilə müayinə əsasında qurdun buğumlarını, bağırsağın selikli təbəqəsinin sıyrıntısına kompessor üsulu və lupa vasitəsilə baxmaqla, sestodun özünün tapılması əsasında qoyulur.
Müalicə.Xəstə quşun 1 kq diri çəkisinə 0,2 qr fenasal,0,2qr bitionol, 0,5qr filiksanı yemlə qarışdırıb 4 gün fasilə ilə 2 dəfədə verilməli.Dərmanlamadan sonra peyin biotermiki üsulla zərərsizləşdirilməlidir.
Profilaktikası.Xəstəlik hər il qeyd olunan təsərrüfatlarda: yazda, quşlar gəzinti sahələri çanaqsız ilbizlər olmayan yerlərə köçürülməlidir.Köçürülmədən 10 gün sonra, profilaktiki dehelmintizasiya aparılmalıdır.İlbizləri məhv etmək üçün 1 hektar sahəyə 3-4 kq mineral gübrə verilməsi məsləhətdir.