Epizotologiyası.Xəstəlik qaz və ördək saxlanılan təsərrüfatlarda geniş yayılmışdır. Əsasən 2 aylıqdan yuxarı ördək və qazlar yoluxur.Metaserkarilər əlavə sahiblərdə uzun müddət, hətta onların yaşdığı dövrdə diri qalırlar, ona görə də daima yoluxma mənbəyi olurlar. Xəstəlik ən çox sentyabr-oktyabr baş verir.
Diqnoz.Növbəli yuma üsulu ilə kalda helmintin yumurtasının, ölmüş quşların bağırsağında exinostomatidlərin tapılmasına əsasən qoyulur.
Müalicə.Quşların hər kq diri çəkisinə 0,6qr fenosal, 1 qr bitionol qrup halında yemlə verilir.
Profilaktikası.Cücüləri yaşlı qaz və ördəklərdən ayrı, sağlam su tutarlarında saxla-maq, qeyri sağlam təsərrüfatlarda ildə 3 dəfə, 1-ci yazda, quşları su tarına buraxmazdan əvvəl, 2-ci dəfə xəstəliyin yüksək dövründə (iyin-iyul), 3-cü dəfə isə gəzinti dövrünün axırında payızın sonunda profilaktiki və müalicəvi dehelmintizasiya etmək lazımdır.