Əsas sahibləri: Toyuq, hind toyuqları, bir çox vəhşi quşlar.
Aralıq sahibləri:Tetramorium və Fendola cinsli qarışqalar.
Törədicisi: Quşların, əsasən toyuq və hind toyuqlarının bağırsaqlarında parazitlik edən Railletina cinsinə mənsub sestodlardır.Parazitin 2 növü geniş yayılmışdır:
1)Railletina ecninobothrida 2)Railletina tetraqana. Rayetinlərin uzunluğu 25sm, eni isə 1-4 mm-ə qədər olur.
Biologiyası.Parazitin son buğumları quşun kalı ilə xaric olunur, partlayır və yumurtalar ətrafa yayılır.Rayetinaların yumurtalarını udmuş qarışqalarda yumurtalar 1,5-2 ay inkişaf edib, sistiserkoid adlanan sürfə formasına keçirlər. Rayetina sistiserkoidləri yoluxmuş qarışqaları toyuqlar, hind toyuqları, vəhşi quşlar yedikdə, onların bağırsağında sürfələr inkişaf edib (15-21 gün) cinsiyyətcə yetkin mərhələyə keçirlər.