I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə71/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   67   68   69   70   71   72   73   74   ...   129
PARAZİTOL.-kitabı-son

DONUZLARIN TRİXNELLYOZU
Tip-Nemathelmintes

Sinif-Nematoda

Ailə-Trichinellidae

Yarımdəstə-Trichocephalata
Törədicisi.Trichinella spiralis, burğuvari trixininin (Trichinella spiralis) törətdiyi xəstəlik trixinellyoz adlanır. Cinsi yetişkən trixinlər ev heyvanları,vəhşi heyvanlar (donuz,qaban,it,ayı,tülkü,porsuq,dələ vəs.) və insanların bağırsağında cəmisi bir neçə həftə yaşayır. Dişi trixinin uzunluğu 3-4 mm,eni isə 0,06mm-dir. Erkəklərinki isə 1,4-1,6mm uzunluğunda,eni isə 0,04 mm-dir. Bağırsaq trixini mayalandıqdan sonra küllü miqdarda sürfələr bağırsağın divarından qana keçir və qan vasitəsiylə əzələyə gəlirlər. əzələdə sürfənin ətrafında limon formalı kapsul əmələ gəlir. İnsanın əzələsində əmələ gələn kapsulun ölçüsü 0,4X0,26 mm-ə çatır. Yoluxmadan 14-18 ay keçdikdən sonra çox zaman kapsul zərərsizləşir. Trixinlər isə tələf olmur,uzun illər yaşama qabiliyyətini saxlayırlar. Xəstəliyin kəskin dövründə xəstələrdə göz qapaqları və üzdə şiş, dəri üzərində gicişən səpki əmələ gəlir, qanda dəyişiklik gedir, kəskin əzələ ağrıları müşahidə olunur. Trixinlərə ən çox qabırğaarası, baldır, çənə , dil, boyun və göz əzələlərində təsadüf olunur.

Bioligiyası:Trixinellanın inkişafı aralıq, həm də definitiv sahib rol oynayan eyni heyvanda sahibdə gedir. Orqanizmə düşmüş sürfələr bağırsağın selikli təbəqəsində inkişaf edərək yetkin erkək və dişi helmintə çevrilirlər. Cütləşdikdən, mayalandıqdan sonra erkək helmintlər tələf olur, dişi fərd sürfə doğmağa başlayır. Hər bir dişi fərd bağırsaqda yaşadığı dövrdə 1500-2000 sürfə doğur. Həmin sürfələr limfaya sonra qana keçir, qan vasitəsiylə əzələyə düşürlər.Əzələdə inkişaf edib invazion mərhələyə keçir və spiral formaya düşürlər. Spiral formasında olan sürfələrin üzərində birləşdirici toxumadan kapsula yaranır və sürfələr illərlə kapsulada diri qalırlar. Donuzlar və digər heyvanlar trixinella sürfələri ilə yoluxmuş əti, mətbəxt və ət kombinatlarının, ölmüş pişiyin, itin, siçovulun, siçanın cəsədini yedikdə yoluxurlar. Tullantılar,çirkablar,zibilxanalar ən qorxulu yoluxma mənbələridir. İnsanlar trixinella sürfələri ilə yoluxmuş donuz, çöl donuzu (qaban) , ayı və s. heyvanların ətini (yaxçı bişirilməmiş kabab, dönər vəs.) yedikdə yoluxurlar.


Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin