Epizootologiyası: Donuzçuluq formalarında əsasən donuzları otlaqda, meşə ətrafı sahələrdə saxlanılan təsərrüfatlarda saxlanılmışdır.
Kliniki əlamətləri: Bağırsaqlarda helmintlərin sayı çox(100-150 ədəd) olduqda donuzda narahatlıq,iştahadan qalma,arıqlama, qanlı ishal,sancılanma müşahidə edilir. Bəzən bağırsaq divarı zədələnir,deşilir.iltihab baş verir,belə əlamətlər baş verdikdə xəstələrin 30 % tələf olur.
Diaqnozu: Kaproloji müayinələrlə kalda parazitin yumurtalarının, yarma müayinəsində isə bağırsaqda yetkin qurdun tapılmasına əsasən qoyulur.
Müalicəsi: 1 kq diri çəkiyə 20 mq fenbendozolu 4 gün hər səhər yemi ilə verməklə aparılır.
Profilaktikası: Otlaqlar makrakantorinxusun aralıq sahibləri böcəklərin olmasına görə yoxlanmalı, böcəklər olan sahələrə iyun-oktyabr aylarında donuzlar buraxılmamalıdır. Profilaktiki dehelmentizasiyalar isə ildə 3 dəfə,1-ci dəfə qış dövrü qurtardıqdan sonra donuzları otlağa buraxmazdan əvvəl ,2-ci dəfə 1-ci dərmanlamadan 10-15 gün sonra,3-cü dəfə isə yanvar ayında aparılmalıfır.