Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?



Yüklə 1.85 Mb.
səhifə1/16
tarix25.11.2016
ölçüsü1.85 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Stomatologiya

1) Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?

A) Daimi


B) Süd

C) Ağıl dişləri

D) Süd və daimi

E) Köpək dişləri


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
2) Daimi dişlərin sistem hipoplaziyasının baş verməsinin səbəbi nədir?

A) İçməli suyun tərkibində flüorun miqdarının çox olması

B) İçməli suyun tərkibində mikroelementlərin olmaması

C) Radiasiyanın təsiri

D) Anadan olduqdan sonra uşağın keçirdiyi xəstəliklər

E) İçməli suyun tərkibində flüorun miqdarının az olması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
3) Hetçinson, Furnye və Pflyüger dişlərinə hansı hallarda təsadüf olunur?

A) Yerli hipoplaziyada

B) İçməli suyun tərkibində mikroelementlərin olmaması zamanı

C) Sistem hipoplaziyada

D) Endemik flüorozda

E) Endemik ur xəstəliyində


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
4) Hetçinson, Furnye və Pflyüger dişlərində patoloji proses hansı nahiyəni əhatə edir?

A) Minanı

B) Sementi və dentini

C) Mina və dentini

D) Dentini

E) Sementi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
5) Hansı yaşda uşaqlarda tetrasklin sırasından olan preparatlar təyin etmək məsləhət deyil?

A) 6 aydan - 1 yaşadək

B) 1 yaşdan - 2 yaşadək

C) 6 yaşdan - 12 yaşadək

D) 6 aydan - 12 yaşadək

E) 1 yaşdan - 6 yaşadək


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
6) Flüoroz zamanı baş verən patoloji dəyişikliklər hansı hüceyrələrin funksional dəyişikliyi nəticəsində yaranır?

A) Epitel hüceyrələrinin

B) Osteoklastların

C) Ameloblastların

D) Sementoblastların

E) Osteoblastların


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
7) Flüorozda dişlərin zədələnməsi hansı qrup xəstəliklərə aid edilir?

A) Peşə xəstəliklərinə

B) İnfeksion xəstəliklərə

C) Sistem xəstəliklərinə

D) Virus xəstəliklərinə

E) Genetik xəstəliklərə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
8) Flüorozun diferensial diaqnostikası üçün əlavə hansı müayinə üsulu istifadə olunur?

A) Rentgenoloji müayinə

B) Dişin EOD

C) Vital rəngləmə

D) Sitoloji metod

E) Stomatoskopiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
9) Flüorozun profilaktikası hansı yaşadək aparılır?

A) 5 - 6

B) 25 -30

C) 18 - 20

D) 20 - 25

E) 8 - 10


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
10) Dişin sərt toxumalarının oval formalı zədələnməsi hansı xəstəlik üçün xarakterikdir?

A) Flüoroz

B) Mərmər xəstəliyi

C) Hipoplaziya

D) Minanın eroziyası

E) Pazvari qüsur


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
11) Dişin sərt toxumalarının eroziyası hansı toxumaları zədələyir?

A) Dentini

B) Minanı

C) Sement və dentini

D) Mina və dentini

E) Sementi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
12) Patoloji sürtülmə zamanı qüsur dişin hansı səthində yerləşir?

A) Çeynəmə və dil

B) Vestibulyar və kəsici

C) Vestibulyar və çeynəmə

D) Aproksimal

E) Kəsici və çeynəmə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
13) Pazvari qüsurun klinik simptomu hansıdır?

A) Dişin formasının dəyişməsi

B) Dişlərin vestibulyar səthində oval şəkilli qüsurun əmələ gəlməsi

C) Dişin kəsici kənarının və qabarcıqlarının qüsuru

D) Dişin boyun nahiyəsində pazvari qüsurun olması

E) Diş ətinə yaxın sahədə əmələ gəlmiş şırım şəkilli qüsurun olması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
14) Kökü formalaşmamış dişlərin sınığı baş verdikdə hansı əməliyyat həyata keçirilir?

A) Diş çəkilir

B) Devital amputasiya

C) Vital amputasiya

D) Vital ekstripasiya

E) Devital ekstripasiya


Ədəbiyyat: Боровский E.B,Терапевтическая стоматология, 2004
15) Süd dişlərinin sancılmış sınığı zamanı hansı əməliyyat məqbul sayılır?

A) Dişin çəkilməsi

B) Replantasiya

C) Şinalama

D) EOD ilə kontrol

E) Depulpasiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
16) Dişin sərt toxumalarının patologiyalarından hansı onların inkişafı dövründə baş verir?

A) Minanın hipoplaziya və hiperplaziyisı, dişlərin flüorozu

B) Turşuların təsirindən baş verən nekroz

C) Pazvari qüsur

D) Dişlərin erroziyası

E) Dişlərin patoloji sürtülməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
17) Dişlərin çıxmasından sonra hansı qeyri-karioz xəstəliyə daha tez-tez rast gəlinir?

A) Hiperplaziya

B) Travma, dişlərin eroziyası, pazvari qüsur

C) Minanın hipoplaziyası

D) Dişlərin flüorozu

E) Dişlərin irsi patologiyaları


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
18) Hipoplaziyanı törədən səbəblər hansıdır?

A) Naməlum səbəblər

B) Radiasiya

C) İçməli suyun tərkibindəki flüorun miqdarının az olması

D) Ekoloji faktorlar

E) Erkən uşaq yaşlarında baş verən və maddələr mübadiləsi pozuntuları ilə müşayiət olunan xəstəliklər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
19) Hipoplaziyaya xas olan şikayətlər hansıdır?

A) Minanın yeyilməsi

B) Şikayətlərin olmaması

C) Həssaslığın artması

D) Gecə ağrılarının olması

E) Dişin rənginin və formasının dəyişməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
20) Klinik əlamətlərinə görə hipoplaziyaya oxşar xəstəlik hansıdır?

A) “Tetrasiklin” dişləri

B) Patoloji sürtülmə

C) Hiperplaziya

D) Dişlərin inkişafının irsi patologiyaları

E) Karies


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
21) Dişlərin flüorozunun əmələ gəlmə səbəbi?

A) Səbəbi məlum deyil

B) İçməli suda flüorun miqdarının 1mq/l-dən çox olması

C) Flüor tərkibli preparatlardan həddən çox istifadə etmək

D) Erkən və uşaq yaşlarda orqanizmdə maddələr mübadiləsinin pozulması

E) Natamam osteogenez


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
22) Flüorozun xarakterik klinik forması hansıdır?

A) Çilli-təbaşir

B) Destruktiv

C) Şırımlı

D) Ştrixli

E) Ləkəli


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
23) Flüorozun tipik lokalizasiya zonaları hansıdır?

A) Dişlərin boynu

B) Kəsici və köpək dişlərinin vestibulyar səthi

C) Bütün dişlərin sərt toxumaları

D) Bütün dişlərin vestibulyar səthinin minası

E) Fissurlar və təbii çökəkliklər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
24) Flüoroz zamanı xarakterik şikayət hansı hesab olunur?

A) Dişlərin laxlaması

B) Dişlərin rənginin dəyişməsi

C) Minada qüsurların əmələ gəlməsi

D) Həssaslığın artması

E) Dişlərin yeyilməsi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
25) Flüorozun ləkəli forması hipoplaziyanın anoloji formasından nə ilə fərqlənir?

A) Əsasən daimi dişlər zədələnir

B) Dişlərdə çoxsaylı ləkələr əmələ gəlir

C) Dişlər hələ çıxmamışdan əmələ gəlir

D) İçməli suda flüorun miqdarı çox olan bölgələrdə baş verir

E) Kariesə xas olmayan lokalizasiyası olur


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
26) Pazvari qüsurun əmələ gəlməsinin ehtimal olunan səbəbi hansıdır?

A) Çoxlu miqdarda sitruslar və onların şirələrinin qəbul edilməsi

B) Qalxanvari vəzin disfunksiyası

C) Parodont xəstəlikləri zamanı diş köklərinin açılması

D) Diş əti kənarının degenerasiyası nəticəsində diş toxumalarının trofikasının pozulması

E) Mexaniki təsirlər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
27) Sadalanan simptomlardan hansı dişlərin patoloji sürtülməsi üçün xarakterik deyil?

A) Hiperesteziya

B) Estetik çatışmazlıq

C) Gicgah - çənə oynağında ağrılar

D) Öz-özünə baş verən gecə ağrıları

E) Dişlərin hündürlüyünün azalması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
28) Dişlərin kariesi zamanı aşağıdakı faktorlardan hansı aqressiv xarakter daşıyır?

A) Dişin zülal strukturunun zədələnməsinə səbəb olan karbohidrat mübadiləsinin pozulması

B) Kifayət qədər qidalanmamaq

C) Orqanizmdə gedən mübadilə pozuntusu

D) Zülal mübadiləsinin pozulması (dişin sərt toxumalarının zülal matrisasının zədələnməsi)

E) Ağız boşluğunun mikroorqanizmləri, diş ərpi və karbohidratlar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
29) Hidroksiapatitin kimyəvi formulu necədir?

A) Ca10(PO4)6(OH)2

B) Ca10(PO4)8(OH)2

C) CaHPOH4

D) Ca2(PO2)2(OH)2

E) Ca4(PO4)4(OH)2


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
30) Dişin sərt toxumalarında kalsium-fosfor nisbəti necədir?

A) 2,1


B) 1,67

C) 1,3


D) 1,5

E) 2,0
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


31) Minanın keçiriciliyi nə zaman artır?

A) Flüorozda

B) Patoloji sürtülmədə

C) Pazvari qüsurda

D) Hipoplaziyada

E) Ağ ləkə mərhələsində


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
32) Ağız suyunda pH aşağı düşdükdə hidroksiapatitin həll olması necə olur?

A) Əvvəl azalır, sonradan artır

B) Artır

C) Azalır

D) Əvvəl artır, sonradan azalır

E) Dəyişmir


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
33) Kariesin ləkə mərhələsinin diaqnostikası üçün hansı metod daha məqbul hesab olunur?

A) Rentgenoqrafiya və EOD

B) Vital rəngləmə və EOD

C) Termodiaqnostika və lüminessent stomatoskopiya

D) Lüminessent stomatoskopiya və vital rəngləmə

E) Rentgenoqrafiya və termodiaqnostika


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
34) Vital rəngləmə metodu ilə hansı xəstəlik zamanı minanın demineralizasiyası aşkarlanır?

A) Pazvari qüsur

B) Minanın erroziyası

C) Kariesin ağ ləkə mərhələsi

D) Kariesin piqmentli ləkə mərhələsi

E) Hipoplaziya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
35) Kariesin diaqnostikası məqsədi ilə vital rəngləmə zamanı nədən istifadə edilir?

A) Eritrozindən

B) Pisarev - Şiller məhlulundan

C) Fuksindən

D) Metilen abısından

E) Kalium - yoddan


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
36) Kariesin ləkə mərhələsində minanın mikrobərkliyi necə dəyişir?

A) Artır


B) Azalır

C) Dəyişmir

D) Əvvəl artır, sonradan azalır

E) Əvvəl azalır, sonradan artır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
37) Кariesin ləkə mərhələsində zədə nahiyəsində kalsiumun miqdarı necə dəyişir?

A) Əvvəl аrtır, sоnrа аzаlır

B) Əvvəl аzalır, sоnrа аrtır

C) Dəyişmir

D) Azalır

E) Artır
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


38) Kariesin ağ ləkə mərhələsində zədə nahiyəsində fosforun miqdarı necə dəyişir?

A) Dəyişmir

B) Əvvəl аrtır, sоnrа аzаlır

C) Azalır

D) Artır

E) Əvvəl аzаlır, sоnrа аrtır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
39) Kariesin ağ ləkə mərhələsində zədə nahiyəsində flüorun miqdarı necə dəyişir?

A) Əvvəl аzаlır, sоnrа аrtır

B) Azalır

C) Əvvəl аrtır, sоnrа аzаlır

D) Dəyişmir

E) Artır
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


40) Kariesin ağ ləkə mərhələsində zədə nahiyəsində proteinin miqdarı necə dəyişir?

A) Dəyişmir

B) Əvvəl azalır, sonradan artır

C) Artır


D) Əvvəl artır, sonradan azalır

E) Azalır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
41) Kariesin bütün növləri üçün hansı ağrılar xarakterikdir?

A) Səbəbsiz baş verən uzun müddətli ağrılar

B) Gecələr baş verən uzunmüddətli ağrılar

C) Qıcıqlandırıcının təsirindən baş verən ağrılar

D) Səbəbsiz baş verən qısamüddətli ağrılar

E) Qıcıqlanma aradan qaldırıldıqdan sonra da davam edən ağrılar


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
42) Ortofosfor turşusu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Artırır

B) Azaldır

C) Əvvəl azaldır, sonradan artırır

D) Dəyişmir

E) Əvvəl artırır, sonradan azaldır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
43) Natrium-flüorid minanın keçiriciliyinə necə təsir göstərir?

A) Əvvəl azaldır, sonra artırır

B) Artırır

C) Azaldır

D) Əvvəl artırır, sonra azaldır

E) Dəyişmir


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
44) Fizioloji məhlul minanın keçiriciliyinə necə təsir göstərir?

A) Əvvəl artırır, sonradan azaldır

B) Əvvəl azaldır, sonradan artırır

C) Azaldır

D) Dəyişmir

E) Artırır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
45) Süd turşusu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Azaldır

B) Dəyişmir

C) Əvvəl azaldır, sonradan artırır

D) Əvvəl artırır, sonradan azaldır

E) Artırır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
46) Kalsium-qlükonat məhlulu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Əvvəl artırır, sonradan azaldır

B) Azaldır

C) Dəyişmir

D) Artırır

E) Əvvəl azaldır, sonradan artırır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
47) Remineralizasiya prossesi minada nəyi təmin edir?

A) Şəffaflığı

B) Mikrobərkliyi

C) Həll olmanı

D) Keçiriciliyi

E) Rəngi
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


48) “Remodent” məhlulu minanın keçiriciliyinə necə təsir göstərir?

A) Əvvəl azaldır, sonradan artırır

B) Dəyişmir

C) Artırır

D) Azaldır

E) Əvvəl artırır, sonradan azaldır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
49) Remineralizasiyaedici müalicədə demineralizasiya ocağına hansı maddələr daxil olur?

A) Üzvi birləşmələr

B) Qələvilər

C) Turşular

D) Minerallar

E) Duzlar


Ədəbiyyat: БоровскийE.B.,Терапевтическая стоматология, 2004
50) Səthi kariesdə boşluq hansı toxumaları əhatə edir?

A) Mina, dentin və predentini

B) Minanı

C) Mina və dentini

D) Sement, dentin və predentini

E) Sement və dentini


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
51) Orta kariesdə boşluq hansı həddə yerləşir?

A) Sement və dentin

B) Mina

C) Sement, dentin və predentin



D) Mina və dentin

E) Mina, dentin və predentin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
52) Dərin kariesdə boşluq hansı həddə yerləşir?

A) Mina və dentin

B) Sement, dentin və predentin

C) Mina, dentin və predentin

D) Sement və dentin

E) Mina
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


53) Hansı xəstəliyin profilaktikasında hermetiklər istifadə edilir?

A) Flüorozun

B) Pazvari qüsurun

C) Hipoplaziyanın

D) Kariesin

E) Patoloji sürtünmənin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
54) Frontal dişlərin restavrasiyası üçün nə istifadə edilir?

A) Fosfat-sement

B) Dentin-pasta

C) Plastmas

D) Amalqama

E) Mikrohissəcikli kompozitlər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
55) Kompozision materiallarla plomblamadan əvvəl diş minası hansı turşu ilə aşılanır?

A) Flüorid

B) Ortofosfat

C) Xlorid

D) Sulfat

E) Nitrat


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
56) Estetik restavrasiya zamanı plombun rəngi hansı şəraitdə seçilir?

A) Təbii işıqda, diş səthinin yaş vəziyyətində

B) Süni işıqda, diş səthi turşu ilə aşılandıqdan sonra

C) Qaranlıqda, diş səthinin yaş vəziyyətində

D) Təbii işıqda, diş səthinin quru vəziyyətində

E) Qaranlıqda, diş səthi qurudulmuş halda


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
57) Plomblamanın sendviç texnikası üçün hansı materialların qarşılıqlı tandemindən istifadə olunur?

A) Fosfat-sement və amalqam

B) Apeksit və fosfat - sement

C) Apeksit və dentin - pasta

D) Fosfat - sement və kompozit

E) Şüşə-ionomer sement və kompozit


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
58) Blekə görə II sinif karioz boşluqların plomblanması zamanı dişlər arasında hansı tipli təmas yaradılır?

A) Nöqtə şəkilli təmas

B) Səth şəkilli təmas

C) Dairə şəkilli təmas

D) Pilləvari təmas

E) Xətvari təmas


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
59) Sadalanan faktorlardan hansı karioz prosesə qarşı orqanizmin rezistentliyini aşağı salır?

A) Diş çöküntüləri

B) İçməli suyun tərkibində flüorun normadan artıq olması

C) İçməli suyun tərkibindəki flüorun kifayət qədər olmaması

D) Qidanın tərkibindəki karbohidratlar

E) Orqanizmdə mübadilə proseslərinin tənziminin pozulması ilə müşayiət olunan xəstəliklər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
60) Sadalanan faktorlardan hansılar kariesə qarşı rezistentliyi təmin edir və eyni zamanda aqressiv xarakter daşıyır?

A) Ağız boşluğunun mikroorqanizmləri

B) Stress

C) İçməli suyun tərkibindəki flüorun miqdarı

D) Diş ərpi

E) Neyroreflektor, hormonal və humoral tənzimlənmənin pozulması ilə müşayiət olunan ümumi xəstəliklər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

Pulpitlər

61) Xroniki qanqrenoz pulpit sadalananlardan hansı ilə diferensiasiya edilmir?

A) Xroniki fibroz pulpitlə

B) Xroniki qranulyasiyalaşan periodontitlə

C) Minanın erroziyası ilə

D) Xroniki qranulomatoz periodontitlə

E) Xroniki fibroz periodontitlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
62) Xroniki qanqrenoz pulpit zamanı pulpanın elektrikdən qıcıqlanma əmsalı hansı həddə olur?

A) 150-200 mkA

B) 2-6 mkA

C) 50-80 mkA

D) 20-40 mkA

E) 1-2 mkA


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
63) 27-ci dişi pulpit diaqnozu ilə müalicə edərkən mərgümüş pastası dişdə neçə saat saxlanılmalıdır?

A) 24 saat

B) 48 saat

C) 36 saat

D) 3 saat

E) 72 saat


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
64) Kəskin ümumi pulpit zamanı pulpanın elektrikdən qıcıqlanma əmsalı hansı həddə olur?

A) 20-40 mkA

B) 60 mkA

C) 150-200 mkA

D) 2-6 mkA

E) 100-150 mkA


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
65) 16, 26, 36 və 46 dişlərdə adətən neçə kök kanalı olur?

A) İki


B) Dörd

C) Üç


D) Beş

E) Bir
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


66) Kök kanalından pulpa nə ilə xaric edilir?

A) Zondla

B) Pulpoekstraktorla

C) Kanaldoldurucu ilə

D) Raşpillə

E) Hedstrem ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
67) Kök kanallarının kimyəvi işlənməsi zamanı natrium hipoxloridin neçə faizli məhlulundan istifadə olunur?

A) 2,5-3%

B) 5-10%

C) 0,5-1%

D) 5-6%

E) 10-12%


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
68) Xroniki fibroz pulpitin diferensial diaqnostikası sadalananlardan hansı ilə aparılmır?

A) Dərin karieslə

B) Pazvari qüsurla

C) Xroniki fibroz periodontitlə

D) Xroniki qanqrenoz pulpitlə

E) Kəskin ocaqlı pulpitlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
69) 24-cü dişdə adətən neçə kök kanalı olur?

A) Dörd


B) Bir

C) İki


D) Beş

E) Üç
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


70) Vital ekstirpasiya dedikdə nə nəzərdə tutulur?

A) Pulpanın anesteziya altında qismən çıxarılması

B) Pulpanın anesteziyasız çıxarılması

C) Pulpanın anesteziya altında çıxarılması

D) Pulpanın devitalizasiya edilərək qismən çıxarılması

E) Pulpanın devitalizasiya edilərək çıxarılması


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
71) Xroniki fibroz pulpitdə rentgenoloji olaraq nə aşkarlanır?

A) Dişarası çəpərin vertikal destruksiyası

B) Dişarası çəpərin horizontal destruksiyası

C) Hipersementoz

D) Karioz boşluq

E) Apikal qranuloma


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
72) Aşağıdakı törədicilərdən hansı pulpitin əmələ gəlməsinə səbəb olur?

A) Spiroxetlər

B) İbtidailər

C) Laktobasillər

D) Streptokoklar

E) Fuzobakteriyalar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
73) 26-cı dişdə adətən neçə kök olur?

A) Dörd


B) Üç

C) Bir


D) İki

E) Beş
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004

  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə