Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Aşağı çənə üçün Herbstin IV sınağı hansıdır?



Yüklə 1,85 Mb.
səhifə14/16
tarix25.11.2016
ölçüsü1,85 Mb.
#139
1   ...   8   9   10   11   12   13   14   15   16

861) Aşağı çənə üçün Herbstin IV sınağı hansıdır?
A) Dili önə hərəkət etdirərək burnun ucuna çatdırmaq

B) Dodaqları önə uzatmaq

C) Ağızın geniş açılması

D) Dili dodaqların qırmızı haşiyəsi ilə hərəkət etdirmək

E) Udqunma
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
862) Aşağı çənə üçün Herbstin V sınağı hansıdır?
A) Dodaqları önə uzatmaq

B) Udqunma

C) Dilin ucunu buruna çatdırmaq

D) Dili sağa hərəkət etdirmək

E) Dili sola hərəkət etdirmək
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
863) Herbst sınaqlarının aparılması hansı tip atrofiyalarda daha əlverişlidir?
A) III tip

B) V tip


C) IV tip

D) I tip


E) II tip
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
864) Dişlərin termodinamikası hansı məqsədlə aparılır?
A) Diş pulpasının termiki qıcıqlandırıcılara qarşı cavab reaksiyasını təyin etmək

B) Dişlərin yalnız soyuq qıcıqlandırıcılara qarşı həssaslığını öyrənmək

C) Dişləri metal qapaq altına yonduqdan sonra həssaslığını öyrənmək

D) Dişlərin yalnız isti qıcıqlandırıcılara qarşı həssaslığını öyrənmək

E) Ağız boşluğu selikli qişasının qıcıqlandırıcıya qarşı reaksiyasını təyin etmək
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
865) Ağız boşluğunda qalvanometriya hansı məqsədlə aparılır?
A) Çeynəmə əzələlərinin funksional aktivliyini təyin etmək

B) Ağız suyunda turşuluğu təyin etmək

C) Limfodinamika və hemodinamikanı öyrənmək

D) Ağız boşluğunda müxtəlif metallardan hazırlanmış konstruksiyalar aşkar edildikdə qalvanik cərəyanın səviyyəsini təyin etmək

E) Ağız boşluğu selikli qişa xəstəliklərinin etiologiyasını öyrənmək
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
866) Mastikosioqrafiya hansı məqsədlə aparılır?
A) Aşağı çənənin çeynəmə hərəkətlərini qrafik qeydə almaq

B) Üz – çənə sistemi əzələlərinin fəaliyyətini qeyd etmək

C) Çıxmayan protezlərin effektivliyini təyin etmək

D) Üz - çənə sisteminin mimiki əzələlərinin aktivlik fəaliyyətini qeyd etmək

E) Çıxan protezlərin effektivliyini təyin etmək
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
867) Gicgah-çənə oynağının xəstəlikləri zamanı nəyi öyrənmək məqsədlə reoqrafiya aparılır?
A) Gicgah - çənə oynağının elementlərinin həcmini

B) Aşağı çənənin oynaq başının hərəkətlərini

C) Limfodinamikanı

D) Gicgah – çənə oynağı əzələlərinin hərəkətliliyini

E) Hemodinamikanı
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
868) Diaqnostik modellər hansı məqsədlə alınır?
A) Çənənin bəd xassəli şişlərinin rezeksiyası zamanı operativ müdaxiləni planlaşdırma

B) Diş qövslərinin daralmasını öyrənmək

C) Xəstənin dişləm növünü təyin etmək

D) Diaqnozu dəqiqləşdirmək, anomaliyalar və deformasiyalar zamanı aparılan ortodontik və ortopedik müalicənin nəticələrini öyrənmək

E) Bügel protezlərinin hazırlanmasında klammerləri səmərəli yerləşdirmə
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
869) Dişlərin I dərəcəli laxlaması nəticəsində hansılar müşahidə olunur?
A) Dişin yalnız vertikal istiqamətdə alveol yuvasına basılması

B) Dişin üfüqi müstəvidə vestibulo-oral istiqamətdə laxlaması

C) Dişin vestibulo-oral və medio-distal istiqamətdə laxlaması

D) Dişin yalnız medio-distal istiqamətdə laxlaması

E) Dişin vertikal istiqamətdə alveol yuvasına basılması və bütün istiqamətlərdə laxlaması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 241
870) Dişlərin II dərəcəli laxlaması nəticəsində hansılar müşahidə olunur?
A) Dişin yalnız medio - distal istiqamətdə laxlaması

B) Dişin yalnız vertikal istiqamətdə alveol yuvasına basılması

C) Dişin yalnız vestibulo - oral istiqamətdə laxlaması

D) Dişin öz oxu ətrafında fırlanması

E) Dişin vestibulo - oral və medial - distal istiqamətdə laxlaması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
871) Dişlərin III dərəcəli laxlamasınınəlamətlərinə hansılar aiddir?
A) Dişin yalnız şaquli istiqamətdə laxlaması

B) Dişin yalnız vestibulo-oral istiqamətdə laxlaması

C) Dişin yalnız bir medio-distal istiqamətdə laxlaması

D) Dişin vertikal istiqamətdə yuvasına basılması və bütün istiqamətlərdə laxlaması

E) Dişin medio-distal və vestibulo-oral istiqamətdə laxlaması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 64
872) Veberə görə en kəsiyinin sahəsi 1sm² olan əzələ neçə kq yükü qaldıra biləcək gücə malikdir?
A) 3 kq

B) 7 kq


C) 5 kq

D) 10 kq


E) 8 kq
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
873) Ağız boşluğunun protezləməyə xüsusi ortopedik hazırlanmasında həyata keçirilən əsas tədbirlər hansılardır?
A) Parodontitli dişlər müşahidə edildikdə, onların şinalanması

B) Yalnız uzanmış dişlərin depulpasiya edilməsi, yonulması və üzərinə qapağın taxılması

C) İnfra və supraokklüziya vəziyyətində olan və konvergensiya olunmuş dişlərin depulpasiya edilməsi, qapaq altına hazırlanması və qapağın taxılması

D) Əyilmiş dişlər olduqda çıxan körpüvari protezlərin düzəldilməsi

E) Dişlərin okklüziya səthinin düzəldilməsi, infra və supraokklüziya vəziyyətində olan, konvergensiya olunmuş dişlərin korreksiya edilməsi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
874) Karpenkov aparatından hansı məqsədlə istifadə olunur?
A) Çeynəmə dişləri nahiyyəsinə çıxan potezlər hazırlamaq

B) Körpüvari potezlər hazırlamaq

C) Ön dişləri protezləmək

D) Dişləmi qaldırmaq

E) Uzanmış dişləri öz yuvasına oturtmaq
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
875) Xüsusi cərrahi tədbirlərə hansılar aiddir?
A) Protezləmə məqsədilə selikli qişa xəstəliklərin müalicəsi, pulpit və periodontitli dişlərin müalicəsi

B) Ekzostozların, protez yatağındakı çapıqların götürülməsi, ağız dəhlizinin dərinləşdirilməsi, xüsusi hallarda dişlərin çəkilməsi, alveol çıxıntısının plastikası

C) Ekzostozların və çapıqların götürülməsi, diş köklərinin çəkilməsi, pulpitlərin müalicəsi

D) Ağız dəhlizinin dərinləşdirilməsi, parodont xəstəlikləri zamanı dişlərin seçmə cilalanması, ekzostozların xaric edilməsi

E) Torusun götürülməsi, parodontitli dişlərin şinalanması, periodontitli dişlərin çəkilməsi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
876) Ağız boşluğu dəhlizinin dərinləşdirilməsi və alveolyar çıxıntının rezeksiyası hansı məqsədlə aparılır?
A) Ölçü götürmək məqsədilə

B) Çeynəmə funksiyasını tənzimləmək məqsədilə

C) Estetik nəticə əldə etmək məqsədilə

D) Nitqin korreksiyası məqsədilə

E) Səmərəli ortopedik stomatoloji yardımın göstərilməsi məqsədilə
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
877) Damaq torusu həddindən artıq izolə edilərsə nə baş verər?
A) Damaq nahiyyəsində selikli qişa avazıyar və həmin nahiyyədə atrofiya baş verər

B) Tappeyner leykoplakiyası əmələ gələr

C) Varikoz leykoplakiya əmələ gələr

D) Selikli qişanın hiperemiyası və papillomatozu əmələ gələr

E) Damaq nahiyyəsində selikli qişa avazıyar və burada papillomatoz baş verər
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
878) Damaq torusu izolə edilmədikdə daha çox hansı fəsad baş verər?
A) Torus nahiyəsinin travması və protezin düzgün oturmaması

B) Ağız dibi nahiyyəsində xroniki travma və protezin yerindən oynaması

C) Aşağı çənədə potezin yerindən çıxması, protezdə çatların əmələ gəlməsi

D) Torus nahiyyəsində xoranın əmələ gəlməsi, orta xətt boyunca bazisin çatlaması

E) Yuxarı çənədə protezin yerindən çıxması və protezdə çatların əmələ gəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
879) Hansı hallarda paslanmayan poladdan istifadə edilir?
A) Metal - keramika protezləri hazırlamaq üçün

B) Süni qapaq, ştift və klammerlər hazırlamaq üçün

C) Tökmə protezlər hazırlamaq üçün

D) Bügel protezləri hazırlamaq üçün

E) Tam çıxan protezlər hazırlamaq üçün
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
880) Aşağıdakılardan hansı bazis materialları hesab olunur?
A) Körpüyəbənzər protezlər hazırlamaq üçün istifadə olunan materiallar

B) Çıxan lövhəli protezlərin bazisini hazırlamaq üçün istifadə olunan materiallar

C) Qapaqları hazırlamaq üçün istifadə olunan materiallar

D) Ştiftləri hazırlamaq üçün istifadə olunan materiallar

E) Taxmaları hazırlamaq üçün istifadə olunan materiallar
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
881) Hansı material məsaməlidir və ağız boşluğunda rəngini tədricən dəyişir?
A) Plastik kütlə

B) Metal xəlitələr

C) 750 əyarlı qızıl

D) 900 əyarlı qızıl

E) Keramika kütləsi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
882) Alginat ölçü materialı hansı mayedə qarışdırılır?
A) 3% - li kalium xlorid məhlulunda

B) Materiala əlavə olunan kristallizatorda

C) Suda

D) 1 % - li hidrogen - peroksid



E) 3% - li xörək duzu məhlulunda
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008

Taxmalar və ştifli dişlər

883) Çini materiallar hansı hallarda istifadə edilir?
A) Hissəvi çıxan bügel protezlərin karkasını hazırlamaq üçün

B) Çıxan protezlərin bazisini hazırlamaq üçün

C) Protezlərin təmirində

D) Qapaq və körpüyəbənzər protezlər hazırladıqda

E) Ştiftin kök kanalına fiksə edilməsində
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
884) Diş tacı defektlərində yerləşməsinə görə mikroprotezlər (taxmalar) neçə qrupa bölünür?
A) 3

B) 2


C) 4

D) 6


E) 5
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
885) I qrupa mənsub olan mikroprotezlər (taxmalar) necə adlanır və yerləşdirilir?
A) Pinlay – ştift vasitəsilə ya tac boşluğunda, ya da kök kanalında bərkidilən və üç qrupdan birinə mənsub olan mikroprotez

B) Çinidən hazırlanan mikroprotez (taxma)

C) İnlay – diş tacı qüsuruna daxil edilən mikroprotez (diş tacında olan boşluğa daxil edilir) protez dişin yalnız sərt toxumalarının daxilində yerləşir

D) Onlay – diş tacının okklüziya edilmiş səthini örtərək, eyni zamanda diş tacında olan boşluğa yeridilən mikroprotez

E) Overlay – xaricdən diş tacının xeyli hissəsini örtərək, boşluğa daxil edilən mikroprotez
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 стр 120; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
886) II qrupa mənsub olan mikroprotezlər (taxmalar) necə adlanır və tac qüsurunda necə yerləşdirilir?
A) İnlay – diş tacı qüsuruna daxil edilən mikroprotez

B) Çinidən hazırlanan mikroprotoez (taxma)

C) Onlay – diş tacının okklüziya səthini örtərək, eyni zamanda diş tacında olan boşluğa yeridilən mikroprotez

D) Overlay – xaricdən diş tacının xeyli hissəsini örtərək, tac boşluğunda yerləşdirilən mikroprotez

E) Pinlay – ştift vasitəsilə ya tac boşluğunda, ya da kök kanalında bərkidilən və üç qrupdan birinə mənsul olan mikroprotez (taxma)
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 стр 120; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
887) III qrupa mənsub olan mikroprotez (taxma) necə adlanır və tac boşluğunda necə yerləşdirilir?
A) Overlay – xaricdən diş tacının xeyli hissəsini örtərək, tac boşluğunda yerləşdirilən mikroprotez

B) Pinlay – ştift vasitəsilə ya tac boşluğunda, ya da kök kanalında bərkidilən və üç qrupdan birinə mənsub olan mikroprotez (taxma)

C) İnlay – diş tacı qüsuruna daxil edilən mikroprotez

D) Çinidən hazırlanan mikroprotez (taxma)

E) Onlay – diş tacının okklüziya edilmiş səthini örtərək, eyni zamanda diş tacında olan boşluğa yeridilən mikroprotez
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
888) IV qrupa mənsub olan mikroprotezlər (taxmalar) necə adlanır və tac boşluğunda necə yerləşdirilir?
A) Çinidən hazırlanan mikroprotez (taxma)

B) Overlay – xaricdən diş tacının xeyli hissəsini örtərək, tac boşluğunda yerləşdirilən mikroprotez

C) Onlay – diş tacının okklüziya səthini örtərək, eyni zamanda diş tacında olan boşluğa yeridilən mikroprotez

D) İnlay – diş tacı qüsuruna daxil edilən mikroprotez (diş tacında olan boşluğa daxil edilir)

E) Pinlay – ştift vasitəsilə ya tac boşluğunda, ya da kök kanalında bərkidilən və üç qrupdan birinə mənsub olan mikroprotez (taxma)
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
889) Taxmalar hansı materiallardan hazırlanır?
A) Qızıl xəlitələri, kobalt - xrom xəlitəsi, miss xəlitəsi, çini, kompozit

B) 750 əyarlı qızıl xəlitə, kobalt - xrom xəlitəsi, titan xəlitəsi, plastik kütlə, çini, kompozit material

C) Qızıl xəlitələri, kobalt - xrom xəlitəsi, titan xəlitəsi, karbodent

D) Titan xəlitəsi, kadmiy xəlitəsi, amalgam, çini, akriloksid

E) Gümüş xəlitəsi, civə xəlitəsi, qızıl xəlitəsi, çini, titan xəlitəsi, protakril
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
890) Dişin anatomik formasını bərpa edən mikroprotez necə adlanır?
A) Süni qapaq

B) Taxma


C) İlyina tərəfindən təklif edilmiş ştifli diş

D) Riçmond tərəfindən təklif edilmiş ştifli diş

E) Loqan tərəfindən təklif edilmiş ştifli diş
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
891) Aşağıdakılardan hansı mikroprotezlərə aiddir?
A) Əhmədovun qapağı

B) Süni qapaqlar

C) Riçmondun ştifli dişi

D) Taxmalar, ştifli taxmalar, yarımqapaqlar

E) Ekvator qapaqlar
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
892) Taxmalardan hansı hallarda istifadə olunur?
A) Fizioloji dişləmin bərpası üçün

B) Diş cərgəsi qüsurlarının bərpası üçün

C) Patoloji sürtünmə zamanı dişləmin qarışdırılması üçün

D) Diş tacı qüsurunun anatomik bərpası və körpüyəbənzər protezlərdə istinad nöqtəsi kimi

E) Konsol protezlərin fiksasiyası üçün
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
893) Taxmaları hansı materialdan hazırlamaq olar?
A) Sementdən və amalqamadan

B) Plastik kütlədən, çinidən, metaldan, kombinəedilmiş

C) Elastik kütlədən

D) Kompozit metariallardan

E) Yalnız amalqamadan
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
894) Diş boşluğunun taxmalar üçün hazırlanması zaman yol verilən əyrilik (fals) nə qədər ola bilər?
A) Minanın qalınlığı qədər

B) Minanın sərhəddinə qədər

C) Minanın qalınlığının 1/2- i qədər

D) Minanın qalınlığının 1/3-i qədər

E) Pulpadan 0,5-1,0 məsafədə sərt toxumaların sərhəddinə qədər
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
895) Taxma üçün hazırlanan boşluğun dibinin formalaşdırılma prinsipi nədir?
A) Pulpa kamerasının damının qabarcığının təkrarlanması

B) Pulpa kamerasının damına paralel olma

C) Pulpanın buynuzlarına nisbətdə 50 bucaq altında

D) Pulpanın buynuzlarına nisbətdə 150 bucaq altında

E) Pulpanın buynuzlarına nisbətdə 100 bucaq altında
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
896) Diş boşluğunun taxmalar üçün hazırlanmasında əyriliyin (falsın) formalaşdırılmasında məqsəd nədir?
A) Taxmanın daha yaxşı boşluğa yapışması və fiksasiyası

B) Taxmada qovuqların qarşısını alınması

C) Taxmanın çevrilmə anının müstəsnası

D) Sementin sovrulmasının qarşısının alınması

E) Taxmanın yerdəyişməsinin qarşısının alınması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
897) Hansı növ taxmaların hazırlanmasında əyriliyin (falsın) formalaşdırılması zəruridir?
A) Qara metallardan hazırlanan taxmalar

B) Yüksəkdavamlı plastik kütlədən hazırlanan taxmalar

C) Nəcib metallardan hazırlanan taxmalar

D) Metal taxmalar

E) Çinidən hazırlanan taxmalar
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
898) Sadalananlardan hansı tökmə ştiftli taxmaların istifadəsinə göstərişdir?
A) Depulpasiya olunmasından 3 il müddətin keçməsi

B) Dişin depulpasiya olunmasından 1 il müddətin keçməsi

C) Dişlərin patoloji sürtülməsi

D) Diş tacının 1 / 3 və daha çox hissəsinin olmaması

E) Dişin depulpasiya olunmasından 5 il müddətin keçməsi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
899) Tökmə ştiftli taxmanın ştiftin optimal uzunluğu nə qədər olmalıdır?
A) Diş kökünün 1/3-i qədər

B) Diş kökünün 1 /4-i qədər

C) Diş kökünün boyu qədər

D) Diş kökünün 2/3-i qədər

E) Diş kökünün 1/2 - i
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
900) Hansı dişlərdə ştiftli güdüllü taxmalardan istifadə etmək olar?
A) Üst çənənin kəsici, köpək və premolyar dişlərində

B) Bütün diş qruplarında

C) Alt çənənin kəsici, köpək və premolyar dişlərində

D) Alt çənənin birköklü dişlərində

E) Üst çənənin birköklü dişlərində
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
901) Diş tacının diş əti səviyyəsində qırılması zamanı dişin bərpası necə aparılır?
A) Ştiftli konstruksiyalarla

B) Yarımqapaqlarla

C) Taxmalarla

D) Çıxan protezlərlə

E) Ekvatorlu qapaqlarla
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
902) Diş kökünə bərkidilən protez necə adlanır?
A) Mikroprotez

B) Ştiftli diş

C) Süni diş

D) Kiçik protez– hissəvi protez

E) Kök protezi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
903) Ştiftli dişlərin hazırlanmasına hansı göstərişdir?
A) Diş tacının hissəvi qüsuru

B) Bir dişin olmaması

C) Blekə görə diş tacının 3 - cü sinif defektində

D) Blekə görə diş tacının 3 - cü sinif defektində qüsurunda

E) Diş tacının tam qüsuru
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
904) Aşagıdakılardan hansı tökmə ştiftli dişin hazırlanmasına göstərişdir?
A) Diş tacının 1/3 və daha çox hissəsinin olmaması

B) Dişin depulpasiya olunmasından 3 il müddətin keçməsi

C) Dişlərin patoloji sürtülməsi

D) Dişlərdə flüorozun olması

E) Dişin depulpasiya olunmasından 1 il müddətin keçməsi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin