Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?


) Aşağıdakılardan hansılar patoloji dişləm növlərinə aiddir?



Yüklə 1,85 Mb.
səhifə13/16
tarix25.11.2016
ölçüsü1,85 Mb.
#139
1   ...   8   9   10   11   12   13   14   15   16

818) Aşağıdakılardan hansılar patoloji dişləm növlərinə aiddir?
A) Mezial, düz, dərin, açıq və çəp

B) Açıq, opistoqnatik, dərin distal və çəp

C) Dərin, biproqnatik, mezial və distal

D) Distal, ortoqnatik, mezial, dərin və açıq

E) Distal, mezial, dərin, açıq və çəp
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
819) Artikulyasiya zamanı hansı okklüziya yeganə düzgün fizioloji vəziyyətdir?
A) Ön okklüziya

B) Arxa okklüziya

C) Yan sağ okklüziya

D) Yan sol okklüziya

E) Mərkəzi okklüziya
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
820) Spi (ing. Spee) əyriliyi hansı istiqamətdədir?
A) Transverzal

B) Horizontal

C) Dairəvi

D) Sagital

E) Vertikal
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
821) Uilson əyriliyi hansı istiqamətdədir?
A) Vertikal

B) Transverzal

C) Horizontal

D) Dairəvi

E) Sagital
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
822) Üçüncü molyar arxası sahə necə adlanır?
A) Perimolyar

B) Submolyar

C) Üçbucaq şəkilli nahiyə

D) Retromolyar

E) Intramolyar
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
823) Mərkəzi dişlər arasındakı məsafə necə adlanır?
A) Ara

B) Aralıq sahə

C) Deşik

D) Trema


E) Diastema
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
824) Mərkəzi dişlər istisna olmaqla digər dişlər arasındakı məsafə necə adlanır?
A) Ara

B) Diastema

C) Trema

D) Deşik


E) Aralıq sahə
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
825) Dişlərin mərkəzi okklüziya vəziyyətində qapanması zamanı olan hündürlüklə fizioloji sakit vəziyyətdə üzün aşağı hissəsinin hündürlük fərqi nə qədər olmalıdır?
A) 2 – 4 mm

B) 1, 0 – 2, 0 mm

C) 0, 8 – 1 mm

D) 6, 0 – 8, 0 mm

E) 5, 0 – 5, 5 mm
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
826) Aşağı çənənin şaquli istiqamətdə hərəkətləri zamanı çənə hansı istiqamətlərdə yerini dəyişir?
A) Aşağı və sol tərəfə

B) Önə, arxaya

C) Aşağı və sağ tərəfə

D) Yuxarı, yana

E) Yuxarı, aşağı
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
827) Aşağı çənənin sagital istiqamətdə hərəkətləri zamanı çənə hansı istiqamətlərdə yerini dəyişir?
A) Önə və arxaya

B) Aşağı və sol tərəfə

C) Yuxarı, yana

D) Aşağı və sağ tərəfə

E) Yuxarı və aşağı
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
828) Aşağı çənənin transversal istiqamətdə hərəkətləri zamanı çənə hansı istiqamətlərdə yerini dəyişir?
A) Sağa və sola

B) Aşağı və sağa

C) Yuxarı və sola

D) Önə və arxaya

E) Yuxarı və aşağı
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
829) Anatomik cəhətdən ağız boşluğunun selikli qişası neçə cür olur?
A) Dörd

B) Beş


C) Üç

D) Bir


E) Iki
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
830) Hərəkətli selikli qişa nə zaman ekskursiya edir?
A) Istənilən vaxt

B) Mimik əzələlərin yığılması zamanı

C) Şirin qida qəbul etdikdə

D) Duzlu qida qəbul etdikdə

E) Turş qida qəbul etdikdə
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
831) Keçid büküşü hansı nahiyəni əhatə edir?
A) Sərt damağın arxa hissəsini

B) Alveol çıxıntısının üzərindən dodaq və yanağa keçən nahiyəni

C) Sərt damağın ön hissəsini

D) Dilaltı nahiyəni

E) Udlaqətrafı nahiyəni
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
832) Keçid büküşünün üzərində hansı törəmələr yerləşir?
A) Damaq büküşü

B) Dilaltı büküş

C) Dil yüyəni

D) Yuxarı və aşağı dodaq yüyənləri, yuxarı və aşağı yanaq büküşləri

E) Torus yüyəni
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
833) Sadalananlardan hansı ortopedik stomatologiyada istifadə edilən funksional müayinə üsullarına aiddir?
A) Helmanın çeynəmə sınağı, kardioqrafiya, mioqrafiya

B) Aqapov üsulu, qnatodinamometriya, fotometriya

C) Mastikosioqrafiya, elektromioqrafiya, Helmanın və Rubinovun çeynəmə sınaqları

D) Rubinovun çeynəmə sınağı, elektromioqrafiya, kardioqrafiya

E) Elektroqrafiya, kardioqrafiya, mioqrafiya
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
834) 50 saniyə çeynədikdən sonra 5 q badam ləpəsinin xırdalanma dərəcəsi hansı çeynəmə sınağı vasitəsilə təyin edilir?
A) S. İ. Rubinov

B) V. Y. Kurlyandski

C) N. İ. Aqapov

D) İ. M. Oksman

E) S. Y. Helman
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 стр 51; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
835) Rubinovun çeynəmə sınağı ilə aşağıdakılardan hansı təyin olunur?
A) 5 q badamın 50 san çeynədikdən sonra xırdalanma dərəcəsi

B) 50 çeynəmə hərəkətinə ayrılan vaxt

C) Qidanı çeynəmə vaxtı

D) Udma refleksinin əmələ gəlməsinə qədər (təxminən 14 san) 0,8 qr qozu çeynəmə (xırdalanma dərəcəsi)

E) 5 q fındığın 50 çeynəmə hərəkətlərindən sonra çeynəmə dərəcəsi
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003стр 51; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
836) Suppliyə görə I qrup protez yatağı selikli qişası haqqında aşağıdakılardan hansı doğrudur?
A) Hər iki çənədə selikli qişa kövşək və yumşaqdır, alveol çıxıntısını və sərt damağı örtmüş olur

B) Selikli qişa “sallanan” və hərəkətlidir, alveol çıxıntısını örtür, toxunduqda asanlıqla yerini dəyişir

C) Selikli qişa atrofiyalaşmış və nazikdir, alveol çıxıntısını və sərt damağın üzərini nazik təbəqə ilə örtür

D) Hər iki çənədəki selikli qişa normal və bərkdir, azacıq hərəkətlidir, alveol çıxıntılarını və damağı örtmüş olur

E) Selikli qişa hər iki çənədə nazikdir, hərəkətsizdir, alveolyar çıxıntılarını və sərt damağı örtür
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 стр 379; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
837) Suppliyə görə II qrup protez yatağının selikli qişası haqqında aşağıdakılardan hansı doğrudur?
A) Hər iki çənədə selikli qişa kövşək və yumşaqdır, alveol çıxıntısını və sərt damağı örtmüş olur

B) Selikli qişa “ sallanan” və hərəkətlidir, alveol çıxıntısını örtür, toxunduqda asanlıqla yerini dəyişir

C) Hər iki çənədəki selikli qişa normal və bərkdir, azacıq hərəkətlidir, alveol çıxıntısını və damağı örtmüş olur

D) Selikli qişa atrofiyalaşmış və nazikdir. Alveol çıxıntısını və sərt damağın üzərini nazik təbəqə ilə örtür

E) Selikli qişa hər iki çənədə nazikdir, hərəkətsizdir, alveol çıxıntısını və sərt damağı örtür
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; стр 379 Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
838) Suppliyə görə III qrup protez yatağı selikli qişası haqqında aşağıdakılardan hansı doğrudur?
A) Selikli qişa hər iki çənədə nazikdir, hərəkətsizdir, toxunduqda asanlıqla yerini dəyişir

B) Selikli qişa “ sallanan” və hərəkətlidir, alveol çıxıntısını örtür, toxunduqda asanlıqla yerini dəyişir

C) Selikli qişa atrofiyalaşmış və nazikdir, alveol çıxıntısını və sərt damağın üzərini nazik təbəqə ilə örtür

D) Hər iki çənədə selikli qişa kövşək və yumşaqdır, alveol çıxıntısını və sərt damağı örtmüş olur

E) Hər iki çənədəki selikli qişa normal və bərkdir, azacıq hərəkətlidir, alveol çıxıntılarını və damağı örtmüş olur
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
839) Suppliyə görə IV qrup protez yatağının selikli qişası haqqında aşağıdakılardan hansı doğrudur?
A) Hər iki çənədəki selikli qişa normal və bərkdir, azacıq hərəkətlidir, alveol çıxıntısını və damağı örtmüş olur

B) Selikli qişa atrofiyalaşmış və nazikdir, alveol çıxıntılarını və sərt damağı üzərini nazik təbəqə ilə örtür

C) Selikli qişa hər iki çənədə nazikdir, hərəkəsizdir, alveolyar çıxıntılarını və sərt damağı örtür

D) Selikli qişa “ sallanan” və hərəkətlidir, alveol çıxıntısını örtür, toxuduqdada asanlıqla yerini dəyişir

E) Hər iki çənədə selikli qişa kövşək və yumşaqdır, alveol çıxıntısını və sərt damağı örtmüş olur
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
840) Lyund təsnifatına görə sərt damaqda birinci zona üçün aşağıdakılardan hansı səciyyəvidir?
A) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətldir. Bu zona köndələn büküşlər nahiyyəsində yerləşir

B) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, burada çoxlu vəzilər yerləşir, olduqca hərəkətlidir

C) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir və burada selikaltı təbəqə vardır, selik vəzilərilə zəngindir, piy vəziləri var, çox hərəkətlidir və vəzili zona adlanır

D) Selikaltı təbəqə yoxdur. Bu sahə periferik fibroz zona adlanır və alveol çıxıntısını əhatə edir

E) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlilik yox dərəcəsindədir. Sagital tikiş nahiyyəsi boyunca yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; - 379 Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
841) Lyudun təsnifatına görə sərt damaqda ikinci zona üçün hansı səciyyəvidir?
A) Selikaltı təbəqə burada yoxdur, periferik fibroz zona adlanır və alveol çıxıntısını əhatə edir

B) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn büküşlər nahiyyəsində yerləşir

C) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, vəzilərlə zəngindir, olduqca hərəkətlidir

D) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir, burada selikaltı təbəqə vardır, selik vəziləri ilə zəngindir, piy vəzilərinə də rast gəlinir. Zona çox hərəkətlidir və vəzili zona adlanır

E) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlilik yox dərəcəsindədir, bu zona orta fibroz zona adlanır və sagital tikiş nahiyyəsi boyunca yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; - 379 Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
842) Lyundun təsnifatına görə sərt damaqda üçüncü zona üçün hansı səciyyəvidir?
A) Selik altı təbəqə burada yoxdur. Periferik fibroz zona adlanır və alveol çıxıntısını əhatə edir

B) Selikli qişa nazikdir, selikaltı təbəqə və hərəkətlillik yox dərəcəsindədir. Bu zona sagital tikiş nahiyyəsində yerləşir

C) Selikli qişa çox qalındır, sagital tikiş nahiyyəsində yerləşir, çox vəzili və hərəkətli zonadır

D) Sərt damağın üçdə bir hissəsində, arxa tərəfdə yerləşir, çox hərəkətlidir, vəzilərlə zəngindir

E) Selikli qişa orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn büküşlər nahiyyəsində yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; 379. Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
843) Lyundun təsnifatına görə sərt damaqda dördüncü zona üçün hansı səciyyəvidir?
A) Selikaltı orta dərəcədə kövşək və nisbətən hərəkətlidir. Bu zona köndələn büküşlər nahiyyəsində yerləşir

B) Sərt damağın arxa üçdə bir hissəsində yerləşir, burada selikaltı təbəqə vardır, zona vəzilərlə zəngindir, çox hərəkətlidir və vəzili zona adlanır

C) Selikli qişa çox qalındır və sagital tikiş nahiyyəsi boyunca yerləşir, burada çoxlu vəzilər olur, zona olduqca hərəkətlidir

D) Selikaltı təbəqə yoxdur. Bu sahə periferik fibroz zona adlanır və alveol çıxıntısını əhatə edir

E) Selikli qişa nazikdir, selikaltı təbəqə çoxdur, hərəkətlilik dərəcəsi yox səviyyəsindədir. Bu zona sagital tikiş nahiyyəsi boyunca yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; c 379Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
844) Şrederin təsnifatına görə dişsiz yuxarı çənənin birinci tipinə aşağıdakılardan hansı aiddir?
A) Alveol çıxıntısı və qabarları pis ifadə olunub, damaq tağı yastıdır, keçid pərdəsi aşağıda yerləşir

B) Alveol çıxıntısı orta dərəcədə atrofiyalaşmışdır, alveol qabarları zəif ifadə olunur, damaq tağı və ağız dəhlizi orta dərinlikdədir

C) Alveol çıxıntısı və qabarları atrofiyaya uğramır, yalnız damaq tağı yumrulaşır və keçid orta səviyyədə olur

D) Alveol çıxıntısı və qabarları xeyli atrofiyalaşmış olur, damaq tağı yastıdır, keçid büküşü sərt damaqda eyni müstəvidə yerləşir

E) Alveol çıxıntısı və qabarları yaxşı ifadə olunub, damaq tağı dərindir, keçid pərdəsi hündürdə yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; - 379 Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
845) Kellerə görə dişsiz aşağı çənələrin I tipinə aşağıdakılardan hansı aiddir?
A) Alveol çıxıntıları yan tərəflərdə atrofiyaya uğrayır. Ön tərəfdə isə nisbətən saxlanılmış olur

B) Alveol çıxıntıları bərabər surətdə, nəzərə çarpacaq dərəcədə atrofiyaya uğrayır. Hərəkətli selikli qişa alveol darağı səviyyəsində yerləşir

C) Alveol çıxıntıları ön tərəfdə daha çox atrofiyaya uğrayır, yan tərəfdə isə nisbətən saxlanmış olur

D) Alveol çıxıntılar bütün aşağı çənə boyunca tam atrofiyaya uğrayır

E) Alveol çıxıntıları bərabər surətdə cüzi atrofiyaya uğrayır. Hərəkətli selikli qişa alveol darağından aşağıda, dərin yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
846) Kellerə görə dişsiz aşağı çənələrin II tipinə aşağıdakılardan hansı aiddir?
A) Alveol çıxıntısının bərabər surətdə, lakin nəzərə çarpacaq dərəcədə atrofiyası müşahidə olunur. Hərəkətli selikli qişa alveol darağı səviyyəsində olur

B) Alveol çıxıntıları ön tərəfdə daha çox atrofiyaya uğrayır, yan tərəflərdə isə nisbətən saxlanmış olur

C) Alveol çıxıntıları aşağı çənənin yan tərəfində atrofiyaya uğrayır, ön tərəfdə isə nisbətən saxlanmış olur

D) Alveol çıxıntıları bütün aşağı çənə boyunca tam atrofiyaya uğrayır

E) Alveol çıxıntıları bərabər surətdə cüzi atrofiyaya uğrayır. Hərəkətli selikli qişa alveol darağından aşağıda, dərin yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
847) Kellerə görə dişsiz aşağı çənələrin III tipinə aşağıdakılardan hansı aiddir?
A) Alveol çıxıntıları yan tərəflərdə cüzi atrofiyaya uğrayır, ön tərəfdə isə nisbətən saxlanmış olur

B) Alveol çıxıntıları yan tərəflərdə nəzərə çarpacaq dərəcədə atrofiyaya uğrayır, ön tərəfdə isə nisbətən saxlanmış olur

C) Alveol çıxıntıları bərabər surətdə cüzi atrofiyaya uğrayır. Hərəkətli selikli qişa alveol darağından aşağıda, dərin yerləşir

D) Alveol çıxıntıların bərabər surətdə, lakin nəzərə çarpacaq dərəcədə atrofiyası müşahidə olunur. Hərəkətli selikli qişa alveol darağı səviyyəsində olur

E) Alveol çıxıntıları bütün aşağı çənə boyunca tam atrofiyaya uğrayır
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
848) Kellerə görə dişsiz aşağı çənələrin IV tipinə aşağıdakılardan hansı aiddir?
A) Alveolyar çıxıntılar bütün aşağı çənə boyunca tam atrofiyaya uğrayır

B) Alveolyar çıxıntılar çənənin yan tərəfində atrofiyaya uğrayır, ön tərəfdə isə nisbətən saxlanılmış olur

C) Alveolyar çıxıntılar bərabər surətdə, lakin nəzərə çarpacaq dərəcədə atrofiyaya uğrayır. Hərəkətli selikli qişa alveol darağı səviyyəsində yerləşir

D) Aşağı çənənin ön tərəfində alveol çıxıntısı daha çox atrofiyaya uğrayır, yan tərəflərdə isə nisbətən saxlanılmış olur

E) Alveolyar çıxıntılar bərabər surətdə, lakin cüzi atrofiyaya uğrayır. Hərəkətli selikli qişa alveolyar daraqdan aşağıda, dərin yerləşir
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
849) Kennedi təsnifatına görə diş cərgəsi qüsurlarının I sinfi hansıdır?
A) Ön hissədə hüdudlanan

B) Yan hissədə hüdudlanan

C) Ikitərəfli hüdudlanmayan

D) Qarışıq qüsurlar

E) Birtərəfli hüdudlanmayan
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
850) Kennedi təsnifatına görə diş cərgəsi qüsurlarının II sinfi hansıdır?
A) Ön hissədə hüdudlanan

B) Ikitərəfli hüdudlanmayan

C) Qarışıq qüsurlar

D) Yan hissədə hüdudlanan

E) Birtərəfli hüdudlanmayan
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
851) Kennedi təsnifatına görə diş cərgəsi qüsurlarının IV sinfi hansıdır?
A) Ikitərəfli hüdudlanmayan

B) Birtərəfli hüdudlanmayan

C) Ön nahiyyədə hüdudlanan dişsiz nahiyyə (sahə)

D) Yan hissədə hüdudlanan

E) Qarışıq qüsurlar
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
852) Diş sırası qüsurlarının ən əlverişli təsnifatı kim tərəfindən verilmişdir?
A) İvanov

B) Kennedi

C) Yevdokimov

D) Müller

E) Markov
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
853) Kennedi təsnifatında qruplara hansı yarımqruplar aiddir?
A) I, II və IV

B) II və IV

C) III və IV

D) I, II və III

E) II və III
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008
854) Yuxarı çənə üçün Herbstin I sınağı hansıdır?
A) Yanaqların sorulması

B) Dodaqların önə uzadılması

C) Dilin ucunun yanaqlara çatdırılması

D) Udqunma

E) Ağızın geniş açılması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
855) Yuxarı çənə üçün Herbstin II sınağı hansıdır?
A) Dilin ucunu buruna çatdırılması

B) Ağzın geniş açılması

C) Dodaqların önə uzaldılması

D) Yanaqların sorulması

E) Udqunma
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
856) Yuxarı çənə üçün Herbstin III sınağı hansıdır?
A) Ağzın geniş açılması

B) Yanaqların sorulması

C) Udqunma

D) Dilin ucunun yanaqlara çatdırılması

E) Dodaqların önə uzadılması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
857) Yuxarı çənə üçün Herbstin IV sınağı hansıdır?
A) Yanaqların sorulması

B) Dodaqlarnı önə uzadılması

C) Ağızın geniş açılması

D) Udqunma

E) Dilin ucunun buruna çatdırılması
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
858) Aşağı çənə üçün Herbstin I sınağı hansıdır?
A) Dili sağa hərəkət etdirmək

B) Dili sola hərəkət etdirmək

C) Dilin ucunun yanaqlara çatdırmaq

D) Udqunma və ağzı geniş açmaq

E) Dodaqları önə uzatmaq
Ədəbiyyat: Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
859) Aşağı çənə üçün Herbstin II sınağı hansıdır?
A) Udqunma

B) Dilin ucunu buruna çatdırmaq

C) Dodaqları önə uzatmaq

D) Ağızın geniş açılması

E) Dili dodaqların qırmızı haşiyəsi ilə hərəkət etdirmək
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189
860) Aşağı çənə üçün Herbstin III sınağı hansıdır?
A) Dodaqları önə uzatmaq

B) Udqunma

C) Ağızın geniş açılması

D) Ağız yarımaçıq vəziyyətdə dilin ucunu yanaqlara çatdırmaq

E) Dilin ucunu buruna çatdırmaq
Ədəbiyyat: Н. П. Аболмасов, Н. Н. Аболмасов, В. А. Бычков, А. Аль - Хаким. “Ортопедическая стоматология”. МЕДпресс - информ - 2003 - стр 395; Z. İ. Qarayev. Ortopedik stomatologiya, Bakı, 2008, səh 189


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin