Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?



Yüklə 1,85 Mb.
səhifə3/16
tarix25.11.2016
ölçüsü1,85 Mb.
#139
1   2   3   4   5   6   7   8   9   ...   16

139) Alveolyar diş əti nədir?

A) Keçid pərdənin selikli qişası

B) Dişi əhatə edən diş əti

C) Diş ətrafı diş əti

D) Alveolyar çıxıntını örtən diş əti

E) Diş əti məməciyi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
140) Marginal diş əti nədir?

A) Dişi əhatə edən diş əti

B) Diş əti məməciyi

C) Keçid pərdəsinin selikli qişası

D) Dişlərin arasında olan diş əti

E) Alveolyar çıxıntını örtən diş əti


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
141) Parodont nədir?

A) Diş,dişin minası, diş əti, periodont

B) Alveol sümüküstlüyü, periodont

C) Diş, periodont, alveol sümüyü

D) Diş əti,dişin minası, periodont, kökün sementi

E) Diş əti, periodont, alveol sümüyü, kökün sementi


Ədəbiyyat: Боровский Е.В Терапевтическая стоматология, 2004
142) Normada hansı nahiyənin epitelisi buynuzlaşır?

A) Keçid pərdənin

B) Yanağın selikli qişasının

C) Dodağın selikli qişasının

D) Diş əti yarığının

E) Papilyar diş ətinin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
143) İntakt parodontda diş əti şırımı necə müəyyən olunur?

A) Rentgenoloji

B) İmmunoloji

C) Klinik

D) Mikrobioloji

E) Histoloji


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
144) İntakt parodont toxumasında parodontal yarıqda nə olur?

A) Qranulyasion toxuma

B) İrinli ekssudat

C) Seroz ekssudat

D) Mikrob assosiasiyası

E) Diş əti mayesi


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
145) Gingivit hansı tip xəstəlik hesab olunur?

A) Atrofik

B) Şişəbənzər

C) İltihabi-distrofik

D) İltihabi

E) Distrofik


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
146) PMA indeks nəyin ağırlıq dərəcəsini göstərir?

A) Kariesin

B) Parodontitin

C) Flüorozun

D) Parodontozun

E) Gingivitin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
147) Yüngül dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?

A) Alveolyar

B) Papilyar

C) Marginal və alveolyar

D) Papilyar və marginal

E) Alveolyar, marginal və papilyar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
148) Orta dərəcəli kataral gingivitdə diş ətinin hansı hissəsi iltihablaşır?

1. Papilyar

2. Marginal

3. Alveolyar
A) 2 , 3

B) 1, 2


C) Yalnız 3

D) Yalnız 1

E) Yalnız 2
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
149) Kataral gingivitin ağırlıq dərəcəsi hansı indeks vasitəsi ilə təyin olunur?

A) Qrin-vermilyon

B) CPİTN

C) Parodontal

D) Gigiyenik

E) PMA
Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004


150) Diş ətinin resessiyası zamanı diş əti mayesinin miqdarı necə dəyişir?

A) Dəyişmir

B) Diş əti mayesi olmur

C) Əvvəl azalır, sonrakı mərhələlərdə artır

D) Artır

E) Azalır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
151) Kataral gingivit sadalananlardan hansı ilə diferensiasiya edilir?

A) Deskvamativ gingivitlə

B) Fibromatozla

C) Herpetik gingivostomatitlə

D) Parodontitlə

E) Parodontozla


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
152) Metronidazol preparatı etiotrop vasitə kimi nəyin müalicəsində tətbiq edilir?

A) Parodontozun

B) Deskvamativ gingivitin

C) Xoralı-nekrotik gingivitin

D) Kataral gingivitin

E) Hipertrofik gingivitin


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
153) Hipertrofik gingivitin fibroz forması nə ilə differensiasiya edilir?

A) Parodontozla

B) Kataral gingivitlə

C) Parodontitlə

D) Fibromatozla

E) Herpetik gingivostomatitlə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
154) Hipertrofik gingivitin ödemli formasında hansı müalicə aparılır?

A) Gingivoektomiya

B) Gingivotomiya

C) Ödem əlehinə

D) Loskut əməliyyatı

E) Desensibilizə edici trapiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
155) Hipertrofik gingivitin fibroz formasında aparılan cərrahi müalicə üsulu hansıdır?

A) Kriodestruksiya

B) Gingivoektomiya

C) Gingivotomiya

D) Küretaj

E) Dilim əməliyyatı


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
156) Xoralı-nekrotik gingivitin törədicisi nədir?

A) Fuzobakteriyalar və laktobasillər

B) Stafilokokklar və spiroxetlər

C) Stafilokokklar və laktobasillər

D) Streptokokklar və laktobasillər

E) Spiroxetlər və fuzobakteriyalar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
157) Dişlər təmizləndikdən nə qədər sonra «erkən» diş ərpi əmələ gəlir?

A) 4-5 saat

B) 24 saat

C) 12 saat

D) 2 saat

E) 7-8 saat


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
158) «Dayanıqlı» diş ərpi hansı müddət ərzində əmələ gəlir?

A) 2-3 sutka ərzində

B) 6-7 sutka ərzində

C) 4-5 sutka ərzində

D) 1 aydan çox müddətə

E) 7 sutkadan çox müddətdə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
159) Bu toxumalar kompleksindən hansı parodont anlayışına daxildir?

A) Diş əti və dişin dairəvi bağı

B) Diş əti, sümüküstlüyü, sement toxuması

C) Periodont, diş əti, sümüküstlüyü, diş

D) Diş əti, dişin sement toxuması

E) Diş əti, sümüküstlüyü, alveol sümüyü, periodont, diş toxumaları


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
160) Parodontun funksiyaları hansılardır?

A) Baryer, amartizə edici

B) Baryer, reflektor, plastik

C) Reflektor

D) Baryer, trofik, reflektor, plastik, amortizə edici

E) Amortizə edici


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
161) Sadalananlardan hansı parodontun baryer funksiyasının həyata keçirilməsində rol oynamır?

A) Diş ətinin innervasiyası

B) Mukopolisaxaridlərin vəziyyəti

C) Çoxqatlı yastı epitelin buynuzlaşması,diş əti cibi mayesinin funksiyası

D) Diş ətinin turqoru

E) Tüpürcəyin antibakterial funksiyası


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
162) Parodontun mikrosirkulyator sxeminin əsasını ardıcıllıqla göstərin.

1. Arteriolalar

2. Prekapillyarlar

3. Kapillyarlar

4. Postkapillyarlar

5. Venulalar

A) 1, 2 , 3, 4, 5

B) 2, 3, 4, 5, 1

C) 1, 2, 4, 3

D) 2, 3, 1, 5, 4

E) 5, 4, 3, 2, 1


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
163) Parodontun innervasiyası nə ilə təmin olunur?

A) Üçlü sinirin ikinci və üçüncü şaxəsinin diş kələfləri ilə

B) Üz siniri ilə

C) Üçlü sinirin bütün üç şaxəsi ilə

D) Üçlü sinirin birinci şaxəsi ilə

E) Üçlü sinirin ikinci şaxəsi ilə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
164) Parodont xəstəliklərinin etiologiyasında həlledici faktorlara hansı aid deyil?
A) Mikroorqanizmlərin diş ərpində toplanmış mübadilə məhsulları

B) Ağız suyunun miqdarının azalması

C) Ağız boşluğu toxumalarında metabolizmi tənzimləyən ümumi faktorlar

D) Mikroorqanizmlərin təsirini artırıb azalda bilən ağız boşluğu faktorları

E) Orqanizmin reaktivliyinin dəyişməsi, travmatik okklyüziya
Ədəbiyyat: Боровский E.В.Терапевтическая стоматология, 2004
165) Hansı dişləm anomaliyası daha çox parodont xəstəliklərinin əmələ gəlməsinə səbəb olur?

A) Distal dişləm

B) Dərin dişləm

C) Açıq dişləm

D) Çəp dişləm

E) Düz dişləm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
166) Şiller-Pisarev sınağı nə məqsədlə aparılır?

A) Diş əti cibi daxilindəki xoracıqların aşkarlanması üçün

B) Diş əti cibində irini təyin etmək üçün

C) Dişlərin gigiyenik vəziyyətini təyin etmək üçün

D) Diş ərpini aşkarlamaq üçün

E) Diş ətinin iltihabının dərəcəsini öyrənmək üçün


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
167) Kulajenko sınağı nə məqsədlə aparılır?

A) Parodontda damar divarının davamlılığını öyrənmək üçün

B) Diş ərpini aşkar etmək üçün

C) Retromolyar zonada damar divarı keçiriciliyini öyrənmək üçün

D) Dil altı nahiyədə damar divarı keçiriciliyini öyrənmək üçün

E) Keçid pərdəsində damar divarı keçiriciliyini öyrənmək üçün


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
168) Parodontologiyada istifadə olunan funksional diaqnostika metodları hansılardır?

A) Reoparodontoqrafiya, osteometriya

B) Reoparodontoqrafiya, polyaroqrafiya

C) Reoparodontoqrafiya, osteometriya, polyaroqrafiya, biomikroskopiya

D) Yalnız Reoqrafiya

E) Yalnız Polyaroqrafiya


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
169) Kataral gingivitin klinik əlamətləri hansılardır?

A) Dişlərin boynunda hiperesteziya, alveolarası çəpərin rezorbsiyası

B) Diş ərpinin olması,dərin patoloji diş əti cibləri

C) Diş əti qanaxmaları,sümüklərdə müşahidə olunan kəskin destruktiv dəyişikliklər

D) Dişlərin boynunda hiperesteziya və onların pataloji laxlaması

E) Diş əti qanaxmaları,diş əti kənarının hiperemiyası,şişkinliyi,


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
170) Hipertrofik gingivitin əsas klinik əlamətləri hansılardır?

A) Diş əti məməciklərinin böyüməsi, ödemləşməsi, hiperemiyası, basdıqda qanaması, zondlama zamanı ciblərin aşkarlanması

B) Yalançı diş əti ciblərinin olması

C) Diş əti məməciklərinin böyüməsi, bərkləşməsi, toxunduqda qanaması

D) Diş əti məməciklərinin böyüməsi, göyümtül rəngə çalması, səthinin parlaq olması və toxunduqda dərhal qanaması, basdıqda isə izlərin qalması

E) Toxunduqda qanama


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
171) Hipertrofik gingivitin fibroz formasının klinik əlamətləri hansılardır?

A) Dərin diş əti cibləri mövcud olur

B) Diş əti məməcikləri göyümtül rəngdə, şişkin olur, toxunduqda qanayır, dişlər üzərində çoxlu miqdarda diş ərpi və diş daşları təyin edilir

C) Diş əti məməcikləri böyümüş, bərkimiş, iç səthində xoracıqlar olur, zondlama zamanı yalançı diş əti cibləri aşkarlanır

D) Qanaxmalar və termiki qıcıqlardan ağrılar

E) Diş əti məməcikləri böyümüş, göyümtül rəngdə olur, toxunduqda qanayır


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
172) Kəskin-xoralı gingivitin diferensial-diaqnostikasında ən vacib əlamətlər hansılardır?

A) Diş əti kənarının yayılmış xoralaşması, məməciklərin zirvəsinin kəsilmiş görkəm alması, səthinin isə fibrinoz ərplə örtülməsi

B) Diş əti məməciklərinin ağrıları, basdıqda qanaması, çoxlu miqdarda diş əti altı və diş əti üstü çöküntülər

C) Diş əti məməciklərinin hiperemiyası, şişkinliyi, diş əti ciblərinin mövcudluğu, məməciklərin daxili səthlərində xoralaşmalar

D) Dərin diş əti ciblərinin mövcudluğu

E) Toxunduqda qanaxmalar


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
173) Yüngül dərəcəli parodontitin əsas klinik təzahürü necədir?

A) Çoxlu miqdarda diş çöküntüləri

B) Şişkinlik, diş əti məməciklərinin hiperemiyası, toxunduqda qanaxmalar, diş əti ciblərinin olmaması, dişlərin laxlamaması

C) Diş əti məməciklərinin kəskin böyüməsi, göyümtül rəngə çalması, ağrılılıq, qanaxma, diş əti ciblərinin 8 mm-ə qədər dərinliyi, sümüyün diş kökünün yarısına qədər rezorbsiyası

D) Şişkinlik, diş əti kənarının hiperemiyası, basdıqda qanama, 3-4 mm dərinlikdə diş əti cibləri, dişlərarası arakəsmələrin kompakt səthlərin rezorbsiyası

E) Diş əti məməciklərinin qanaxmaları


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
174) Yüngül dərəcəli parodontitin rentgenoqrafik müayinəsinin göstəriciləri necə olur?

A) Dişlərərası çəpərin zirvəsi və kompakt səthlərdə rezorbsiya aşkarlanır

B) Alveol çıxıntısının sümük toxumasında dəyişiklik olmur

C) Alveolda sümük toxuması köklərin üçdəbirinədək rezorbsiyaya uğrayır

D) Alveol sümüyündə osteoporz ocaqları qeydə alınır

E) Alveol çıxıntısında sümük toxuması köklərin yarısınadək rezorbsiyaya uğrayır


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
175) Yüngül dərəcəli parodontitdə patoloji diş əti cibi olurmu?

A) Xeyr


B) Olur, 6 mm dərinlikdə

C) Sümük cibləri olur

D) Yalançı diş əti cibi olur

E) Olur, 3-4 mm dərinlikdə


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
176) Orta ağırlıq dərəcəli parodontitlərdə diş əti cibinin dərinliyi nə qədər olur?

A) 5-7 mm

B) 5 mm-ə qədər

C) Ciblər olmur

D) Yalançı diş əti cibi olur

E) 8 mm-dən çox


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
177) Orta ağırlıq dərəcəli parodontitlərdə dişlərin laxlaması necə olur?

A) I-II dərəcəli

B) I dərəcəli

C) Dişlər travmatik okklyüziya olduğu halda laxlayır

D) Dişlər laxlamır

E) II-III dərəcəli


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
178) Ağır dərəcəli parodontitlərdə diş əti cibinin dərinliyi nə qədər olur?

A) 6 mm-dən çox

B) 2-3 mm

C) 3-4 mm

D) 2,5 mm-ə qədər

E) 4-5 mm


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
179) Ağır dərəcəli parodontitlərdə dişlərin laxlaması necə olur?

A) Laxlama ancaq həddən artıq təzyiq olduqda baş verir

B) Laxlama olmur

C) I - II dərəcəli

D) Laxlama ancaq çənənin bəzi nahiyyələrində olur

E) II - III dərəcəli


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
180) Parodontun idiopatik xəstəliklərinə hansılar aiddir?

A) Neytropeniya, X-histositozlar, gingivitlər, parodontomalar

B) Gingivit, parodontit

C) Papiyon-Lefevr sindromu, X-histositozlar, neytropeniya, aqammaqlobulinemiya

D) Neytropeniya, aqammaqlobulinemiya, epulis, diş ətinin fibromatozu

E) Parodontoz, parodontit


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
181) Xronik kataral gingivitlərin müalicəsində antimikrob preparat kimi nədən istifadə edilə bilər?

A) Antiseptik məhlullar, fermentlər, trixopol, sarğının tərkibində biseptol

B) Yalnız keratolitik preparatlar

C) Zəif antiseptik məhlullarla applikasiya, trixopolla sarğı, heparin, dibunol, hidrokortizon məlhəmləri, sklerozlaşdırıcı preparatlar

D) Yalnız antibiotik və fermentlər

E) Turşular, yandırıcı preparatlar, spirtli məhlullar


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
182) Applikasiya məqsədi ilə medikamentoz sarğılar diş əti üzərində nə qədər saxlanır?

A) 20 dəqiqə

B) 1-2 dəqiqə

C) 6 saat

D) 2 saat

E) 5 dəqiqə


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
183) Kəskin xoralı gingivitlər zamanı daxilə nə təyin edilir?

A) Metranidazol, desensibilizatorlar, vitaminlər

B) Ümumi müalicə təyin olunmur

C) Sulfanilamidlər, antibiotiklər, vitaminlər

D) Ağrıkəsicilər

E) Antibiotiklər, ağrıkəsicilər, vitaminlər


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
184) Parodont xəstəliklərində aparılan seçmə cilalama nə məqsəd daşıyır?

A) Dişləmi normallaşdırmaq

B) Travmaya səbəb olan erkən okklyüzion kontaktları aradan qaldırmaq

C) İltihabi prosesi aradan qaldırmaq

D) Estetik göstərişlər olarsa

E) Dişlərin anatomik formasını bərpa etmək


Ədəbiyyat: Боровский E.B.,Терапевтическая стоматология, 2004
185) Aşağıdakılardan hansı ltihabın ilkin əlaməti hesab olunur?

A) Turqorun pozulması

B) Kontakt zamanı baş verən qanaxmalar

C) Spontan qanaxmalar

D) Şişkinlik

E) Diş ətinin retraksiyası


Ədəbiyyat: Боровский Е В.,Терапевтическая стоматология, 2004
186) Hansı amil diş ətinin hiperplaziyasının səbəbi deyildir?

A) Hamiləlik

B) Ağızla nəfəs alma

C) Dişlərin flüorozu

D) Leykemiya

E) Postmenopauza


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
187) Parodontun trofik funksiyasını nə həyata keçirir?

A) Prekapillyarlar və postkapillyarlar

B) Arteriolalar

C) Arteriyalar

D) Kapillyarlar və sinir reseptorları şəbəkəsi

E) Arteriolalar və venulalar


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
188) Diş ətindəki iltihabi prosesin əsas əlamətləri hansılardır?

A) Qanaxma

B) İrinaxma

C) Deskvamasiya, xora, şişkinlik, qanaxma, hiperemiya

D) Hiperemiya, irinaxma

E) Hiperemiya, şişkinlik, qanaxma


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
189) Parodontitin əsas diferensial-diaqnostik əlamətləri hansılardır?

A) Diş əti məməciyinə basdıqda diş əti cibindən irin və qan axması

B) Diş əti məməciyinin böyüməsi, hiperemiya, qanaxma, göyümtül rəngə çalma

C) Diş əti bağının zədələnməsi və pataloji diş əti ciblərinin əmələ gəlməsi

D) Diş əti ciblərindən irin axması

E) 2 mm-ə qədər dərinlikdə diş əti cibinin olması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
190) Parodontitin əsas klinik əlaməti hansıdır?

A) Diş ətinin qanaxması

B) Diş ətindən qanaxma, diş əti altı daşlar, dişlərin laxlaması, diş əti ciblərindən irin axma, 3 mm və dəhə dərin ciblərin əmələ gəlməsi

C) Diş əti məməciyinin böyüməsi, dişin boyun nahiyəsində həssaslığın artması

D) Diş əti cibindən irin axma, diş boyunlarının həssaslığının artması

E) 5-7 mm dərinlikdə diş əti ciblərinin olması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
191) Parodontozun klinik əlamətləri hansılardır?

A) Diş boyunlarının açılması, diş ətinin retraksiyası, iltihabın olmaması, dişlərin laxlamaması, diş boyunlarında həssaslığın artması, diş ətində göynəmə

B) Diş ətinin qanaxması və ağrıları

C) Şişkinlik, diş ətinin hiperemiyası, diş ətinin göynəməsi, 5 mm-dən çox dərinliyi olan diş əti cibləri

D) Diş əti cibindən irin axma, diş ətinin hiperemiyası

E) Dişlərin laxlaması , dişin boyun nahiyəsində həssaslığın artması


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
192) Parodontit zamanı dişlərin depulpasiyasına göstərişlər hansılardır?

A) Dişlərin II-III dərəcəli laxlamaları zamanı

B) Heç vaxt depulpasiya edilmir

C) Dişlərin laxlaması və ciblərin dərinliyi heç bir əhəmiyyət kəsb etmir

D) Diş əti cibləri 6 mm-dən çox, dişlərin laxlaması II dərəcəli olduqda cərrahi əməliyyat keçirməzdən əvvəl

E) 6 mm dərinlikdə diş əti cibləri olduqda


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
193) Parodontda irin axını ilə müşayiət olunan iltihabi prosesin kəskinləşməsi zamanı hansı fizioterapevtik tədbirlər həyata keçirilir?

A) UYT-terapiyası

B) Masaj

C) Kiçik spektrli ultrabənövşəyi şüalanma, lazer şüaları, flüktuorizasiya

D) Maqnit terapiyası

E) Vitaminlərlə elektroforez və fonoforez


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
194) Fizioterapevtik müalicənin aparılmasına əks göstərişlər hansılardır?

A) Diş əti cibindən irin axması

B) Onkoloji xəstəliklər, vərəm, yüksək temperaturla müşayət edilən infeksion xəstəliklər, hamiləlik

C) Xəstənin yaşının 0-14 olması

D) Xəstənin yaşının 50-dən yuxarı olması

E) Parodont xəstəliklərinin cərrahi müalicəsi


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
195) Dişlər təmizləndikdən neçə saat sonra diş ərpi toplanaraq dişlərə və diş ətinə zərərli təsir göstərə bilir?

A) 6 saat

B) 12 saat

C) 3 saat

D) 24 saat

E) 1 saat


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
196) Parodontal cibin mövcudluğu hansı xəstəlik üçün xarakterikdir?

A) Gingivostomatit

B) Parodontoz

C) Hipertrofik gingivit

D) Atrofik gingivit

E) Parodontit


Ədəbiyyat: Боровский Е.В.,Терапевтическая стоматология, 2004
197) Yalançı diş əti cibi hansı xəstəlik üçün xarakterikdir?

A) Atrofik gingivit

B) Deskvamativ gingivit

C) Parodontit

D) Parodontoz

E) Hipertrofik gingivit


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
198) Parodont xəstəliklərinin inkişafı üçün ən əlverişsiz dişləm hansı hesab olunur?

A) Çəp dişləm

B) Distal dişləm

C) Düz dişləm

D) Açıq dişləm

E) Dərin dişləm


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
199) Parodontit zamanı diş əti cibi hansı müayinə ilə aşkarlanır?

A) Histoloji

B) İmmunoloji

C) Rentgenoloji

D) Klinik

E) Mikrobioloji


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
200) Orta ağırlıq dərəcəli parodontit nə ilə differensiasiya olunur?

A) Deskvamativ gingivitlə

B) Hipertrofik ingivitlə

C) Ağır dərəcəli parodontitlə

D) Parodontozla

E) Kataral gingivitlə


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
201) Ağır dərəcəli parodontit nə ilə differensiasiya olunur?

A) Parodontozla

B) Deskvamativ gingivitlə

C) Hipertrofik gingivitlə

D) Orta dərəcəli parodontitlə

E) Kataral gingivitlə


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
202) Kataral gingivit zamanı rentgenoqrammada alveolarası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 1/2


B) 1/3

C) 2-3 mm

D) Olmur

E) 2/3
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004


203) Hipertrofik gingivit zamanı rentgenoqrammada alveolarası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 1/2


B) 2/3

C) Olmur


D) 1/3

E) 4-5 mm


Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004
204) Xoralı-nekrotik gingivit zamanı rentgenoqrammada alveol arası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 2/3


B) Olmur

C) 1/3


D) 4-5 mm

E) 1/2
Ədəbiyyat: Боровский E.В.,Терапевтическая стоматология, 2004


205) Yüngül dərəcəli parodontit zamanı rentgenoqrammada alveol arası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) Süngəri maddənin osteoporozu

B) Qeyd olunmur

C) 1/2


D) 1/3

E) 2/3
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


206) Orta dərəcəli parodontit zamanı rentgenoqrammada alveol arası çəpərin rezorbsiyası hansı səviyyədə olur?

A) 1/3


B) 2/3

C) Qeyd olunmur

D) 1/2

E) Süngəri maddənin osteoporozu


Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin