Donuzların sistiserkozu (Finnoz)
Tip-Plathelmintes
Sinif-Sestoidea
Ailə-Taeniidae
Cins-Taeniosis
Törədici. Taenia solium-qarmaqsız donuz solitoru (insan son sahib,əsas sahib donuz) lentvari formalı helmint.
Sürfə mərhələsi.(Cystisercus cellusis) sistiserklər (finnalar) donuzlarda əzələdə məskunlaşırlar. Donuzların sistiserkozu (finnozu) antropozoonoz xəstəliklərdəndir. Helmintin son sahibi (əsas sahib) və invaziya ocağı nazik bağırsağında yetgin solitoun ocağı nazik bağırsağında yetgin solitorun parazitlik etdiyi insandır. Helmintdən vaxt aşırı yetgin buğumlar ayrılır, nəcislə passiv sürətdə xarıc olunur, nadir hallarda xarici mühitə sərbəs çıxır.
Xəstəliyin aralıq sahibləri donuzların, bəzən də vəhşi donuzlar (qabanların) əzələ arası birləşdirici toxumalarda formalaşan qovuq formada 5-10 mm uzunluğunda bəzən də ellips şəkli başçığı görünən sürfələrdir. Donuz solitorunun yumurtası alimentar yolla insanın mədəsinə düşərsə və ya qusmaq öyümək zamanı parazitin yetişmiş buğumları bağırsaqdan mədəyə atılarsa, (aufoinvaziya) o zaman insan aralıq sahib ola bilər. Bu zaman insan həm son sahib, həm də aralıq sahib olur.Bu zaman müxtəlif orqanlarda və toxumalarda ( beyində, əzələlərdə, ürəkdə, dərialtı toxumada, qara ciyərdə, böyrəklərdə sistiserklər (finnalar) formalaşır. Ən əsası insan finnası olan donuz ətini çiy və yarımçiy yedikdə o teniozla yoluxur.
Törədicisi insanın bağırsağında parazitlik edən donuz soliterinin-Taenia solu-mun, Sistiserkus selluloza (Cysticercus cellulosis) adlanan sürfə qovuq formasıdır.
Dostları ilə paylaş: |