I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə62/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   58   59   60   61   62   63   64   65   ...   129
PARAZİTOL.-kitabı-son

Sanitar qiymətləndirmə.Əgər baş ətinin, ürəyin və s. 40 sm2 kəsiyində bir ədəd diri və ya ölmüş finna aşkar edilərsə, baş və daxili orqanlar utilizasiya edilir. Cəmdək isə qaynatma (ət parçaları 2 kq olmaqla), dondurmaqla və duzlamaqla zərərsizləşdirilir.

Müalicəsi.Bir sıra yeni anthelmint preparatların (prazikvantel-dronsit, fenbendazol və s.) təsirindən sistiserklərin məhv olması haqqında məlumatlar vardır.Lakin qaramalda sistisekozun müalicəsi praktiki əhəmiyyət kəsb etmir.İnsanın bağırsağında parazitlik edən-Taeniarhynchus saginatus parazitin müalicəsində cər-rahi üsul tətbiq edilir.Bundan başqa bir neçə anthelmintlərdən istifadə edilir.

Xəstəlik Extroctum Filicis maris acthereum ilə müalicə edilir.Bu dərman bəzi xəstəliklərdə təhlükəli olduğu üçün ondan ehtiyatla istifadə etmək lazımdır.Belə ki, ürək xəstəliklərində, qara ciyər, mədə yarası, kəskin mədə bağırsaq və böyrək xəstəliklərində, hamiləlik döründə bu dərmandan istifadə etmək olmaz.Dərmanı aşağıdakı qaydada vermək lazımdır:dərmanı qəbul etməzdən əvvəl xəstəyə qidalı, asan mənimsənilən və yağsız yemək verilməlidir.Axşam böyükyaşlı adamlara və uşaqlar, yaşa müvafiq duz işlənməsi (qlauber duzu) təyin edilir.

Qurd əleyhinə dərman verilən gün təmizləyici imalədən sonra, həmin preparat kapsullarda verilir.Kapsulların qəbulundan 30 dəq, əvvəl xəstəyə 1 stəkan 1%-li çay sodası içirilir.Böyük yaşlılar üçün təyin olunmuş bütün dozanı-4,0-6,0 qr xəstə 30-40 dəqiqə ərzində qəbul etməlidir. Hər kapsul 1-2 qurtum su, yaxud çay sodası məhlulu ilə içilməlidir.

Profilaktikası.Proflaktikanın əsasını tibbi və baytarlıq tədbirləri kompleksinin birgə aparılmasıdır.Heyvanlar baytar həkiminin nəzarəti altında kəsilməli və sistiserllərə görə müayinə edilməlidir.Yoluxma aşkar edildikdə cəmdək və bütün daxili orqanlar: içalat, piyliklər, ət və ət məhsullarını baytar ekspertizası qaydaları-na uyğun olaraq zərərsizləşdirilməli, yoluxma yüksək olduqda utilizasiya edilməli və yaxud yandırilmalıdır.



Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin